Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1890/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Quba rayon məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsindən və iş materiallarında olan sənədlərdən göründüyü kimi cavabdeh ələdinov X1 rayonunun Dəlləkli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 45.1ci maddəsinə əsasən məhkəməyə aidiyyət ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Məhkəmə hesab edir ki, hazırki mülki işdə Cavabdeh oğlunun qeydiyyat ünvanı Quba rayonu Dəlləkli kəndinə aid olduğundan həmin mülki işə ərazi aidiyyəti üzrə Quba rayon məhkəməsində baxılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31, 32, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair 2(067)-1890 /2021 saylı mülki iş aidiyyəti üzrə Quba rayon məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1890/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1890/2021
23.07.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver