Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-19/2020 29.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı-nin Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 və Cavabdeh2 2280,21 ABŞ dolları məbləğində əsas, 1771,27 ABŞ dolları faiz borju və 20 manat dövlət rüsumunun alınaraq İddiaçı-yə ödənilməsi barədə məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin xx xxx 2018-ji il tarixli 2(067)-1899 saylı məhkəmə əmrinə əsasən Cavabdeh1 və Cavabdeh2 2280,21 ABŞ dolları məbləğində əsas, 1771,27 ABŞ dolları faiz borju və 20 manat dövlət rüsumu alınaraq İddiaçı-nin hesabına keçirilməsi əmr olunmuşdur. Cavabdeh1 əmrə qarşı etirazına əsasən Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə məhkəmənin xx xxx 2018-ci il tarixli 2(067)-1899 saylı əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq həmin kredit müqaviləsinin restrukturizasiya nəticəsində bağlanmışdır. Odur ki, hazırki iddiadan imtina edir və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və mənafeyini pozmur. Bununla əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı İddiaçı-nin Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-19/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-19/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver