Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-192/2021 03.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin və debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh 894,70 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ABB Sabunçu filialı, kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı tərəfindən **********11960 saylı abonent kodu verilmiş, qaz sayğacı quraşdırılmışdır. xx xxxx 2020-ci il tarixdə Xaçmaz XS-nqin əməkdaşları tərəfindən qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan qeyri qanuni istifadə edilməsi aşkar olunmuş akt tərtib olunaraq 864 manat ziyan hesablanmışdır. Bundan əlavə cavabdehin istifadə etdiyi təbii qaza görə 30.70 manat ödənilməmiş borcu qalmışdır. Xəbərdarlıq olunmasına baxmayaraq abonent tərəfindən borc hələ də ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək 893.30 manat məbləğində borcun tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh tərəf göstərmişdir ki, İddiaçı İB-nin xx xxxx 2020-ci il tarixli ******* nömrəli aktında və xx xxxx 2020-ci il tarixli tələbnaməsində göstərilən 864 manat məbləğində zərəri ödəməyə etiraz etmir. Əlavə olaraq bildirmişdir ki, hesablanmış 29,30 manat sərfiyyat borcunu da ödəməyə etiraz etmir. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx xxxx 2020-ci il tarixli ******* saylı aktdan müəyyən olunur ki, abonent qazdan istifadə qaydalarını pozaraq 15 mm-lik rezin boru ilə sayğacdan kənar qazdan istifadə edir. İş materiallarında olan abonentin saldosundan və dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Cavabdeh 864,00 manat cərimə hesablanmışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh 893,30 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı X2 Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-192/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-192/2021
03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver