Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1925/2022 22.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə müraciət edərək, Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-938\2013 saylı qətnaməsi ilə cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 93 manat məbləğində aliment tutulması qət edilmiş, müəyyən olunmuş aliment məbləğinin artırılaraq 200 manat məbləğində tutulması və 50 manat ödənilmiş mediasiya rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli, 2(067)-17\2011 nömrəli qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün xx.xx.2010-cu il tarixdən başlayaraq Cavabdeh qazancının ¼ hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Sonradan alimentin artırılması ilə bağlı müraciət etmiş, Xaçmaz rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(067)-938\2013 saylı qətnaməsi ilə Cavabdeh Nüsrətdin oğlundan övladı Əlihüseynin saxlanılması üçün 93 manat məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hazırda ərzaq mallarının qiymətlərinin artması və kommunal xərclərin artması ilə əlaqədar 93 manat məbləğində aliment pulu ilə uşağı saxlamaq qeyrimümkündür. Uşaq hazırda məktəb liseydə oxuyur və hazırlıq kurslarına getdiyinə görə bu da əlavə xərclər yaradır Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(067)-17/2011 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü oğlu X3 üçün xx.xx.2010-cu il tarixdən başlayaraq cavabdehdən qazancının (gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq ona verilməlidir. Sonradan məhkəmənin xx.xx.2013-cü il tarixli 2(067)-938/2013 saylı qətnaməsi ilə cavabdehdən övladının saxlanılması üçün ayda 93 manat məbləğində alimentin tutularaq ona verilməsi qət olunub. Uşaq onunla qalır. Cavabdeh ayda 93 manat alimenti tam ödəmir, hissələrlə ödəyir. O, uşağı saxlamaqda çətinlik çəkir. Ona görə də hazırkı iddianı qaldırmışdır. İddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(067)-17/2011 saylı qətnaməsi ilə xx.xx.2009-cu il təvəllüdlü oğlu X3 üçün xx.xx.2010-cu il tarixdən başlayaraq məndən qazancının (gəlirlərinin) ¼ hissəsi miqdarında aliment tutularaq iddiaçıya verilməsi qət olunmuşdu. Sonradan məhkəmənin xx.xx.2013-cü il tarixli 2(067)-938/2013 saylı qətnaməsi ilə övladının saxlanılması üçün ondan ayda 93 manat məbləğində alimentin tutularaq iddiaçıya verilməsi qət olundu. Hazırda iddiaçıya uşağın saxlanılması üçün ayda 93 manatdan artıq aliment ödəməyə imkanı yoxdur. Maddi vəzziyəti çox çətindir. Bununla bağlı yazılı etirazını məhəməyə təqdim etmişdir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)- 938/2013 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2009-cu il təvəllüdlü oğlu X2 üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 93 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olanxx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı ilkin mediasiya prosesinin keçirilməsi üçün 50 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, atalığın müəyyən olunması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh Nüsrətdin oğlu, X4 atasıdır. İş materiallarında olan xx.xx.2011-ci il tarixli, AZ-İİ 688907 saylı Doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X6 xx.xx.2009-cu ildə Xaçmaz rayonunda doğulmuşdur. Tərəflərin izahatından aydın olmuşdur ki, tərəflərin arasında alimentin ödənilməsinə dair saziş yoxdur. İddiaçı uşağını saxlamaqda çətinlik çəkir, cavabdeh isə uşağın saxlanması üçün başqa heç bir köməklik göstərmir. Buna görə də iddiaçı cavabdehdən hər ay sabit pul şəklində 200 manat sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-938/2013 saylı qətnaməsinə əsasən cavabdeh xx.xx.2009-cu il təvəllüdlü oğlu X2 üçün xx.xx.2013-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 93 manat miqdarında aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 193 manat miqdarında müəyyən edilmiş aliment məbləğinin miqdarı dəyişdirilərək, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2009-cu il təvəllüdlü oğlu X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2009-cu il təvəllüdlü oğlu X4 mənafeyinə zidd olacağı və uşağın hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 193 manat müəyyən olunduğundan, iddianın qiyməti 193 manat x 12 aya=2316 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 43,16 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli 2(067)-938/2013 saylı qətnaməsinə əsasən Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 193 manat sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 43.16 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1925/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1925/2022
22.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver