Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-194/2023 18.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ HakimQasımova Vüsalə Yadigar qızınınsədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh Şixzədə oğlunun iştirakı ilə, İddiaçı Quba Regional X3 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Quba Regional X5 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Şıxzadə oğlu tərəfindən Meşə Fonduna vurulmuş 1630.39 manat ziyanın X2 Agenliyindəki Benifisiarın adı: Quba Regional X5, Benifisiarın hesabı: AZ95CTRE********************, VÖEN: **********, Büdcə təsnifat kodu:142330, Büdcə səviyyə kodu: 1 hesaba ödənilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, işə mahiyyəti üzrə baxılmasını tələb etmir. İş üzrə iddiaçı Quba Regional X5nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7.-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Quba Regional X3 Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-194/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-194/2023
18.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver