Məhkəmə qərarları › İş №2(067)-1941/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1941/2020

13.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1941/2020 13.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2 iştirakıilə İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5000 (beş min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı xx xxxxxx 2020-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edərək iddia tələbinə dair izahat vermişdir. Lakin növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqramma göndərərək xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasının iştirakı olmadan keçirilərək qətnamə çıxarılmasını xahiş etmişdlir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən İddiaçı və Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 1 ildən artıq bir vaxtdır ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Belə ki, 2020-ci ilin təxminən fevral ayının əvvəllərində Cavabdeh ona zəng edərək anasının ağır vəziyyətdə olmasını və xəstəliyi ilə bağlı əməliyyat olunması üçün ona təcili olaraq 6000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh aldığı pulun müqabilində avtomobilini girov qoyacağını bildirmiş, lakin cavabdehə inandığı üçün ona heç bir girova ehtiyac olmadığını, lakin onda həmin məbləğdə pul olmadığını, əlində cəmi 5000 manatı olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını bildirərək həmin 5000 manat pulu ona verməsini xahiş etmiş və aldığı borc pulu 6 ay ərzində üstünə 1000 manat pul əlavə etməklə hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə aralarında müqavilə bağlamaqla cavabdehə həmin pul vəsaitini, yəni 5000 manat pulu vermiş və cavabdeh pulu alarkən 6 ay müddətində geri qaytaracağı barədə qəbz yazaraq ona vermişdir. Təxminən xx xxx 2020-ci il tarixdə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etdikdə cavabdeh ona yalançı vədlər verərək günü-günə satmağa başlamış və beləliklə də onun pulunu qaytarmaqdan imtina etmişdir. Göstərilənlərə əsasən Cavabdeh ondan aldığı 5000 (beş min) manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verməklə iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Hacıəlibəy İƏD-nin Arzu kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;

2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh 1 ildən artıq bir vaxtdır ki, tanımış, aralarında dostluq münasibətləri olmuşdur. Belə ki, 2020-ci ilin təxminən fevral ayının əvvəllərində Cavabdeh ona zəng edərək anasının ağır vəziyyətdə olmasını və xəstəliyi ilə bağlı əməliyyat olunması üçün ona təcili olaraq 6000 manat pul lazım olduğunu bildirmişdir. Cavabdeh aldığı pulun müqabilində avtomobilini girov qoyacağını bildirmiş, lakin cavabdehə inandığı üçün ona heç bir girova ehtiyac olmadığını, lakin onda həmin məbləğdə pul olmadığını, əlində cəmi 5000 manatı olduğunu bildirmişdir. Cavabdeh ona narahat olmamasını bildirərək həmin 5000 manat pulu ona verməsini xahiş etmiş və aldığı borc pulu 6 ay ərzində üstünə 1000 manat pul əlavə etməklə hissə-hissə qaytaracağını öhdəsinə götürmüşdür. xx xxxxxx 2020-ci il tarixdə aralarında müqavilə bağlamaqla cavabdehə həmin pul vəsaitini, yəni 5000 manat pulu vermiş və cavabdeh aldığı pulu 6 ay müddətində geri qaytaracağı barədə qəbz yazaraq ona vermişdir. Təxminən xx xxx 2020-ci il tarixdə cavabdehlə əlaqə saxlayaraq pulunu tələb etdikdə cavabdeh ona yalançı vədlər verərək günü-günə satmağa başlamış və beləliklə də onun pulunu qaytarmaqdan imtina etmişdir. Cavabdeh könüllü olaraq onun pulunu qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Belə olduğu halda İddiaçı üzərinə 2012-ci ilin fevral ayının 12-də iş üzrə Cavabdeh 6 ay müddətinə geri qaytarması şərti ilə 5000 manat məbləğində borc pul verməsi, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı 5000 manat pulu ona qaytarmamasını sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı İddiaçı iddia tələbinin əsası kimi 2012-ci ilin fevral ayının 12-də iş üzrə Cavabdeh 6 ay müuddətinə geri qaytarması şərti ilə 5000 manat məbləğində borc pul verməsi, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı 5000 manat pulu ona qaytarmamasını göstərsə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və onun göstərdiyi bu hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və sübuta yetməmişdir. İddiaçının iddia ərizəsinə əlavə etdiyi pul öhdəliyinə dair sənəd kimi hesab etdiyi kserosurət yazı cavabdehin ondan 5000 manat pul almasını sübut edən sənəd, güvənliliyi şübhə doğurmayan sübut kimi qəbul edilə bilməz. İddiaçı cavabdehə 5000 manat pul borc verməsini təsdiq edən əlavə sənədi, sübutu və şahidləri isə məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə Qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli, 4 saylı qərarında təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə iddiası sübuta yetmədiyindən təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “Pul tələbi”nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar