Məhkəmə qərarları › İş №2(067)-1951/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1951/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1951/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsinin 175.000 manatı istisna olmaqla, qaytarılmamış 329.000 manat manat məbləğin və ödənilmiş 619 manat dövlət rüsumunun Cavabdeh alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddianı onunla əsaslandırmışlar ki, 19 oktyabr 2015-ci il tarixdə "xxxx" MMC-ilə İddiaçı1 arasında 12 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC-ə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyəirndə 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7000 manat olmaqla, ümumilikdə 504.000 manata İddiaçı1 satılmışdır. Həmin tarixdə ticarət sahəsinin ümumi dəyəri tərəfindən "xxxx" MMC-ə tam şəkildə ödənilmiş və "xxxx" MMC-i ona ticarət sahəsinin dəyərinin tam şəkildə ödənildiyini təsdiq edən maliyyə arayışı təqdim etmişdir. İddiaçı1 məxsus həmin ticarət sahəsi İddiaçı2 Cavabdeha olan 175.000 manat borcu müqabilində həmin borcu qaytarılanadək İddiaçı2 tərəfindən cavabde Cavabdeh istifadəsinə verilməklə, xx.xx.2016-cı il traixli, 29 nömrəli müqavilə əsasında müvəqqəti olaraq onun adına keçirmişdir. Sonradan İddiaçı2 cavabdehə 175.000 manat borcunu ödəməklə həmin ticarət sahəsinin qaytarılmasını cavadbehdən tələb etsə də, cavabdeh İddiaçı2 175.000 manat borcu qəbul etməkdən və ümumiyyətlə ticarət sahəsini qaytarmaqdan qəti şəkildə imtina etmişdir. Bundan sonra İddiaçı2 cavabdehin həmin ticarət sahəsini ələ keçirməsi barədə ərizə ilə DİN-nin BMCM İdarəsinə müraciət etmişdir. İddiaçı2 ərizəsi üzrə DİN aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh ilə 2015-ci ilin sonlarından 2016-cı ilin əvvəllərinə kimi olan müddət ərzində şifahi razılaşma əsasında pulunu sonradan ödəmək şərti ilə İddiaçı2 tikinti materialları satmış, sonrakı müddət ərzində İddiaçı2 borcun bir hissəsini ödəyərək qalan 175.000 manatın əvəzində ona yəni İddiaçı1 məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 504.000 manat dəyərində 72 kv.m. ticarət sahəsini cavabdehin adına keçirmişdir. Sonradan isə İddiaçı2 cavabdehə olan 175.000 manat borcunu ödəməklə, həmin ticarət sahəsinin qaytarılmasını ondan tələb etsə də cavabdeh həmin ticarət sahəsini qaytarmadığına görə onlar arasında mübahisə yaranmışdır. Qeyd edir ki, cavabdeh ona məxsus 504.000 manat dəyərində \2 kv.m. ticarət sahəsini 175.000 manat borca görə ələ keçirmiş, bununla belə ticarət sahəsinin ümumi dəyərindən ona, İddiaçı1 qaytarmalı olduğu 329.000 manat pulu qaytarmayıb və əsassız olaraq varlanmış, eyni zamanda ona qaytarmalı olduğu 329.000 manat puldan qanunsuz istifadə etməklə ona maddi zərər vurmişdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, xx.xx.2015-ci ildə İddiaçı1 ilə "xxxx" MMC arasında müqavilə bağlanmış və müqaviləyə əsasən "xxxx" MMC özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7000 manat olmaqla, ümumilikdə 504.000 manata İddiaçı1 satmışdır. Obyektə görə 504000 manat pul nağd şəkildə İddiaçı1 tərəfindən "xxxx" MMCyə ödənilmiş və bununla bağlı maliyyə arayışı verilmişdir. Daha sonra 2016-cı ildə İddiaçı1 ilə İddiaçı2 arasında müqavilə bağlanılıb. Müqaviləyə görə, İddiaçı2 İddiaçı1 120 gün ərzində Bakı Akkord istehsalı olan 500 marka sement, Alçıpan, Alçıpan profilləri, şpaklyovka və digər tikinti materialları verilməsini üzərinə götürmüş, İddiaçı1 isə sözügedən malların müqabilində dəyəri 504000 manat olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini İddiaçı2 adına keçirməli idi. Müqavilənin 4.1-ci bənidnə görə İddiaçı1 İddiaçı2 ilkin olaraq 120000 manat ödəmişdir. Öhdəlik tam şəkildə yerinə yetiriləcəyi halda Balabəy obyekti öz adına da keçirə bilərdi başqasına da verə bilərdi. Balabəy isə, tikinti materiallarının bir qismini Cavabdeh almışdır və pulunu tam ödəyə bilməyərək, Yaşara 175000 manat borclu qalmışdır. Balabəy 175000 manat borca görə, Əbülfəzin mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini Əbülfəzin razılığı ilə Yaşarın adına keçirmişdir. xx.xx.2016-cı ildə "xxxx" MMC ilə Yaşar arasında müqavilə bağlanılıb və obyekt İddiaçı1 razılığı ilə Yaşara satılmışdır. Əbülfəzin razılıq ərizəsi olmasa idi, "xxxx" MMC obyektı satma bilməzdi. Yaşarın adına obyektin keçirilməsinə etiraz etməməsi barədə Əbülfəzin ərizəsi var. "xxxx" MMC ilə müqavilədə niyə obyektin dəyəri 432000 manat hesablanması ona məlum deyil, yəqin hansısa maliyyə və ya vergi məsələləri ilə bağlı olmuşdur. Hazırda iddiaçılar obyektin ümumi dəyəri 504000 manatın 175000 manat məbləği istisna olmaqla, yerdə qalan 329000 manat məbləği cavabdehdən tələb edirlər. 175000 manat ona görə istisna olunur ki, Balabəy bu məbləğdə pulu Yaşara borclu qalmasını etiraf edir və bu məbləğ mübahisələndirilmir. Ona görə də iddia tələbinin təmin olunmasını xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Lakin cavabdeh məhkəməyə yazılı etiraz göndərərək, iddianın əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə İddiaçı1 arasında bağlanmış 19 oktyabr 2015-ci il tarixli 12 nömrəli Müqavilənin surətindən görünür ki, "xxxx" MMC özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini hər kvadrat metrini 7000 manat olmaqla, ümumilikdə 504.000 manata İddiaçı1 satmışdır. İş materiallarında olan 19 oktyabr 2015-ci il tarixli Maliyyə Arayışının surətindən görünür ki, İddiaçı1 "xxxx" MMC-dən 19 oktyabr 2015-ci il tarixli 12 nömrəli müqavilə üzrə aldığı Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsinə görə ödəniləcək məbləği tam şəkildə ödəmişdir. İş materiallarında olan İddiaçı1 ilə İddiaçı2 arasında bağlanmış 2016-cı il tarixli 3 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı2 İddiaçı1 120 gün ərzində Bakı Akkord istehsalı olan 500 marka sement, Alçıpan, Alçıpan profilləri, şpaklyovka və digər tikinti materialları verilməsini üzərinə götürmüş, İddiaçı1 isə sözügedən malların müqabilində dəyəri 504000 manat olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini İddiaçı2 adına keçirməli idi. Müqavilənin 4.1-ci bənidnə görə İddiaçı1 İddiaçı2 ilkin olaraq 120000 manat ödəmişdir. İş materiallarında olan 20 iyun 2016-cı il tarixli 29 nömrəli müqavilənin surətindən görünür ki, "xxxx" MMC Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsini 432000 manata satmışdır. Həmin Müqavilənin 2.2-ci maddəsinə görə “Alıcı” tərəfindən 72 kv.m olan ticarət sahəsinin qiyməti nağd qaydada ödənilmişdir. Beləliklə də, məhkəmə tərəfin izahatını dinləyib, iş materialları araşdırıb belə qənaətə gəlir ki, iddianın təmin olunmasına hər hansı bir əsas yoxdur və iddia tələbi rədd olunmalıdır. Məhkəmənin fikrincə, iş materialları ilə və iddiaçıların vəkilin izahatı ilə dəqiq və aydın şəkildə müəyyən olunur ki, mübahisə predmeti olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsi 2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1 satılmış, 2016cı il tarixli müqaviləyə əsasən isə İddiaçı1 razılığı ilə "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. İddiaçıların nümayəndəsi və vəkili məhkəməyə yazılı vəsatətlə müraciət edərək, İddiaçı1 ilə "xxxx" MMC arasında 19 oktyabr 2015-ci il tarixdə bağlanmış 12 saylı müqavilənin, 19 oktyabr 2015-ci il tarixli maliyyə arayışının, Cavabdeh ilə "xxxx" MMC arasında 20 iyun 2016-cı il tarixdə bağlanmış 29 saylı müqavilənin, habelə mübahisə predmeti olan ticarət sahəsinin iddiaçının adından cavabdehin adına keçməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərini, eləcə qeyd edilən ticarət sahəsinin Cavabdeh adından başqa şəxsin adına keçib-keçməməsi barədə arayışın "xxxx" MMC-dən tələb olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İşin tam və hərtərəfli araşdırılması və məsələyə düzgün hüquqi qiymət verilməsi məqsədilə iddiaçıların vəkilinin vəsatətini təmin edilmişdir. Vəsatət vermiş şəxs "xxxx" MMC-nin fəaliyyət göstərdiyi ünvanı məhkəmə təqdim etmədiyindən, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin e-taxes.gov.az rəsmi internet səhifəsindən "xxxx" MMC-nin rəsmi qeydiyyatda olduğu ünvanı əldə etmiş və qəbul edilmiş qərardadı həmin ünvana göndərsə də, məktub poçt xidməti tərəfindən “ünvan düzgün deyil” qeydinə əsasən geri qaytarılmışdır. Məhkəmə iddia ərizəsinə əlavə olunmuş sənədlər əsasında işə baxıb hüquqi qiymət verərək hesab edir ki, ilk öncə iddiaçıların iddia tələbində qeyd etdikləri kimi, cavabdehin onlara pul məbləğinin borclu olmasını təsdiq edən hər hansı bir sübut yoxdur. İddiaçıların nümayəndəsi və vəkili iddia ərizəsində və izahatında qeyd edir ki, Cavabdehlə iddiaçılar arasında müəyyən razılaşmalar olmuş, həmin razılaşmalara görə İddiaçı2 Cavabdeh 175000 manat pul borclu qalmışdır. Borcun əvəzində İddiaçı1 cavabdehə dəyəri 504000 manat olan ticarət sahəsini vermişdir. Lakin bu hissəyə aid iş materiallarına heç bir sübut əlavə olunmamışdır. Nəticədə, İddiaçı2la Cavabdeh arasında işgüzar münasibətlərin olubolmaması, İddiaçı2 Cavabdeh tikinti malların alıb-almaması, habelə pul məbləğinin borclu qalıb-qalmaması qeyri-müəyyən olaraq qalmışdır. Bundan əlavə, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 20 iyun 2016-cı il tarixli 29 nömrəli alqı-satqı müqaviləsi nə müqavilə tərəfləri, nə də ki, maraqlarına toxunan şəxslər tərəfindən mübahisələndirilmişdir. Müqavilənin etibarsızlığını təsdiq edən məhkəmə qətnaməsi mövcud deyil. Belə olan halda, müqavilə və onun müəyyən etdiyi şərtləri qüvvədə olmuş hesab edilir. İş materiallarında sözügedən müqaviləyə aid olan sənədlər olmasa da, iddia ərizəsində və iddiaçının vəkili tərəfindən verilən izahatdan müəyyən olunur ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev küçəsi, 102 saylı binanın qarşısında yerləşən 3 mərtəbəli ticarət obyektinin magistral yola baxan tərəfindən birinci mərtəbəsindəki 72 kv.metrlik 5 nömrəli ticarət sahəsi 2015-ci il tarixli müqaviləyə əsasən "xxxx" MMC tərəfindən İddiaçı1 satılmış, 2016-cı il tarixdə isə məhz İddiaçı1 razılığı ilə "xxxx" MMC tərəfindən Cavabdeh satılmışdır. Beləliklə də, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar