Məhkəmə qərarları › İş №2(067)-1965/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1965/2021

30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1965/2021 30.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi, müqavilə üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı və 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi; Cavabdeh 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsinə üzrə 3,602.30 (üç min altı yüz iki manat, otuz qəpik) manat əsas borc, 1,015.33 (min on beş manat, otuz üç qəpik) manat faiz borcu, 2,272.53 (iki min iki yüz yetmiş iki nanat, əlli üç qəpik) cərimə borcu olmaqla, cəmi 6,890.16 (altı min səkkiz yüz doxsan manat, on altı qəpik) manat, 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsi üzrə 7,816.18 (yeddi min səkkiz yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 2,028.25 (iki min iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, 2,562.32 (iki min beş yüz altmış iki manat, otuz iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 12,406.75 (on iki min dörd yüz altı manat, yetmiş beş qəpik) manat məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsumun, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun İddiaçı ASC-nin xeyrinə tutulması, həmin borcun Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 27.12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra həmin əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüququna xitam verilməsi və əmlakın boşaldılaraq Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik faiz dərəcəsi 28 faiz, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, 36 (otuz altı) ay müddətinə 5.000 (beş min) manat, 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 %, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, 25 (iyirmi beş) ay müddətinə 9,206.10 (doqquz min iki yüz altı manat, on qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 27.12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 40.000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmişdir. Cavabdeh 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsinə üzrə 15 mart 2021-ci il tarixinə Banka əsas borcundan 3,602.30 (üç min altı yüz iki manat, otuz qəpik) manat, faiz borcundan 1,015.33 (min on beş manat, otuz üç qəpik) manat, cərimə borcundan 2,272.53 (iki min iki yüz yetmiş iki nanat, əlli üç qəpik) olmaqla, cəmi 6,890.16 (altı min səkkiz yüz doxsan manat, on altı qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Cavabdeh 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsi üzrə 15 mart 2021-ci il tarixinə əsas borcundan 7,816.18 (yeddi min səkkiz yüz on altı manat, on səkkiz qəpik) manat, faiz borcundan 2,028.25 (iki min iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat, cərimə borcundan 2,562.32 (iki min beş yüz altmış iki manat, otuz iki qəpik) manat olmaqla cəmi 12,406.75 (on iki min dörd yüz altı manat, yetmiş beş qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmişdir. Bununla əlaqədar cavabdehlərə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehlərdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq cavabdehin kreditdən təyinatı üzrə istifadə etməməsinə dair onlarda məlumat olmadığını, həmçinin, ipoteka predmetindən cavabdehdən başqa hansı şəxslərin istifadə etməsinə dair onlarda məlumat olmadığını bildirmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsinə əsasən ona illik 28 %-lə, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, 36 ay müddətinə 5000 manat, 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsinə əsasən isə illik 24 %-lə, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, 25 ay müddətinə 9206,10 manat kredit verilmişdir. Kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi o, Bankla bağladığı 27.12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən özünə məxsus Xaçmaz rayonunun Çarxı kəndində yerləşən 4,22 ha kənd təsərrüfatı təyinatlı torpağı ipoteka ilə yüklü etmişdir. İpoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti 40000 manat məbləğində müəyyən edilmişdir. Hazırda 26.12.2018-ci il tarixli kredit müqaviləsi üzrə 3602,30 manat əsas, 1478,01 manat faiz borcu, 2272,53 manat cərimə borcu olmaqla, cəmi 7352,84 manat borcu, 10.09.2019-cu il tarixli kredit müqaviləsi üzrə 7816,18 manat əsas, 2872,18 manat faiz borcu, 2562,32 manat cərimə borcu olmaqla, cəmi 13250,68 manat borcu ödənilməmiş qalmışdır. Maddi imkanı olmadığına görə kredit borcunu ödəyə bilməmişdir. Hazırda borcun ödənilməsi ilə bağlı bankla razılığa gəlmişlər. Hesablanmış cərimələrin silinməsini xahiş etdir. Həmçinin ipoteka predmetinin dəyərinin 40000 manata kimi hesablanmaqla hərraca çıxarılmasına etirazı yoxdur, bu barədə bankla razılığa gəlmişdir. Göstərilənlərə əsasən cavabdeh iddianın qəbul etdiyi həcmdə qismən təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28 faiz, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, cavabdehə 36 (otuz altı) ay müddətinə 5.000 (beş min) manat, 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 24 %, 3 ay əsas məbləğin ödənişinə güzəşt dövrü tətbiq olunmaqla, 25 (iyirmi beş) ay müddətinə 9,206.10 (doqquz min iki yüz altı manat, on qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarından müəyyən olunur ki, kredit müqavilələri üzrə öhdəliklərin təminatı kimi Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 27.12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, Reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu,Çarxı kəndində yerləşən 4.22ha kənd təsərrüfatı təyinatlı torpaqlar ipoteka ilə yüklü edilmişdir. Həmin sonrakı ipoteka müqaviləsinin 2.5-ci bəndinə əsasən əmlakın qiyməti tərəflərin razılığa əsasən 40.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədarİddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılacağı barədə tərəfindən rəsmi xəbərdarlıqlar edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsinin verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır, və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1 və 445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə sahibkarlıq fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girovsaxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən börclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predimetinə tutma yönəldilə bilər. «İpoteka Haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin Qanunun 49.1-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələri ipotekaya qoyula bilər. Həmin Qanunun 49.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların ipotekasına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə torpaq qanunvericiliyinə uyğun olaraq bu kateqoriya torpaqların məqsədli istifadəsi ilə bağlı yaranan öhdəliklərin təmin edilməsi üçün yol verilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu qanunun 59.3.-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İşin araşdırılmış hallarından İddiaçı Açıq Səhmdar Cəmiyyəti i ilə Cavabdeh arasında bağlanmış kredit müqavilələri üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsində bank müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı və 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməlidir. Məhkəmə hesab edir ki, kredit müqavilələrinə vaxtından əvvəl xitam veridiyi üçün həmin müqavilələr üzrə ödənilməli olan əsas və faiz borclarının məbləğləri cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalıdır. Lakin məhkəmə iddiaçı tərəfindən hesablanmış cərimə borclarının məbləğini əsas borca və faiz borcuna mütənasib hesab etmir. Məhkəmə hesab edir ki, əsas fəaliyyət istiqaməti şəxslərə kreditlərin verilməsindən ibarət olan bank fəaliyyətinin gəliri qeyd olunan kreditlərin təqdim edilməsi nəticəsində əldə olunan faizlərdən ibarətdir. Öhdəliyin icrasının pozulması hallarına görə nəzərdə tutulan cərimə (dəbbə pulu) bank fəaliyyətinin gəlir mənbəyi olmamaqla, ancaq öhdəliyin icrasının pozulmasına görə nəzərdə tutulmuş maliyyə sanksiyasıdır və onun məbləği tənasübsüz qaydada yüksək ola bilməz. Əks halda bu kredit münasibətlərinin mahiyyətinin özünə zidd olardı. Məhkəmə bu nəticəyə gələrkən aşağıdakıları da nəzərə almışdır. Zvierzinski Polşaya qarşı iş üzrə 19 iyun 2001-ci il tarixli qərarında Avropa Məhkəməsi belə bir hüquqi mövqeyini ifadə etmişdir ki, mülkiyyətə hər hansı müdaxilə həm də mütənasiblik tələbinə uyğun olmalıdır. Müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdi şəxsin fundamental hüquqlarının müdafiəsi tələbləri arasında «ədalətli tarazlığa» cavab verməlidir. "AR Mülki Məcəlləsinin bəzi müddəalarının şərh olunmasına dair" AR Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında Məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, "MM-in 449.1-ci maddəsində göstərilmiş faizlərın (bundan sonra – «maliyyə sanksiyası») hesablanması qaydasına, yəni məhkəmə qərarının çıxarılmasından sonra bu faizlərin tutulmalı olub-olmamasına gəldikdə, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki qanunvericiliyin sözügedən müddəası, mahiyyət etibarı ilə, maliyyə sanksiyasını nəzərdə tutmaqla, bankın və ya borclunun mülkiyyətinə müdaxiləni ifadə etdiyi üçün, məsələnin təhlili «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinin nəzərə alınmasını tələb edir. Bununla bağlı nəzərə alınmalıdır ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirməklə yerinə yetirilməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Yuxarıda göstərilən prinsipi hazırkı işə tətbiqi baxımından oxşar məsələlərin həlli zamanı bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunmalıdır. Məhkəmə, həmçinin, iddia tələbinin əmlak satıldıqdan sonra əmlakda qeydiyyatda olan şəxslərin istifadə hüquqlarına xitam verilməsinə dair hissəsi barədə qeyd edir ki, iddia ərizəsində həmin şəxslər konkret göstərilmədiyindən qeyd edilən hissədə iddia əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, tərəflər arasında bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı və 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilməsi; Cavabdeh 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsi üzrə 3,602.30 (üç min altı yüz iki manat, otuz qəpik) manat əsas borc, 1,015.33 (min on beş manat, otuz üç qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4,667.63 (dörd min altı yüz altmış yeddi manat, altmış üç qəpik) manat, 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqaviləsi üzrə 7,816.18 (yeddi min səkkiz yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 2,028.25 (iki min iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 9,894.43 (doqquz min səkkiz yüz doxsan dörd manat, qırx üç qəpik) manat məbləğində pul, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun 15 manatı rüsum İddiaçı ASC-nin xeyrinə tutulmalı, həmin borc Bankla Cavabdeh (ipotekaqoyan) arasında bağlanmış 27.12.2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, ipoteka predmetinin ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilməklə əmlak açıq hərracda satılmalı, əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməlidir və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə olan borc ödənilməli, borc ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə almışdır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin İddiaçı ASC ilə Cavabdeh bağlanmış 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı və 10.09.2019-cu il tarixli BK № 7493/F-19 saylı kredit müqavilələrinə vaxtından əvvəl xitam verilsin. 26.12.2018-ci il tarixli BK № 6311/F-18 saylı kredit müqaviləsi üzrə 3,602.30 (üç min altı yüz iki manat, otuz qəpik) manat əsas borc, 1,015.33 (min on beş manat, otuz üç qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 4,667.63 (dörd min altı yüz altmış yeddi manat, altmış üç qəpik) manat, 10.09.2019-cu il tarixli BK № 7493/F- 19 saylı kredit müqaviləsi üzrə 7,816.18 (yeddi min səkkiz yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 2,028.25 (iki min iyirmi səkkiz manat, iyirmi beş qəpik) manat faiz borcu, 50 (əlli) manat cərimə borcu olmaqla, cəmi 9,894.43 (doqquz min səkkiz yüz doxsan dörd manat, qırx üç qəpik) manat məbləğində pul, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 30 (otuz) manat rüsum, iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 (otuz) manat rüsumun 15 (on beş) manatı Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Həmin borc Cavabdeh məxsus olan (DƏDRX-nin Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 27.08.2010-cu il tarixdə qeydiyyata alınmış seriya MA № 0091245, reyestr nömrəsi **********22, Qeydiyyat nömrəsi ********** olan Çıxarışa əsasən) Xaçmaz rayonu, Çarxı kəndində yerləşən 4.22 ha kənd təsərrüfatı təyinatlı torpaqlara yönəldilərək, həmin əmlaklar açıq hərracda satılsın. İpoteka predmetinin ilkin satış qiyməti 40.000 (qırx min) manat müəyyən edilsin. Həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına Cavabdeh İddiaçı ASCyə olan borcu ödənilsin və əmlak boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Borc ödənildikdən sonra qalan məbləğ cavabdehə qaytarılsın. İddianın qalan hissəsi təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulmayan hissəsi İddiaçı ASC-yə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar