Məhkəmə qərarları › İş №2(067)-1985/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1985/2021

08.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1985/2021 08.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu İddiaçı Cavabdeh qarşı “Borc tələbi”nə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 1935,81 manat məbləğində əsas borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, iddiaçı mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair tərəflər arasında bağlanmış 27 avqust 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 5.2-ci bəndinin tələblərinə əməl etməmiş, yaranmış mübahisə ilə bağlı Cavabdeh rəsmi müraciət etməmişdir. 27 avqust 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi”nin 5.2-ci bəndinə əsasən bu müqavilə üzrə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalı, iddiaçıya mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınması üçün 27 avqust 2019-cu il tarixli “Qaz paylayıcısı ilə məişət qaz qurğusunun istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” nin 5.2-ci bəndində nəzərdə tutulmuş müvafiq qaydaya riayət etdikdən sonra məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı “Borc tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanı aradan qaldırmaqla yenidən müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar