Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-199/2021 07.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh və onun vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Vurulmuş maddi zərərin ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyanın qalan 64614 (altmış dörd min altı yüz on dörd) manat 11 qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili vasitəsilə məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizəsini təqdim edərək Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyandan ödənilməmiş qalan 38950 manat məbləğində pul vəsaitinin cavabdehdən tutlaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddianı hazırki həcmdə müdafiə edərək izahatında göstərmişdir ki, iş üzrə Cavabdeh xx xxxx 2020-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri Neftçilər prospektində yol-nəqliyyat hadisəsi törətmiş, onun törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşın əzilməklə iddiaçıya xeyli miqdarda ziyan dəymişdir. Bakı şəhər X5 İdarəsinin polis kapitanı X1 inzibati tənbeh vermə haqqında ******* nömrəli, xx xxxx 2020-ci il tarixli qərarı ilə yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirkar olan Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 60 manat cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Avtomaşına yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın həcmini müəyyən etmək üçün «BMW» avtomobillərinin Azərbaycanda rəsmi distribyutoru və servisi olan «xxxx» şirkətinə müraciət edilmiş, servisin mütəxəssisləri tərəfindən tərtib edilmiş qüsur aktına əsasən müəyyən olunmuşdur ki, «Mersedes Benz E 270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü tərəfindən törədilmiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına 69614 manat 11 qəpik məbləğində ziyan dəymişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə sığortalı olan «Mersedes Benz E 270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşının yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı mülkiyyətində olan «BMW» markalı avtomaşına dəymiş ziyanın 5000 manat hissəsi «xxxx» Açıq Səhmdar Cəmiyyəti Sığorta Şirkəti tərəfindən ödənilmişdir. Vurulmuş ziyanın qalan hissəsi isə ödənilməmişdir. İddiaçı tərəfindən xx xxxxxx 2020-ci il tarixli məktubla cavabdehə dəymiş ziyanın ödənilməmiş qalan hissəsinin 10 gün müddətinə ödəməsi xahiş olunmuş, lakin cavabdeh vurduğu ziyanı ödəməmişdir. Bu səbəbdən iddiaçı vurulmuş zərərin əvəzinin ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatına davam olaraq göstərmişdir ki, iddiaçı cavabdehlə apardığı telefon danışıqları nəticəsində cavabdehin zərəri ödəmək qabiliyyətinin kifayət səviyyədə olmadığı barədə məlumat aldığından avtomaşının təmiri üçün tələb olunan xərcin mümkün qədər minimuma endirilməsi üçün bütün səyləri göstərmişdir. Bu yanaşmadan çıxış edən İddiaçı təmir zamanı avtomobilə lazım olan ehtiyat hissələrini «xxxx» şirkətinin mağazasından deyil, daha ucuz qiymətlərlə satış həyata keçirən Bakı şəhəri, Babək prospekti 2315 ünvanında yerləşən «AVTO SİSTEM» ehtiyat hissələri mağazasından almışdır. Beləliklə, ehtiyat hissələrinə çəkilməli olan xərc xeyli azalaraq, ümumilikdə ehtiyat hissələrinin alınması üçün mağazaya 37950 manat məbləğində ödəniş edilmişdir. Bu barədə xx xxxxxxxx 2020-ci il tarixli kassa çeki iddianın həcminin azaldılması barədə ərizəyə əlavə olunmuşdur. Bundan əlavə, avtomobilin təmiri işlərini həyata keçirən «xxxx» şirkətinin mütəxəssisləri ilə aparılan danışıqlar nəticəsində, avtomobilin təmiri ödənilməli olan usta xərci də azaldılaraq, təqribən 6300 manat məbləğinə endirilmişdir. Bu barədə ödəniş qəbzləri təqdim olunmuşdur. Beləliklə, İddiaçı tərəfindən özünə məxsus avtomaşının təmir edilərək əvvəlki vəziyyətə qaytarılması üçün ümumilikdə 43950 manat məbləğində xərc çəkilmişdir. Ziyanın 5000 manat hissəsi sığorta şirkəti tərəfindən ödənildiyindən vurulmuş ziyanın məbləği 38950 manat təşkil edir ki, həmin ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili olaraq iddianın hazırki həcmdə təmin olunmasını, Cavabdeh “Mercedes Benz E270 CDİ” markalı, ** RX *** dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyandan ödənilməmiş qalan 38950 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri Neftçilər prospektində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi baş vermiş və həm onun, həm də İddiaçı nəqliyyat vasitələri əzilməklə onlara maddi ziyan dəymişdir. Hadisədən sonra İddiaçı avtomobilinə «xxxx» Açıq Səhmdar Cəmiyyəti Sığorta Şirkəti baxış keçirmiş, avtomobilin fotoşəkilləri çəkilmiş və ziyan barədə sənəd tərtib edilmişdir. İddiaçı ondan dəymiş zərərin əvəzi olaraq 38950 manat məbləğində pul tələb edir. Lakin o, tələb olunan məbləğlə razı deyil. Belə ki, iddiaçıya baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “xxxx” sığorta şirkətinin verdiyi sənədə əsasən 6240 manat məbləğində zərər dəymişdir. Məhkəmənin müvafiq qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardad əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının eksperti tərəfindən rəy verilməklə ekspertin rəyinə əsasən “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət nömrə nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 35321 manat olması müəyyən edilmişdir. Lakin məhkəmə qərardadında qoyulmuş 4-cü suala- “hadisə vaxtı fotoşəkilləri çəkilmiş “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin fotoşəkillərindəki zədə görüntülərinə əsasən həmin zərərin aradan qaldırılması üçün “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekində göstərilmiş ehtiyat hissələrinin hamısının dəyişilməsinə zərurət olmuşdurmu?” sualına cavab verilməmişdir. Ona görə ekspert rəyini əsassız hesab etməklə iddianın qismən, 6240 manat həcmində təmin olunmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək toplanmış sübutlara məcmu halda qiymət verməklə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AD seriyalı, 263315 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı, 2012-ci il buraxılışlı, kabriolet tipli, ağ rəngli, WBSLZ91060C985045 ban nömrəli nəqliyyat vasitəsi İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, İXP seriyalı, ******* inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli, YP seriyalı, 380828 nömrəli inzibati xəta haqqında qərardan görünür ki, Cavabdeh xx xxxx 2020-ci il tarixdə idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri Neftçilər prospektində törətdiyi yol-nəqliyyat hadisəsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 60 manat məbləğində cərimə inzibati tənbeh edilmişdir. Mülki iş materiallarına əlavə olunmuş “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, 137 nömrəli qüsur aktından və əlavə olunmuş fotoşəkillərdən müəyyən olunur ki, BMW AĞ konserninin Azərbaycanda rəsmi idxalçısı “xxxx” MMC-nin texniki xidmət mərkəzinə xx xxxx 2020-ci il tarixdə daxil olmuş “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlətqeydiyyatnişanlı, WBSLZ91060C985045 bannömrəli avtomobil hadisə nəticəsində sol yan hissəsindən güclü zərbə almışdır. Zədələnmiş hissələrin dəyişdirilməsinə- təmirinə ümumilikdə 69614,11 manat vəsait tələb olunur. Mülki işə əlavə olunmuş, iddiaçı tərəfin təqdim etdiyi Bakı şəhəri, Babək prospekti 2315 ünvanında yerləşən “AVTO SİSTEM” ehtiyat hissələri mağazasının verdiyi xx xxxxxxxx 2020-ci il tarixli, 59163 nömrəli ödəniş çekindən görünür ki, həmin satış mərkəzindən “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin hissələrinin alınması üçün mağazaya ümumilikdə 37950 manat məbləğində ödəniş edilmişdir. Mülki işə əlavə olunmuş, iddiaçı tərəfin təqdim etdiyi “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi xx xxxxxxx 2020-ci il tarixli, 24 nömrəli satış çekindən, həmin tarixli, S-0RD89754 nömrəli, S-0RD98754 nömrəli və S-ORD89754 nömrəli qaimələrin surətlərindən “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmirinin həyata keçirilməsi ilə bağlı cəmiyyətin hesabına ümumilikdə 6300 manat pul ödənilmişdir. Mülki işə əlavə olunmuş, cavabdeh tərəfindən təqdim olunmuş “xxxx” Sığorta Şirkətinin xx xxxx 2020-ci il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində dəymiş zərərin 6240 manat həcmində olması müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli, 9/5375 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, nəzərə hesablama yolu ilə “Avto Sistem” ehtiyat hissələri mağazasının verdiyi xx xxxxxxxx 2021-ci il tarixli, 59163 nömrəli ödəniş çeki, “xxxx” MMCnin xx.xx.2020-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı, “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 35.321,0 manat müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.. Həmin Məcəllənin 1108-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə tədqiqatı zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, xx xxxx 2020ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi Cavabdeh tərəfindən idarə etdiyi «Mersedes Benz E270 CDİ» markalı, ** RX *** dövlət nömrə nişanlı avtomobillə törədilmiş və onun törətdiyi inzibati xəta əməli səlahiyyətli orqanın tərtib etdiyi inzibati xəta haqqında protokol və qərarla öz təsdiqini tapdığından barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Qeyd olunan qərar hal-hazırda da qüvvəsindədir. Məhkəmə tədqiqatı zamanı xx xxxx 2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin Cavabdeh tərəfindən törədildiyi və onun törətdiyi inzibati xəta (yol-nəqliyyat hadisəsi) nəticəsində İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi əzilərək iddiaçıya ziyan dəyməsi tamamilə öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan Cavabdeh tərəfindən ödənilməlidir. Məhkəmə tədqiqatı zamanı Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı məxsus “BMW M6 Kabriolet” markalı, ** KO *** nömrəli nəqliyyat vasitəsinin əzilməsi nəticəsində həmin nəqliyyat vasitəsinin təmir-bərpa xərclərinin köhnəlmə faizi nəzərə alınmaqla təxminən 35321,0 manat məbləğində olması müəyyən edilmişdir. Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya dəymiş ziyanın məbləğinin az olduğunu və “xxxx” sığorta şirkəti tərəfindən verilmiş sənədə əsasən dəymiş ziyanın məbləğinin 6240 manat olmasını bildirmişdir. Lakin cavabdeh “xxxx” sığorta şirkətinin verdiyi bu sənəddən başqa öz etirazının əsasını təşkil edən digər hər hansı sübutu və sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, “xxxx” sığorta şirkətinin verdiyi tək bu sənəd məhkəmə tərəfindən işin faktiki hallarına hüquqi qiymət verilməklə obyektiv qərar qəbul edilməsi üçün mötəbər sübut kimi qəbul edilə bilməz. Həmçinin iddiaçı Cavabdeh ona dəymiş zərərin ödənilməmiş qalan hissəsinin 38950 manat məbləğində olmasını göstərsə də bunun əsasını təşkkil edən sənədi və sübutu məhkəməyə təqdim etməmişdir və məhkəmə araşdırması zamanı Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya 35321,0 manat məbləğində zərər dəyməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia hazırki həcmdə qismıən təmin edilməklə Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 35321,0 manat pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı iddianın qaldırılması ilə bağlı dövlət büdcəsinə ödədiyi 30 manat rüsumu tələb etmədiyinə görə dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216- 220, 222, 227, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh əmlaka dəyən zərərin əvəzi olaraq 35321 (otuz beş min üç yüz iyirmi bir) manat pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-199/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-199/2021
07.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver