Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-201/2025 26.11.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X7, iddiaçı Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinin nümayəndəsi İddiaçı, Cavabdeh iştirakları ilə, iddiaçı Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsi məhkəmədə iddia qaldıraraq X5 2695 (iki min altı yüz doxsan beş) manat pulun tutularaq müəssisəyə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinin nümayəndəsi İddiaçı iddianın dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək göstərmişdir ki, 07 iyun 2024-cü ildə saat (05:20) radələrində Alıc-Qışlaq kənd sakini Cavabdeh müəssisəyə aid buğda və yonca əkini sahəsinə öz şəxsi qoyun quzusunu buraxaraq yedizdirmiş, 1.2 ha toxumluq taxıl və 0.5 ha yonca sahəsini tapdaq altına qoyaraq tamamilə məhv etmişdir. Cavabdeh bu hadisədən əvvəllər də qoyunlarını gecə vaxtı sahələrə buraxaraq qəsdən ciddi ziyan vurmuşdur. Sahənin içərisində 55 başdan yuxarı qoyun və quzusunu otararkən gözətçi briqadir X16 qoyunlarla birlikdə şəklini çəkmişdir. İlqar gözətçini hədələmiş bundan sonra da belə edəcək deyərək aralarında mübahisə yaranmışdır. Onlar Xaçmaz rayon D.A.İ.M-dən mütəxəssislər dəvət edərək dəymiş ziyanın müəyyən etmişlər. Həmin sənədləri Xaçmaz rayon Polis şöbəsinə göndərmişlər. Xaçmaz R.P.Ş-nin İ.B-nin müstəntiqi Mətləb İsmayılov cinayət işini rədd etmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi məsləhət bilinmişdir. Müstəntiqin təhqiqatlarını nəzərə alaraq dəymiş ziyana görə Cavabdeh 2695 manat tutularaq müəssisəyə ödənilməsi üçün qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Alıcqışlaq kənd sakini X1 Alıc kəndi ilə qonşuluqda olan taxıl sahələrinə və yonca sahəsinə gecələr qoyun quzusunu buraxaraq yedizdirir. Dəfələrlə ona xəbərdarlıq etmələrinə baxmayaraq o evinin yaxınlığından istifadə edərək qəsdən sahələri otarmaqla bərabər tapdaq altına qoyaraq məhv etdirir. 07 iyun 2024-cü ildə səhər saat 05:20 radələrində gözətçi briqadiri X18 sahənin içərisində qoyunlarla birlikdə tutmuş və şəkilini telefonuna çəkmişdir. İlqar telefona çəkilişi görüb briqadirlə mübahisə etmiş və bildirmişdir ki, o bu vaxtadək belə etmiş, bundan sonrada belə edəcək. 2023-cü ilin eyni dövründə llqarın taxıl sahələrinə vurduğu ziyanın şəkilləri vardır. Onlar Xaçmaz rayon DAİM-dən mütəxəssislər dəvət edərək dəymiş ziyanı müəyyən etmişlər. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehlə aralarında barışıq olmamışdır. Dəfələrlə cavabdehin özünə məxsus qoyunların təsərrüfatın yonca sahəsində otarmasının şahidi olmuşdur. Həmin hadisədən sonra cavabdehə məxsus qoyunlar və ya başqa şəxslərin heyvanları əraziyə daxil olmamışdır. Kənd əhalisinin çox hissəsi heyvan saxlayır, lakin örüş yerləri satılmışdır. 1200 manat məbləğində maddi ziyan ödənilməsinə razıdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, ona məxsus qoyunlar arxın üstündə otarılmışdır, iddiaçı tərəfin bildirdiyi yonca sahəsinə daxil olmamışdır. Həmin ərazidə başqa otlaq yeri yoxdur. Fotoşəkilləri çəkən adamın onunla qərəzi var, fotoşəkilləri də iddiaçıya həmin adam vermişdir. İddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Xaçmaz rayon D.A.İ.M-nin Bitkiçilik Sektorunun aparıcı mütəxəssisi X10, Azərbaycan- Türkiyə T.A.T.O.M-nin İ.E.Ş müdiri İddiaçı İlyas oğlunun, Müəssisənin baş aqranomu X2, Müəssisənin İ.E.Ş baş mütəxəssisi X8, gözətçi briqadiri X6 iştirakı ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Alıc-Qışlaq kəndində toxumluq taxıl sahələrinə və yonca sahəsinə baxış keçirərkən aşağıdakıları müəyyən etmişlər. 1. Alıc-Qışlaq Ağyazı-Buduq yolunun alt sahələrində toxumluq taxıl sahələrində 1.2 ha toxum sahəsi qoyuna yedizdirilmiş sahə tapdanaraq məhv edilmişdir. Odur ki, 1.2 ha sahənin hər hektarından 35 sentner məhsul olmaqla 4200 kq x 0.60= 2520 manat. 2. Məhv edilən yonca sahəsi 0.5 ha olub hər hektardan 100 kip (pres) 0.5 ha x 100 pres =50 kip (pres) x 3.5 man =175 man; Cəmi: 2695 (iki min altı yüz doxsan beş) manat Muradov İlqardan tələb olunaraq Müəssisənin bank hesabına ödənilməlidir. -“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmişdir. Qərar barədə maraqlı tərəflərə məlumat verilməsi və İddiaçı Azərbaycan- Türkiyə Toxumçuluq və X9 Müəssisəsinə dəymiş madid ziyanla əlaqədar Cavabdeh pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi qərara alınmışdır. Qeyd olunan qərarda izahatı alınmış Cavabdeh göstərmişdir ki, onun 55 baş qoyun və quzusu vardır, həmin heyvanları otarıb gününü keçirir. Alıc-Qışlaq kəndində örüş yerləri olmadığına görə qoyunları taxıl və yonca sahələrinin aralarında olan kanalın yanlarında otarır. 07 iyun 2024-cü il tarixdə səhər saat 05 radələrində havanın sərin vaxtı olduğu üçün qoyunları çıxarıb Alıc-Qışlaq kəndi ərazisində olan yonca və taxıl sahələrinin arasında olan su kanalının yanında otarmışdır. Qoyunları otaran zaman qoyunlardan bir neçəsi kanalı keçib yonca sahəsinə keçmişdir. Qoyunların bir neçəsi keçən kimi digər qoyunlar da istiqamətini dəyişib onlar da digərlərinin arxası ilə yonca sahəsinə keçmişlər. O, yonca sahəsinə ziyan vurmasınlar deyə tez qaçaraq qoyunları oradan çıxarmağa başlamışdır. Qoyunları sahədən çıxaran zaman yonca sahəsinin gözətçisi Tale adlı şəxs gəlmiş və sonuncu mobil telefonunu çıxarıb fotoşəkillər çəkməyə başlamışdır. Onun fotoşəkil çəkməsi xoşuna gəlməmiş, ona görə də Taleyə irad bildirib şəkil çəkməməsini demiş, ancaq Talenin ünvanına nalayiq ifadələr işlətməmişdir. Bundan sonra qoyunları oradan uzaqlaşdırmışdır. Onun qoyunları taxıl və yonca sahələrinə məktubda göstərilən miqdarda, yəni 2695 manat dəyərində maddi ziyan vura bilməz, həm də o, qoyunları həmin yerə qəsdən salmamışdır. Onun barəsində yazılanlar tamamilə şər və böhtandır. Əvvəllər isə onun qoyunları orada olan taxıl və yonca sahələrinə girməmişdir. -foto şəkillərdən buğda və yonca əkini sahəsində heyvanların otarılması müəyyən edilir. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 47 manat rüsum ödənilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin 23 aprel 2025ci il tarixli 7/2016-9/10290 nömrəli ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş Xaçmaz rayonu Alıc-Qışlaq kəndində heyvanlar tərəfindən əzilmiş və tapdalanmış 1,20 hektar sahədə, cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngli, “Alekseiç” sortlu toxumluq taxıl əkilmiş ərazidən 1 hektara 25-27 sentner buğda məhsulu götürülməsi mümkündür. Tədqiqata təqdim edilmiş Xaçmaz rayonu Alıc-Qışlaq kəndində heyvanlar tərəfindən əzilmiş və tapdalanmış 0,5 hektar sahədə “Bilensoy” sortlu, 1 hektar sahədən 75-90 kip olmaqla, bir ədəd kipin ortalama kütləsi 16-18 kq olmaqla, 1 hektar sahədən birinci biçimdə ortalama 75-90 kip alına bilər. -Mütəxəssis rəyindən görünür ki, qiymətləndirici - mütəxəssis qarşısında qoyulmuş suala uyğun olaraq aparılmış hesablamalara və təhlillərə əsasən iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinin Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə 1,20 hektar torpaq sahəsindən cücərtiləri və boruya çıxma fazasında yarpaqları tünd yaşıl rəngli, “Alekseiç” sortlu toxumluq taxılın bir sentnerinin (1 hektara 25-27 sentner məhsul yığılmasının mümkünlüyü nəzərə alınmaqla), 0,5 hektar torpaq sahəsindən “Bilensoy” sortlu yoncanın bir ədəd kipinin ortalama kütləsi 16-18 kq olmaqla (1 hektar sahədən 75-90 kip yonca yığılması nəzərə alınmaqla) 06 oktyabr 2025-ci il tarixinə bazar dəyəri: Taxıl üzrə: 1404,0 (bir min dörd yüz dörd) manat, Yonca (kip şəklində) üzrə: 164,0 (bir yüz altmış dörd) manat, ümumi olaraq 1568,0 (bir min beş yüz altmış səkkiz) manat təşkil edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz rayonunun Alıcqışlaq kənd sakini Cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinin Alıc kəndi ilə qonşuluqda olan taxıl sahələrinə və yonca sahəsinə qoyunquzusunu buraxaraq yedizdirmiş, dəfələrlə ona xəbərdarlıq edilməsinə baxmayaraq o evinin yaxınlığından istifadə edərək qəsdən sahələri otarmaqla bərabər tapdaq altına qoyaraq məhv etmişdir. İddiaçı məhkəmədə iddia qaldıraraq dəymiş ziyanın ödənilməsini xahiş edir. Cavabdeh iddianı qəbul etmir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. 1110-cu maddəsinə əsasən heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinə məxsus yonca və taxıl sahəsinə heyvanların otarılması nəticəsində maddi ziyan dəymişdir. Cavabdeh qeyd olunan ərazidə heyvanları otarmadığını, maddi ziyanının onun tərəfindən vurulmadığını bildirsə də, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş fotoşəkillərlə cavabdehin ona məxsus heyvanları həmin ərazidə otardığı müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulduğu sübuta yetirilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində dəymiş ziyanın məbləğinin 2695 manat olduğunu qeyd etsə də, məhkəmə tərəfindən alınmış mütəxəssis rəyinə əsasən dəymiş ziyanın məbləğinin 1568 manat olduğu müəyyən edilmişdir. Həmçinin, məhkəmə iclasında iddiaçı tərəf güzəşt olaraq, cavabdehdən 1200 manat məbləğdə maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1200 manat məbləğində pul alınaraq Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinə verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, iddaiçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etmədiyindən, dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1200 manat məbləğində pul alınaraq Azərbaycan-Türkiyə Toxumçuluq və X9 Müəssisəsinə verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin Ekspertiza tədqiqatının dəyəri 70 manat məbləğində pul Cavabdeh alınaraq X4, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34JTRE******************** hesabına keçirilsin. Qiymətləndirmə xidmətinin göstərilməsinin dəyəri olan 300 manat Cavabdeh alınaraq (VÖEN: **********, Hesab № AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ013501**********2944, KOD: 805711; SWİFT: İBAZAZ2X, "xxxx" MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №2(067)-201/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-201/2025
26.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver