Məhkəmə qərarları › İş №2(067)-2021/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2021/2021

27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2021/2021 27.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı zaminliyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh onun maaşından bu günə qədər tutulan 2500 manat və 30 manat dövlət rüsumun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh çoxdan tanıyır, cavabdeh ilə neçə illər münasibətləri yaxşı olmuşdur. Cavabdeh ondan xahiş etmişdir ki, o, cavabdehə Xaçmaz şəhərindəki "xxxx" bankından kredit götürməkdə zamin dursun. Bank of Baku bankından krediti almamışdan qabaq aralarında məsləhət edib razılaşmışlar ki, aldığı məbləği bir neçə aya tam şəkildə ödəyəcək. Lakin təxminən üç-dörd il keçdikdən sonra Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru ona çağırış məktubu göndərmişdir və onda başa düşmüşdür ki, cavabdeh ödənişlərdən yayınıb və ödəniş etmədiyi üçün iş gedib Xaçmaz rayon məhkəməsinə və oradanda icra olunması üçün Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə. Cavabdehə dəfələrlə zəng edərək bildirmişdir ki, ödəniş etmək lazımdır lakin o, müxtəlif bəhanələr edərək ödənişdən yayınırdı. Bir müddət keçəndən sonra Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin icra məmuru onun işlədiyi Xaçmaz rayon üzrə Suvarma idarəsinə onun əmək haqqının 50% faizini tutularaq Bank of Baku bankında olan sözü gedən kredit hesabına ödənilməsi barədə qərara alıb və onun iş yerimə göndərmişdir. Onu da qeyd edir ki, cavabdeh aldığı kreditə görə onun maaşından bugünə kimi 2500 (iki min beş yüz) manat pul tutularaq Bank of Baku bankının hesabına ödənilmişdir və bu barədə bankdan çıxarışları var. Axrıncı dəfə cavabdehdən pulu istəyərkən cavabdeh ona demişdir ki, o, ona pulu qaytarmayacaq get hara istəyirsən şikayət et. O, da məcburiyyət qarşısında qalaraq məhkəməyə mtiraciyət etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında iştirak edərək iddiasının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Qeyd olunan Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan Xaçmaz rayon İcra və X1 rayon Suvarma Sistemləri İdarəsinə ünvanladığı 21.08.2020-ci il tarixli 107022/2020-26-5 saylı məktubundan görünür ki, Xaçmaz rayon Suvarma Sistemləri İdarəsində işləyən İddiaçı Yəhya oğlundan 4199.21 manat vəsaiti hər ay 50% olmaqla tutularaq "xxxx" ASC-nin hesabına və 434.90 manat 7% icra ödənişini də tutaraq Xaçmaz rayon İcra və Probasiya şöbəsinin depozit hesabına köçürülməsinin təmin edilməsi barədə bildirmişdir. İş materiallarında olan "xxxx" Xaçmaz filialından verilmiş hesabdan çıxarışdan görünür ki, 30.06.2016-cı il tarixdən 05.08.2021-ci il tarixədək olan müddət ərzində İddiaçı əmək haqqısından Cavabdeh kredit borcuna görə 2778,99 manat pul ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi təmin edilsin. Cavabdeh 2500 manat manat pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar