Məhkəmə qərarları › İş №2(067)-2029/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2029/2025

01.09.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2029/2025 01.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ziyan tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, 20 fevral 2025-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 10TX905 dövlət qeydiyyat nişanlı «Mercedes Benz E240 minik» markalı avtomobilə dəymiş ziyan olaraq 2875 (iki min səkkiz yüz yetmiş beş) manat və 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu kimi məhkəməyə ödənilmiş pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ** TX *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E240 minik» markalı nəqliyyat vasitəsi X2 mülkiyyətində olsa da, 7E-10484 reyestr nömrəli, xx.xx.2024-ci il tarixli etibarnamə ilə onun qanuni sahibliyindədir. Qeyd edilən avtomobil etibarnamə ilə onun qanuni sahibliyində olduğu müddətdə 20 fevral 2025-ci il tarixdə, saat təxminən 07:30 radələrində Quba-Xaçmaz yolunun Yergüc kəndi ərazisindən yaşadığı Quba rayonu, Barlı kəndinə gəlmək üçün hərəkətdə olarkən iş üzrə Cavabdeh idarə etdiyi VAZ 21150 markalı ** RO *** dövlət qeydiyyat nişanlı avtomaşınla sürüşürək əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr qaydalarını pozduğu üçün onun idarə etdiyi avtomaşınla toqquşmuşdur. Nəticədə iş üzrə Cavabdeh idarə etdiyi avtomaşında olan qadın sərnişin xəsarət almaqla yanaşı, onun idarə etdiyi avtomobilə ciddi ziyan dəymişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsinə iş üzrə cavabdehin manevr etmə qaydalarını pozması səbəb olduğundan ilk növbədə Xaçmaz RPŞ-də təhqiqat aparılmış və 20 mart 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilərək Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin tələblərini pozduğuna görə inzibati tənbeh tədbiri görülməsi üçün Xaçmaz RPŞnin DYPB-nə göndərilmişdir. Bununla da, Xaçmaz rayon Polis Şöbəsinin YPX əməkdaşları tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra, TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, ona vurulmuş zərərlə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə mövcuddur. Yol nəqliyyat hadisəsi baş verərkən onun qanuni sahibliyində olan ** TX *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz E240 minik» markalı avtomobilinə ciddi zərər vurulmuşdur. Avtomotoservis və Ticarət Müəssisəsi Xaçmaz 1 saylı Texniki Xidmət Stansiyası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ziyan aktından görünür ki, yol nəqliyyat hadisəsi zamanı ** TX *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E240 minik» markalı avtomaşına dəymiş maddi ziyan cəmi 7875 manat təşkil edir. Vurulmuş ziyandan 5000 manat məbləğində pul icbari sığorta vasitəsilə ona ödənilmişdir. Qalan 2875 manat məbləğində pul isə bu günə kimi Cavabdeh tərəfindən ona ödənilməmişdir. Ona vurulmuş zərərin ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh həmin ziyanı ödəməkdən imtina edir. Cavabdehlə aralarında olan mübahisəni məhkəmədənkənar qaydada həll etməklə bağlı cəhdləri nəticəsiz qalmışdır. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, avtoqəza nəticəsində ona ziyan dəyib. xx.xx.2025-ci il tarixdə Xaçmaz rayonunun Yergüc kəndi yolunda “Mercedes Benz E24 minik” markalı avtomobili ilə hərəkətdə olarkən cavabdeh idarə etdiyi VAZ21150 markalı avtomobili ilə qarşısına çıxıb. Hadisə ilə bağlı polisdə işləri olub. Hadisə nəticəsində avtomobilinə 7875 manat ziyan dəymiş, dəymiş ziyandan 5000 manat məbləği sığorta şirkəti ödəyib. Qalan 2875 manat isə cavabdeh tərəfindən ona ödənilməmişdir. Cavabdeh ümumiyyətlə maraqlanmır. O, onunla bir neçə dəfə əlaqə saxlamışdır, lakin nəticəsi olmamışdır. Ona dəymiş ziyan həcmi 8000 manatdır. Qalan hissə 2875 manat və 49 manat dövlət rüsumunun ödənilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul edir. İddiaya etiraz etmir, ödəyəcək. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. - Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işi başlanması rədd edilmiş, inzibati tənbeh tədbiri görülməsi üçün qərarın surəti Xaçmaz RPŞ-nin DYPB-yə göndərilmişdir. - nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamədən müəyyən olunur ki, ** TX *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz E240 minik» markalı nəqliyyat vasitəsi X2 mülkiyyətində olsa da, 7E-10484 reyestr nömrəli, xx.xx.2024-ci il tarixli etibarnamə ilə İddiaçı qanuni sahibliyindədir. - İnzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2025-ci il tarixli qərarla Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 100 manat məbləğində cərimə edilmişdir. - xx.xx.2025-ci il tarixli ziyan aktının surətindən görünür ki, ** TX *** dövlət qeydiyyat nişanlı «Mercedes Benz E240 minik» markalı avtomobilə dəymiş ziyanın ümumi miqdarı 7875 manat məbləğində müəyyən edilmişdir. - İddiaçı "xxxx" ASC-nin Xaçmaz filialında açılmış kart hesabı çıxarışından müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə müştəri İddiaçı hesabına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı iddiaçıya zərər vurmuşdur. Bu hallar inzibati xəta haqqında qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərər iş materialları ilə təsdiq olunur. Bundan başqa, cavabdeh tərəfindən də iddia etiraf olunduğundan, iddia əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, tələb bu hissələrdə təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 49 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul və 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2875 (iki min səkkiz yüz yetmiş beş) manat məbləğində pul və 49 (qırx doqquz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar