Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2034/2025 15.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, iddiaçı X2 Cavabdeh qarşı zaminin əsas borcluya qarşı müraciəti - regress tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyünə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Cavabdeh qarşı zaminin əsas borcluya qarşı müraciəti - regress tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 onun tərəfindən ödənilmiş 3652 manat məbləğin ona qaytarılması və məhkəmə xərclərinin və hüquqi məsrəflərin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi geri qaytarılmalıdır. Gəlinən nəticə aşağıdakılarla əsaslandırılır. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət etmədən məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı X3 tərəfindən dövlət rüsumu ödənilməsinə dair sənəd iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Lakin, iddiaçı qanunun bu tələblərinə riayət etməmiş və ya etsə də, bu iddia ərizəsinə əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmır. Belə olan halda, iddiaçı X2 Cavabdeh qarşı zaminin əsas borcluya qarşı müraciəti regress tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıda sadalananları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 305.1.17-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X2 Cavabdeh qarşı zaminin əsas borcluya qarşı müraciəti - regress tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-2034/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2034/2025
15.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver