Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2039/2022 19.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mülkiyyətə törədilən maneələrə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ona satılan torpaq sahəsinə gediş-gəliş yolunda əkdikləri ağacları köçürmək və yolun qarşısında inşa etdikləri hasarı sökməklə, hazırda mülkiyyətində olan torpaq sahəsinə gediş-gəlişinə törətdikləri maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.18 ha torpaq sahəsini Xaçmaz rayon 1 saylı Notariusunda təsdiq olunmuş AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehlərdən satın almışdır. Alqı-satqı müqaviləsi bağlanan zaman cavabdehlər torpaq sahəsinə gedən yolu da ona təhvil vermələrini vəd etsələr də həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdehlər satın aldığı torpaq sahəsinə gedən yolu ona təhvil verməmişlər. Belə ki, cavabdehlər satdıqları torpaq sahəsinə gedən yolda əkdikləri ağacları köçürməmiş və yolun qarşısında inşa etdikləri hasarı sökməmişlər. Nəticədə satın aldığı və hazırda mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Ona görə də qeyd olunanlarla əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə hazırlıq iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq göstərmişdir ki, o, mübahisə predmeti olan torpaq sahəsini cavabdehlərdən satın almış və alqı-satqıdan sonra adına mülkiyyət hüququna dair çıxarış əldə etmişdir. Lakin torpaq sahəsini satın alandan sonra cavabdehlər ona torpaq sahəsinə getməyə yol vermədilər, halbuki, mülkiyyət sənədində torpaq sahəsinə yol nəzərdə tutulub. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında dindirilən Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsini bizdən satın alıb və alqı-satqıdan sonra adına mülkiyyət hüququna dair çıxarış əldə edib. Lakin onun çıxarışında yolun keçdiyi ərazi düzgün göstərilməyib. Bunu DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları da təsdiq edirlər. O, dəfələrlə iddiaçıya təklif etmişdir ki, birlikdə bu məsələni həll etmək üçün DƏDRX-nə müraciət etsinlər, lakin iddiaçı buna razı olmamışdır. Məhkəmə hazırlıq iclasında dindirilən cavabdeh X3 izahatında göstərmişdir ki, iddiaçı mübahisə predmeti olan torpaq sahəsini bizdən satın alıb və alqı-satqıdan sonra adına mülkiyyət hüququna dair çıxarış əldə edib. Lakin onun çıxarışında yolun keçdiyi ərazi düzgün göstərilməyib. Bunu DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları da təsdiq edirlər. O, dəfələrlə iddiaçıya təklif etmişdir ki, birlikdə bu məsələni həll etmək üçün DƏDRX-nə müraciət etsinlər, lakin iddiaçı buna razı olmamışdır İş üzrə Cavabdeh3 məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mülkiyyətə törədilən maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi Mülki Məcəllənin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iddiaçı tərəfindən torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlər məhkəməyə təqdim edilmədiyindən işin məhkəmə qaydasında araşdırılması qeyrimümkündür və iddia ərizəsi icraata qəbul edilənə qədər iddiaçı həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikası MPM-in 149 –cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. 149.4. Ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri də göstərilir. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia baxılmamış saxlanılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.1, 260, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı mülkiyyətə törədilən maneələrə son qoyulması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2039/2022
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2039/2022
19.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver