Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2047/2021 14.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, “xxxx” MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : “xxxx” MMC-nin Borclu qarşı borcun tutulması barədə “məhkəmə əmri çıxarılmasını xahiş etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, ərizənin qəbul edilməsindən imtina edilməlidir. İş materiallarından müəyyən olunur ki, ərizə tərəflər arasındakı borc müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin edilməsi üçün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Lakin, ərizəyə əlavə edilmiş sənədlərdən borclu tərəfindən hansı məbləğdə ödənişlər edildiyini (həmin ödənişləri təsdiq edən sənədlər) və onun kreditora hansı məbləğdə borcunun qaldığını müəyyən etmək mümkün deyil. Başqa sözlə, tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanmır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 279.2.1-ci maddəsinə əsasən verilmiş tələb bu Məcəllənin 276-cı maddəsi ilə nəzərdə tutulmamışdırsa, məhkəmə ərizənin qəbul edilməsindən imtina edir. Həmin Məcəllənin 279.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 276-279-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : “xxxx” MMC-nin Borclu qarşı borcun tutulması barədə məhkəmə əmrinin çıxarılmasına dair ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ərizəçiyə ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2047/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2047/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver