Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2075/2020 19.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə178.68 (yüz yetmiş səkkiz manat 68 qəpik) manat məbləğində əsas borc, 29.45 (iyirmi doqquz manat 45qəpik) manat faiz borcu və 35.27(otuz beş manat 27 qəpik) manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 0.35(otuz beş )manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 243.75(iki yüz qırx üç manat 75qəpik) manat borcun və ödənilmiş 20 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən“FİNtrend” BOKT-dan Cavabdeh illik 36 faizlə 12 ay müddətinə 529.4 manat kredit verilmişdir. FİNtrend”xxxxxxxxxx“Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli müqaviləyə xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə“FİNtrend” BOKT”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Niko yl İKB ASC-yə ötürülmüşdür. Lakin, cavabdeh öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin banka xx xxxxxx 2020-ci il tarixədək xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 178.68 (yüz yetmiş səkkiz manat 68 qəpik) manat məbləğində əsas borc, 29.45 (iyirmi doqquz manat 45qəpik) manat faiz borcu və 35.27 (otuz beş manat 27 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 243.4 (iki yüz qırx üç manat 4 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İş üzrə İddiaçı ASC-nin nümayəndəsinə və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı isə nümayəndəsinin iştirakı olmadan işə baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə teleqram göndərmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh xx xxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən FİNtrend” BOKT-dan illik 36 faizlə 12 ay müddətinə 529.4 manat kredit verilmişdir. Lakin, cavabdeh öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin banka xx xxxxxx 2020-ci il tarixədək xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 178.68 (yüz yetmiş səkkiz manat 68 qəpik) manat məbləğində əsas borc, 29.45 (iyirmi doqquz manat 45qəpik) manat faiz borcu və 35.27(otuz beş manat 27 qəpik) manat cərimə borcu olmaqla ümumilikdə cəmi 243.4(iki yüz qırx üç manat 4 qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarından müəyyən olunur ki, FİNtrend”xxxxxxxxxx“Nikoyl İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli müqaviləyə xx xxxx 2019-cu il tarixli hüquqların ötürülməsi barədə sazişə əsasən Cavabdeh ilə“FİNtrend” BOKT”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“Niko yl İKB ASC-yə ötürülmüşdür. İş materiallarında olan tələbetmə hüquqlarının ötürülməsinə dair bildirişdən müəyyən olunur ki, Cavabdeh borcların “Nikoyl İKB ASC-yə ödənilməsi barədə xəbərdarlıq edilmiş və borclu xx.xx.2020-ci il tarixdə həmin bildirişə tanış olması ilə bağlı imza etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli teleqramdan müəyyən olunur ki, İddiaçı ASC məhkəmədən nümayəndəsinin iştirakı olmadan işə baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı ASC tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından İddiaçı ASC ilə Cavabdeh arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən isə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank üçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Buna görə də məhkəmə iddianın təmin edilməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məjəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə178.68 (yüz yetmiş səkkiz manat altmış səkkiz qəpik) manat məbləğində əsas borc, 29.45 (iyirmi doqquz manat qırx beş qəpik) manat faiz borcu və 35.27 (otuz beş manat iyirmi yeddi qəpik) manat cərimə və kredit müqaviləsi üzrə xx xxxx 2020-ci il tarixdən xx xxxxxx 2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 0.35 (otuz beş )manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 243.75 (iki yüz qırx üç manat yetmiş beş qəpik) manat borc və ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2075/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2075/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver