Məhkəmə qərarları › İş №2(067)-2077/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2077/2020

20.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2077/2020 20.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı X3 Təşkilatı MM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı X3 Təşkilatı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı MM QBKT-nİn xeyrinə 2188 (iki min yüz səksən səkkiz) manat əsas borc, 481 (dörd yüz səksən bir) manat faiz borcu, 18.98 (on səkkiz) manat cərimə olmaqla, cəmi 2687.98 (iki min altı yüz səksən yeddi manat, doxsan səkkiz) manat kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MM QBKT iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6937 №-li kredit müqaviləsinə əsasən cavabdehə biznes səviyyəsi və həyat səviyyəsinin yaxçılaşdırılması üçün illik 29 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 167 manat olmaqla bərabər hissələrlə ödəniş etməsi razılaşdırılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində kredit müqaviləsinin tərəfi olmuşdur.Lakin Cavabdeh1 müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirməmişdir. Həmçinin, xx.xx.2015-ci il tarixli kredit müqaviləsi xx.xx.2016-cı il tarixli, **********6937 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 2188 manat, faiz borcu, 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixə **********6937 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2188 (iki min yüz səksən səkkiz) manat əsas borc, 481 (dörd yüz səksən bir) manat faiz borcu, 18.98 (on səkkiz) manat cərimə olmaqla, cəmi 2687.98 (iki min altı yüz səksən yeddi manat, doxsan səkkiz) manat təşkil edir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə hər iki cavabdehə xəbərdarlıq edilsə də, qeyd olunan kredit müqaviləsinin şərtləri yerinə yetirilməmiş və öhdəlikləri lazımınca icra etməmişdir. İddiaçı MM QBKT məhkəmə prosesindən öncə ərizə ilə müraciət edərək iddia ərizəsinə onların nümayəndəsinin iştirakı olmadan baxaraq iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 vəfat etdiyi üçün məhkəmə xx xxxxxxx 2020-ci il tarixli, 2(067)- 2077/2020 saylı qərardadla iş üzrə icraata xitam vermişdir. Məhkəmə iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia Cavabdeh1 münasibətdə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********6937 №-li kredit müqaviləsinə əsasən cavabdehə biznes səviyyəsi və həyat səviyyəsinin yaxçılaşdırılması üçün illik 29 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 Cavabdeh1 öhdəliklərinin icrası üçün İddiaçı MM QBKT qarşısında öhdəlikləri öz üzərinə götürmüşdür. xx.xx.2015-ci il tarixli kredit müqaviləsi xx.xx.2016-cı il tarixli, **********6937 saylı sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi əsas borc üzrə 2188 manat, faiz borcu, 0.00 manat, cərimə 0.00 manat müəyyən edilmişdir. xx xxxxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən xx.xx.2016-cı il tarixə **********6937 saylı kredit müqaviləsi üzrə borcun məbləği 2188 (iki min yüz səksən səkkiz) manat əsas borc, 481 (dörd yüz səksən bir) manat faiz borcu, 18.98 (on səkkiz) manat cərimə olmaqla, cəmi 2687.98 (iki min altı yüz səksən yeddi manat, doxsan səkkiz) manat təşkil edir. İş materiallarında olan bildirişlərdən görünür ki, borclulara kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə kredit borcunun ödənilməsi və tələbin ipoteka predmetinə yönəldilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı MM QBKT məhkəməyə iddia ərizəsinin verilməsi üçün xx.xx.2020-ci il tarixində 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından, İddiaçı MM QBKT-nİn ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, İddiaçı MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Buna görə məhkəmə hesab edir ki, iddia Cavabdeh1 münasibətdə təmin edilməli və Cavabdeh1 İddiaçı MM QBKT-nin xeyrinə 2188 (iki min yüz səksən səkkiz) manat əsas borc, 481 (dörd yüz səksən bir) manat faiz borcu, 18.98 (on səkkiz) manat cərimə olmaqla, cəmi 2687.98 (iki min altı yüz səksən yeddi manat, doxsan səkkiz) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh1 İddiaçı MM QBKT-nin xeyrinə 2188 (iki min yüz səksən səkkiz) manat əsas borc, 481 (dörd yüz səksən bir) manat faiz borcu, 18.98 (on səkkiz, doxsan səkkiz qəpik) manat cərimə olmaqla, cəmi 2687.98 (iki min altı yüz səksən yeddi manat, doxsan səkkiz qəpik) manat kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun.. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar