Məhkəmə qərarları › İş №2(067)-208/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-208/2022

04.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-208/2022 04.02.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, iddiaçı "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, iddiaçı "xxxx" MMC-nin direktoru X1 Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin direktoru X2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona məxsus qanunsuz saxladığı 890 manat pulun və ya malın geri qaytarılmasını və 30 manat dövlət rüsumu olmaqla, cəmi 920 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin direktoru X2 tələbini onunla əsaslandırmışdır ki, müəsissəyə məxsus Bakı şəhərində yerləşən anbardan Cavabdeh, 26 avqust 2019-cu ildə satış məqsədi ilə 1060,00 (min altmış) manat dəyərində araq məhsulunu qaimə faktura əsasında aparmışdır. O, etibardan sui-istifadə edərək, verdiyi vədə əməl etməmiş, 2 günə qaytarmalı olduğu 1060,00 manatdan 170,00 manat pul qaytarmış, yerdə qalan 890,00 manat pulu isə 2 ildir ki, qaytarmır. Dəfələrlə pulun və ya malın geri qaytarılmasını bildirsə də, heç bir nəticə əldə edə bilmir. Məhkəmə qaydasında olmadan mübahisənin həlli mümkün deyildir. Məhkəməyə müraciətindən sonra cavabdehdən qanunsuz saxlanılan pulunu və ya malını geri ala biləcək. Məhkəmə iclasında iş üzrə iddiaçı "xxxx" MMC-nin direktoru X2 iddia ərizəsini müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdehə satdığı araq məhsulları direktor olduğu "xxxx" MMC-nə məxsusdur və cavabdehdən tələb etdiyi pul da, MMC-nin hesabına ödəniləcək. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılsa da, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib iş üzrə materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materiallarından və iddiaçı "xxxx" MMC-nin direktoru X1 məhkəmədə verdiyi izahatdan müəyyən olunur ki, iddia üzrə tələb olunan pul məbləği və araq məhsulları "xxxx" MMC-yə məxsusdur. "xxxx" MMC sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanlara əsasən, iddiaçı "xxxx" MMC-nin direktoru X1 Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının 261, 262,263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin direktoru X1 Cavabdeh qarşı qanunsuz saxlanılan pul tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar