Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2089/2020 10.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Kredit borcunun qaytarılması tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558 manat 36 qəpik əsas, 85 manat 89 qəpik faiz borcu, 46 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 690 manat 73 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə teleqramma göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini, iddianı müdafiə etdiklərini bildirməklə işə iştirakları olmadan baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasının mümkün hesab etmişdir. İş üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «Fintrend» Bank olmayan kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1088,9 manat kredit götürmüşdür. «Fintrend» Bank olmayan kredit təşkilatı ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli, xx xxx 2018-ci il tarixli, müqaviləyə hüquqların ötürülməsi barədə 400 saylı, xx xxxxxx 2018-ci il tarixli sazişə əsasən Cavabdeh ilə «Fintrend» Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə otürülmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2020-ci ilin iyun ayının 09-dək Cavabdehun banka xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558,36 manat əsas, 85,89 manat faiz və 46,48 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 690,73 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən yayınmışdır. Göstərilənlər nəzərə alınmaqla Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558 manat 36 qəpik əsas, 85 manat 89 qəpik faiz borcu, 46 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 690 manat 73 qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul edərək göstərdi ki, həqiqətən o, iddiaçı bankdan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən illik 35 faizlə 24 ay müddətinə 1088 manat məbləğində kredit almışdır. Krediti aldıqdan sonra bir müddət aylıq ödənişləri vaxtlı-vaxtında etmiş, sonradan maddi vəziyyəti pisləşdiyindən qrafik üzrə ödəmələri edə bilməmiş və hazırda banka borcu yaranmışdır. İddiaçı bank onun haqqında məhkəmədə iddia qaldırana qədər 2020-ci ilin iyul ayında 170 manart, avqust ayında 130 manat, oktyabr ayında isə 65 manat ödəniş etmişdir. Banka olan qalan borcunu da hissəhissə ödəyəcəkdir. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsindən və əlavə edilmiş ödəniş qrafikindən görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «Fintrend» Bank olmayan kredit təşkilatından illik 35 faizlə 24 ay müddətinə 1088,9 manat kredit götürmüş və həmin kredit məbləğini qrafik üzrə hər ay 63,72 manat hesabı ilə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan tələbetmə hüquqlarının güzəşt edilməsinə dair xx xxx 2018-ci il tarixli, 004 saylı müqavilədən, tələbetmə hüququnun ötürülməsi barədə xx xxxxxx 2018-ci il tarixli bildirişdən və tələbetmə hüququnun güzəşt olunmasına dair 004 nömrəli, xx xxx 2018-ci il tarixli müqaviləyə hüquqların ötürülməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 400 nömrəli sazişdən görünür ki, «Fintrend» Bank olmayan kredit təşkilatı ilə «xxxxxx» İKB ASC arasında bağlanmış tələbetmə hüququnun güzəşt olunmasına dair xx xxx 2018-ci il tarixli, 004 nömrəli müqaviləyə hüquqların ötürülməsi barədə xx xxxxxx 2018-ci il tarixli, 400 saylı sazişə əsasən Cavabdeh ilə «Fintrend» Bank olmayan kredit təşkilatı arasında bağlanmış kredit müqaviləsi üzrə borcun tələb etmək hüququ «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinə otürülmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin maliyyə arayışından görünür ki, Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2020-ci ilin iyun ayının 09-dək Cavabdehun banka xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558,36 manat əsas, 85,89 manat faiz və 46,48 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 690,73 manat borcu vardır. İş materiallarında olanİddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx xxxx 2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə müqavilə üzrə borcun ödənilməsini təmin etməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan Azərbaycan REspublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli arayışdan görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Yalama kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməklə Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558 manat 36 qəpik əsas, 85 manat 89 qəpik faiz borcu, 46 manat 48 qəpik cərimə borcu olmaqla cəmi 690 manat 73 qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 558 (beş yüz əlli səkkiz) manat 36 (otuz altı) qəpik əsas, 85 (səksən beş) manat 89 (səksən doqquz) qəpik faiz borcu, 46 (qırx altı) manat 48 (qırx səkkiz) qəpik cərimə borcu olmaqla cəmi 690 (altı yüz doxsan) manat 73 (yetmiş üç) qəpik məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №2(067)-2089/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2089/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver