Məhkəmə qərarları › İş №2(067)-2097/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2097/2021

16.08.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2097/2021 16.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Əcdər qızının, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı aliment tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə 16 avqust 2021ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı Əcdər qızı məhkəmədə iddia qaldıraraq cavabdehdən 18.02.2009-cu il təvəllüdlü Ayselin və 10.10.2010-cu il təvəllüdlü İlqarın yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq hər ay 175 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən yetkinlik yaşına çatmamış uşaqlarının saxlanılması üçün cavabdehdən hər ay hər uşaq üçün 80 manat alimentin alnaraq ona verilməsi qət edilmişdir. Hazırda böyük qızı atasının yanında yaşayır 2 azyaşlı övladı isə onun yanındadır. Ona görə də uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkir. Cavabdeh uşaqların saxlanması üçün əlavə heç bir köməklik etmir. Cavabdehin isə buna hər cür imkanı var. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11.05.2007-ci il təvəllüdlü X1 üçün İddiaçı Əcdər qızından hər ay 175 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, birgə nikahlarından olan 11.05.2007-ci il təvəllüdlü qızı Feyzə 01 iyul 2020-ci il tarixdən onun himayəsində yaşayır. Javabdeh həmin uşağın saxlanması üçün ona heç bir maddi yardım göstərmir. Hər üç uşağın saxlanması yükü onun üzərinə düşür. O, heç yerdə işləmir, fərdi işlərdə işləyib cüzi qazanc əldə edir. Buna baxmayaraq alimenti vaxtlı vaxtında ödəyir. Cavabdeh özü işləyir, normal səviyyədə qazancı var. Ona görə də hesab edir ki, cavabdehin özü də himayəsində olan uşağın saxlanılmasında maddi cəhətdən iştirak etməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, övladı X7 hazırda cavabdehin himayəsində yaşayır, digər iki uşaq isə özünün himayəsindədir. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, iddianı isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 24.10.2019-cu il tarixli 2(067)-2871 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh 11.05.2007-ci il tarixdə anadan olmuş X3, 18.02.2009-cu il təvəllüdlü X4 və 10.10.2010-cu il tarixdə anadan olmuş X2 üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən 80 (səksən) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi əsaslıdır, qarşılıqlı iddia isə qismən əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İlk iddia təmin edilsin. Xaçmaz rayon məhkəməsinin 24.10.2019-cu il tarixli 2(067)-2871/19 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq 18.02.2009-cu il təvəllüdlü X4 və 10.10.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qarşılıqlı iddia qismən təmin olunsun. 11.05.2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün İddiaçı hər ay 130 manat məbləğində sabit pul şəklində aliment alınaraq X6 verilsin. Qətnamənin qarşılıqlı iddiaya aid hissəsi dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar