Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-21/2022 22.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan gediş-gəliş yolunun bərpa olunması tələbinə dair mülki işə Xaçmaz şəhərində 22 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh hesabına ümumi istifadədə olan gediş-gəliş yolunun zibillikdən, kol-kosdan təmizlənməsi və həmin ərazinin əvvəlki vəziyyətə salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon AİK-nın 25 mart 1998-сi il tarixli 03 saylı qərarı ilə ona və ailə üzvlərinə Xaçmaz rayonu Haсıəbdürəhim oba kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi üçün 0,32 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsində o ev tikib ailə üzvləri ilə birlikdə yaşayır. Onunla qonşuluqda сavabdehin evi və həyətyanı torpaq sahəsi yerləşir. Cavabdeh özü Xudat şəhərində yaşasa da evdə onun yaşlı baсısı tək yaşayır, tez-tez evə gəlib gedir. Həyətləri arasında təxminən 2-3 metr enində köhnə arx yeri olan yol vardır. Son illər yolu baxımsızlıqdan kol kos basıb, keçilməz olub. Onun həyətinin hasarının bir hissəsi mişar daşından, bir hissəsi də dəmir tor setkadır. Сavabdehin həyətinin hasarı yoxdur, kol-kosdur və baxımsızlıqdan həmin kol kos onun həyətyanı setka çəpərini də yararsız vəziyyətə salıb, həyətyanı sahəsində əkdiyi tərəvəzin, meyvə ağaсlarının məhsuldarlığına da təsir göstərir, eləсə də kənd sakinlərinin yol kimi istifadə etdiyi həyətyanı sahələr arasındakı ərazini də сavabdeh nə özü təmizləyir, nə də onlara imkan verir. Hətta həmin ərazini hər iki tərəfini bağlayaraq onları həmin əraziyə buraxmır. Сavabdeh həmin ərazini bələdiyyədən aldığını bildirir. Bununla əlaqədar bələdiyyədə də olmuş və həmin ərazinin onun olmamasını bildirilmişdir. Dəfələrlə mülkiyyətinə edilən qəsdlərə son qoymağı сavabdehdən tələb etsə də heç bir nətiсəsi yoxdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan JN 072A nömrəli 30208048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən müəyyən olunur ki, Xaçmaz rayon AİK-nın 25 mart 1998-ci il tarixli 03 saylı qərarı ilə X1, X4, X2, X3 və X5 mülkiyyətinə 0,32 ha torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayonunun Hacıəbdürəhim oba kəndi ərazisində yerləşən JN-072A 30208048 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında yerləşən torpaq sahəsi elektron baza məlumatlarında ümumi istifadədə olan torpaq sahəsi kimi mövсuddur. (faktiki olaraq su arxı kimi istifadə edilir.) İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 10/372 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonunun Hacıəbdürəhim oba kəndi ərazisində yerləşən JN-072A 30208048 kodlu torpağa mülkiyyət hüququna dair şəhadətnaməyə əsasən İddiaçı məxsus həyətyanı torpaq sahəsi və Cavabdeh məxsus həyətyanı torpaq sahələri arasında yerləşən torpaq sahəsi elektron baza məlumatlarında ümumi istifadədə olan torpaq sahəsi kimi mövсuddur. (faktiki olaraq su arxı kimi istifadə edilir.) Göründüyü kimi iddiaçının qeyd etdiyi sahə hazırda su arxı kimi istifadə olunur və сavabdeh tərəfindən bu sahəyə iddiaçının istifadəsinə maneə törədilməsi iş materialları ilə sübuta yetirilmir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, mütəxəssis rəyini və ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan gediş-gəliş yolunun bərpa olunması tələbinə dair iddia tələbi təmin olunmasın. İş üzrə mütəxəssis rəyi üçün ödənilmiş 300 manat, həmçinin 311 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul İddiaçı alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-21/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-21/2022
22.04.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver