Məhkəmə qərarları › İş №2(067)-2101/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2101/2022

21.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2101/2022 21.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan “Dodge Charger” markalı, **-XN-*** dövlət qeydiyyat nişanlı avtomobili və ya həmin avtomobilin dəyəri olan 15000 (on beş min) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil işin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə bildirişi çatdırılsa da, məhkəmə hazırlıq iclasına gəlməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı olmadan məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə təqdim olunduğu üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Ödənilmiş 136 manat (Qəbz №-si 913529194, ödəniş tarixi xx.xx.2022) məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar