Məhkəmə qərarları › İş №2(067)-2109/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2109/2020

12.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2109/2020 12.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2 iştirakları ilə, İddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «Borcun ödənilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.332,84 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeriə barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq heç bir üzürlü səbəblər olmadan məhkəməyə gəlməmiş və işə iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişdən göründüyü kimi abonent kodu **********08989 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə cəmi 2.332,84 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 2.332,84 manat borcu bu günə qədər ödəməyərək «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə zərər vurmuşdur. Odur ki, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.332,84 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddia təmin edilməklə Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.332,84 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun tutularaq «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, iş üzrə cavabdeh Əkbərov X1 şəhəri, Rəsul Rza küçəsi ev 27 ünvanında qeydiyyatdadır. İş materiallarında olan «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin xx xxxx 2020-ci il tarixli, SD-141 saylı borc barədə arayışından və abunə haqqında elektron çıxarışdan görünür ki, **********08969 saylı abunə kodu ilə qeydiyyatda olan Cavabdeh xx xxxx 2020-ci il tarixinə istehlak edilmiş elektrik enerjisinə görə 2.332,84 manat borcu vardır. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosesssual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının nümayəndəsinin izahatı və iş materialları ilə təsdiq olunmüşdur ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayış və abunə haqqında bildirişlə abonent kodu **********08989 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə cəmi 2.332,84 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 2.332,84 manat borcu bu günə qədər ödəməyərək «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinə zərər vurmuşdur. Odur ki, iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyəti hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3.-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4.-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı tərəfin təqdim etdiyi sübutlar araşdırılarkən iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar sübut olunduğundan və öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.332,84 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul tutularaq iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2.332,84 manat (iki min üç yüz otuz iki manat səksən dörd qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul tutularaq iddiaçı «Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar