Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2109/2023 20.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Xaçmaz rayon məhkəməsinin 27 may 2021-ci il tarixli 2(067)-1454/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq himayəsində olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana saxlanması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xaçmaz Rayon Məhkəməsinin 19 yanvar 2018-ci il tarixli, 2(067)-3638/2018 saylı qətnaməsi ilə cavabdehlə 12 iyun 2007-ci ildə bağlanmış nikahları pozulmuş və birgə nikahdan anadan olmuş uşaqları xx.xx.2008-ci il təvəllüdlü X4, xx.xx.2009-cu il təvəllüdlü X5 xx.xx.2012-ci il təvəllüdlü X8 onun himayəsinə verilmişdir. Xaçmaz rayon məhkəməsinin 27 may 2021-cü il tarixli 2(067)-1454/2021 saylı qətnaməsi ilə himayəsində olan uşaqları xx.xx.2008-ci il təvəllüdlü X2, xx.xx.2009-cu il təvəllüdlü X3, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün 28 aprel 2021-ci ildən başlayaraq Cavabdeh Tofık oğlundan hər ay hər uşaq üçün 100 manat, cəmi 300 manat sabit pul şəklində aliment alınaraq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-101/20 saylı qətnaməsi ilə himayəsində olan xx.xx.2012-ci il təvəllüdlü X6 yaşayış yeri atası Cavabdeh Tofık oğlunun yanı saxlanılması müəyyən edilmiş, Əsədullayev X13 rayon məhkəməsinin 2(067)-1454/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X7 görə hər ay 100 manat, sabit pul şəkli) qətnamə qanuni qüvvəsini aldıqdan sonra, aliment ödəməkdən azad edilmiş ondan qətnamə qanuni qüvvəsini aldıqdan sonra, xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşma çatanadək saxlanması üçün ay 150 manat sabit pul şəklində aliment alınaraq Cavabdeh Tofık oğluna verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə hər uşağa hər ay 100 manat aliment müəyyən edildikdən sonra 2 il keçmişdir. Bu müddət ərzində istehlak malların qiyməti artmışdır. Bununla əlaqədar yaşayış minimumu da dəfələrlə artmışdır. Hazırda ölkədə hər uşağın yaşayış minimum hər ay hər uşaq üçün 220 manat müəyyən edilməsinə dair qanun qəbul edilmişdir. Himayəsində olan uşaqları böyümüşdür. Qızı Fatimə 9-cu və o biri qızı Səlimə 8-ci sinifdə oxuyur. Onların tələbatları da artmışdır. Məktəb paltarlarının və ləvazimatlarının alınması və digər təminatlar, müəllimə repititorlar ilə məşğul olunması uşaqların xərcləri qat-qat artmışdır. Onun yeganə qazancı market mağazada işləməklə aldığı aylıq 330 manat təşkil edir. Sosial müavinat almır, başqa heç bir qazancı yoxdur. Hər ay 200 manat ödəməklə uşaqları ilə kirayədə qalır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə onun himayəsindən alınaraq cavabdeh atanın himayəsinə verilmiş oğlu Musa Rauf oğlu üçün hər ay 150 manat aliment ödənilməsi müəyyən edilmişdir. Belə olan halda işləyib aldığı 330 manat aylıq qazancının 200 manatını kirayə-evinə və 150 manat pulu aliment ödəməli olduğu halda o, 2 qızını dolandırmalıdır?. Odur ki, maddi vəziyyəti olduqca ağırdır, dözülməzdir. Əslində yaxın qohumların təmənnasız yardımları sayəsində bir təhər dolanır. Ona görə də alimentin miqdarının artırılması üçün müraciət edir. Bu məqsədlə mediasiya şurasına müraciət etmişdir. Cavabdeh ata mediatorun çağırışına gəlmədiyi üçün arayış verilmişdir. Cavabdeh ata Rauf Tofık oğlu bankda inkasator sürücü işləməklə hər ay 900 manat məvacib və əlavə gəlir əldə edir. Bundan başqa biznes işi məşğul olaraq qazanc əldə edir. Himayəsinə verilmiş oğlu üçün ondan hər ay 150 manat aliment alır. Mülkiyyətində 2 yaşayış evi və bahalı İnomarka avtomobili vardır. Odur ki, cavabdehin maddi vəziyyəti qat-qat yaxşılaşmışdır. Ona görə də uşaqlara alimentin miqdarının artırmaqla ödəmək iqtidarındadır. Bu səbəbdən iddianın təmin olunmasını xahiş edir. Məhkəmə iclasında iddiaçı izahatında göstərmişdir ki, alimentin artırılmasını istəyir. Əvvəlki aliment 100 manat idi. Birgə evliliyindən 3 uşağı var və övladlarının ikisi onunla, biri isə cavabdehlə qalır. Artıq aliment məbləği övladlarının xərclərini qarşılamır. Bu səbəbdən alimentin artırılaraq hər uşağa 250 manat olmaqla, ümumilikdə 500 manat olmasını xahiş edir. Məhkəmə iclasında cavabdeh izahatında göstərmişdir ki, onun o qədər maddi imkan yoxdur. Üstəlik ikinci dəfə ailə həyatı qurmuşdur. İddiaçının anası və qardaşı da vardır. Onlar da köməklik göstərə bilərlər. Eyni zamanda iddiaçı uşaqları ona göstərmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1454/2021 nömrəli, 27 may 2021-ci tarixli qətnaməsindən müəyyən olunur ki, cavabdehdən üç uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cəmi 300 manat məbləğində aliment pulu alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 2(067)-101/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2012-ci il təvəllüdlü X6 yaşayış yeri atası Cavabdeh yanında müəyyən edilməsi, Cavabdeh Xaçmaz rayon məhkəməsinin 2(067)-1454/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə X7 görə hər ay 100 manat sabit pul şəklində qətnamə qanuni qüvvəsini aldıqdan sonra alimenti ödəməkdən azad edilməsi, cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində aliment alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1533/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, apelyasiya şikayəti qismən təmin edilməsi, Xaçmaz Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(067)-101/2023 nömrəli qətnaməsi qismən, “cavabdeh İddiaçı qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatandək saxlanması üçün hər ay 150 manat sabit pul şəklində alimentin alınaraq iddiaçı Cavabdeh verilməsi” hissəsində ləğv edilməsi, iddianını qalan hissədə təmin olunmaması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin məhkəmə iclasında araşdırılan hallarına əsasən Xaçmaz Rayon Məhkəməsinin əvvəlki qətnaməsinə əsasən müəyyən olunmuş aliment miqdarı hazırda uşağın saxlanılması üçün kifayət etmir. Belə ki, uşağın böyüməsi ilə əlaqədar onun maddi tələbatları getdikcə artır, iddiaçı isə, övladının saxlamaqda maddi baxımdan çətinlik çəkir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının marağı əhəmiyyətli dərəcədə pozulur. Belə ki, məhkəmə, qanunun qeyd edilən tələblərini rəhbər tutub məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin maddi və ailə vəziyyətlərini, hər iki valideynin işləməsini, iddiaçının cavabdehdən daha az məvacib almasını, yetkinlik yaşına çatmayan uşağın yaşını, yetkinlik yaşına çatmayan uşağın mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını, tərəflərin müntəzəm gəlirinin olmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli 2(067)-1454/2021 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (artırılsın), xx.xx.2008-ci il təvəllüdlü X2 və xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq hər ay hər uşaq üçün 150 manat, cəmi 300 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2109/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2109/2023
20.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver