Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2113/2020 26.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı öhdəliyin icra edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdehlərlə məxsus torpağın mülkiyyətə verilməsinə dair JN 0045 saylı, 30222038 kodlu dövlət aktında nəzərdə tutulmuş Xaçmaz rayonunun Maqsudkənd kəndi ərazisində yerləşən 2,32 ha paylı mülkiyyət olan pay torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə aralarında xx.xx.2005-ci il tarixdə bağlanmış əqdin etibarlı hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlər həmkəndliləridir və bir ailənin üzvləridir. O, cavabdehlərin özlərinə məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini satmaq istədiklərini eşidib evlərinə gedib onlarla görüşmüşdür. Onlar torpaq sahəsini satıb başqa yerdən özlərinə torpaq sahəsi almaq istədiklərini və bu məqsədlə torpaq sahəsini satmaq qərarına gəldiklərini bildirmişlər. O, torpaq sahəsinə gedib baxmış və oranı bəyəndiyinə görə almaq qərarına gəlmişdir. Cavabdehlərlə torpaq sahəsinin qiymətini 3000 ABŞ dollarına razılaşmışlar. xx xxxx 2005-ci ildə o, 3000 ABŞ dolları məbləğində pulu cavabdehlərin qohumu X2, onun qonşuları X3 və X1 yanında cavabdehlərə vermiş və 2,32 ha torpaq sahəsini satın almışdır. Cavabdehlər tez bir zamanda torpaq sahəsini onun adına rəsmiləşdirəcəklərinə söz vemişlər və torpaq sahəsinin mülkiyyət sənədinin əslini ona təqdim etmişlər. O, cavabdehlərə inandığı üçün torpaq sahəsini adına rəsmiləşdirmələri üçün cavabdehlərə vaxt vermişdir. Torpaq sahəsi 2005-ci ildən onun istifadəsindədir. O, cavabdehlərə torpağın pulunu ödəyib torpaqdan istifadə etməyə başlamışdır və torpağın vergilərini də köçürərək torpaq sahəsindən öz torpağı kimi istifadə edir. Lakin cavabdehlər bu günədək vədlərinə əməl etməyiblər. Hazırda da onlar torpaq sahəsini onun adına rəsmiləşdirməkdən yayınırlar. Cavabdehlər torpaq sahəsini ona satandan sonra Rusiya Federasiyasına çıxıb getdilər və o, cavabdehlərin harada olduqlarını belə bilmir. Hazırkı vaxtadək cavabdehlərin təqsiri üzündən alqı-satqını rəsmiləşdirə bilməmişdir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuş və iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı iddiasını müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, o, iddiası ilə bağlı məhkəməyə şahidlərini təqdim etmişdir, başqa təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadə verərək göstərmişdir ki, cavabdehlərdən Cavabdeh1 onun anası, Cavabdeh2 qardaşının həyat yoldaşı, Cavabdeh3 qardaşının qızı və Cavabdeh4 isə qardaşı oğludur. Onlar özlərinə məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini xx xxxx 2005-ci ildə 3000 ABŞ dollarına İddiaçı satmışlar, torpaq sahəsi 2005-ci ildən iddiaçının istifadəsində və sahibliyindədir və satın aldığı torpaq sahəsinin bütün vergilərini iddiaçı ödəyir. İddiaçı cavabdehlərə torpaq sahəsinə görə 3000 ABŞ dollarını onun və həmkəndliləri X3 və X1 yanında vermiş və 2,32 ha torpaq sahəsini satın almışdır. Cavabdehlər həmin vaxt söz vermişdilər ki, tez bir zamanda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəklər və torpaq sahəsinin mülkiyyət sənədinin əslini də iddiaçıya təqdim etmişlər. İddiaçı da cavabdehlərə vaxt vermişdir. Lakin cavabdehlər torpaq sahəsini iddiaçının adına keçirməmişlər və torpaq sahəsini satandan sonra Rusiya Federasiyasına çıxıb getmişlər. O, cavabdehlərlə Rusiyaya gedəndən sonra bir neçə dəfə telefonla danışmışdır, onlar özləri də bildirmişlər ki, geri qayıtmaq fikirləri yoxdur, torpaq sahəsinin iddiaçının adına rəsmiləşdirilməsinə etirazları yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilənX8 oğluifadə verərək göstərmişdir ki,tərəflər həmkəndliləridir. İddiaçı həmçinin onun qonşusudur, bir-birinin evinə mütəmadi gediş-gəlişləri var. Cavabdehlər xx xxxx 2005-ci ildə özlərinə məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini 3000 ABŞ dollarına İddiaçı satmışlar. İddiaçı cavabdehlərə torpaq sahəsinə görə 3000 ABŞ dollarını onun, cavabdehlərin qohumu X2 və həmkəndliləri X1 yanında verimiş və 2,32 ha torpaq sahəsini satın almışdır. Torpaq sahəsi 2005-ci ildən iddiaçının istifadəsində və sahibliyindədir. Cavabdehlər həmin vaxt söz vermişdilər ki, tez bir zamanda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəklər və torpaq sahəsinin mülkiyyət sənədinin əslini də iddiaçıya təqdim etmişlər. İddiaçı da cavabdehlərə vaxt vermişdir. Lakin cavabdehlər torpaq sahəsini iddiaçının adına keçirməmişlər və torpaq sahəsini satandan sonra Rusiya Federasiyasına çıxıb getmişlər. Cavabdehlərin Rusiya Federasiyasına getdiklərini bilir, amma dəqiq harada olduqlarını bilmir. Təsdiq edir ki, iddiaçı cavabdehlərdən Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini 20.03.005-ci ildə 3000 ABŞ dollarına satın almışdır. Məhkəmə iclasında şahid qismində dindirilənX4 oğlu oğluifadə verərək göstərmişdir ki,tərəflər həmkəndliləridir, onların heç biri ilə qohumluq əlaqələri , ədavəti və düşmənçiliyi yoxdur. İddiaçı həmçinin onun qonşusudur, bir-birinin evinə mütəmadi gediş-gəlişləri vardır. Cavabdehlər xx xxxx 2005-ci ildə özlərinə məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini 3000 ABŞ dollarına İddiaçı satmışlar, torpaq sahəsi 2005-ci ildən iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı cavabdehlərə torpaq sahəsinə görə 3000 ABŞ dollarını onun, cavabdehlərin qohumu X2 və həmkəndliləri X3 yanında vermişdir. Cavabdehlər həmin vaxt söz vermişlər ki, tez bir zamanda torpaq sahəsini iddiaçının adına rəsmiləşdirəcəklər və torpaq sahəsinin mülkiyyət sənədinin əslini də iddiaçıya təqdim etmişlər. İddiaçı da cavabdehlərə vaxt vermişdir, lakin cavabdehlər torpaq sahəsini iddiaçının adına keçirməmişlər və torpaq sahəsini satandan sonra Rusiya Federasiyasına çıxıb getmişlər. Cavabdehlərin Rusiya Federasiyasına getdiklərini bilir, amma dəqiq harada olduqlarını bilmir. Təsdiq edir ki, iddiaçı cavabdehlərdən Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini 20.03.005-ci ildə 3000 ABŞ dollarına satın almışdır. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasəncavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, işdə olan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsinin alqı-satqısına dair tərəflərin aralarında xx xxxx 2005-ci il tarixdə baş tutmuş əqdin etibarlı hesab edilməsi üçün əsasların olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. İş materiallarında olan Torpağın mülkiyyətə verilməsinə dair JN-0045 seriyalı 30222038 saylı Dövlət aktından müəyyən olunur ki, Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsi Cavabdeh1 və onun ailə üzviləri olan Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 paylı mülkiyyətindədir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki, Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsini xx xxxx 2005-ci ildə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 satın almışdır, torpaq sahəsi 2005-ci ildən iddiaçının istifadəsində və sahibliyindədir və satın aldığı torpaq sahəsinin bütün vergilərini iddiaçı özü ödəyir. İş materiallarında olan Xaçmaz rayon Susayqışlaq Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli arayışından müəyyən olunur ki,cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Xaçmaz rayonunun Maqsudkənd kənd sakinləri olmuşlar və 2007-ci il tarixədək həmin kənddə yaşamışlar. 2007-ci il tarixdə onlar yaşayış yerlərini dəyişərək Rusiya Federasiyasına köçmüşlər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin həmin vaxt qüvvədə olan 335.2-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmə əqdi etibarlı saya bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib, əvəzində müəyyən edilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə xx xxxxxx 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Azərbaycan Respublikası Konistitusiya Məhkəməsi Plenumunun F.Hüseynovun və A.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2004-cü il tarixli qərarında izah edilir ki, daşınmaz əşyaların alqı-satqı müqaviləsi konsepsual müqavilə olduğuna görə daşınmaz əşyanın alıcıya verilməsi və onun qiymətinin ödənilməsi üzrə öhdəliklər mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anına qədər icra oluna blər. Bu baxımdan həmin hüququn dövlət qeydiyyatına alınması anına qədər alıcı satıcı tərəfindən ona verilmiş əşyanın hüquqi əsası olan (titul) sahibi sayılır. Konstitusiya Məhkəməsinin həmin qərarında qeyd edilir ki, belə müqavilələr daşınmaz əşyanı əldə edən barəsində mülkiyyət hüququnun əmələ gəlməsini ehtiva edən hüquqi fakt kimi çıxış edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərin özlərinə məxsus torpaq sahəsini satın almaq barədə sonuncularla razılığa gəldikdən sonra notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə icra etdiyindən, cavabdehlər isə əqdi notarial qaydada təsdiq etmədiklərindən, həmin əqd də iddiaçının tələbi ilə etibarlı hesab edilməlidir. Bütün yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və JN 0045 saylı, 30222038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsinin alqı-satqısına dair cavabdehlərlə İddiaçı ilə aralarında xx xxxx 2005-ci il tarixdə baş tutmuş əqd etibarlı hesab edilməli, qeyd olunan torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına tərtib olunmuş JN 0045 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ləğv edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-cı, 241- 242-ci, 244-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. JN 0045 saylı, 30222038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktına əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məxsus, Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsinin alqısatqısına dair cavabdehlərlə İddiaçı arasında xx xxxx 2005-ci il tarixdə baş tutmuş əqd etibarlı hesab edilsin. Qeyd olunan torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adına tərtib olunmuş JN 0045 saylı, 30222038 kodlu torpağın mülkiyyətə verilməsinə dair dövlət aktı ləğv edilsin. Bu qətnamə JN 0045 saylı, 30222038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında göstərilən Xaçmaz rayonunun Maqsudkənd kəndində yerləşən 2,32 ha torpaq sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-2113/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2113/2020
26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver