Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2117/2022 22.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh tutulan Xaçmaz rayon Məhkəməsinin 2(067)-913\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd olunan 150 manat aliment məbləğinin miqdarının artırılaraq hər ay 250 manat məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)- 913\2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 150 manat miqdarında alimentin alınaraq ona verilməsi qət edilmişdir. Hazırda uşağın 7 yaşı var. Xaçmaz rayon Məhkəməsinin 2(067)-913\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 150 manat aliment məbləği uşağın heç bir tələbatını ödəmir. Uşaq böyüdükcə onun məsrəfləri də artır. Bundan başqa ölkədə yetkinlik yaşına çatmayan uşaqların yaşayış minimumu da dəyişdirilmişdir. Cavabdeh uşağa qayğı və diqqət göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə o özü məşqul olur. Bu hal tək başına ona çətin olur. Cavabdeh qət edilmiş 150 manat alimenti də vaxtlı-vaxtında ödəmir. Ona görə də aliment məbləğinin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, iddiaçı onun qızıdır. Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-913/2021 saylı qətnaməsi ilə məhkəmənin xx.xx.2018-ci il tarixli 2(067)-1095/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq tərəflərin birgə nikahlarından olan uşaqları Ayanın saxlanılması üçün cavabdehdən hər ay 150 manat alimentin tutulması qət edilib. Cavabdeh 150 manat alimenti ödəsə də, bu məbləğlə uşağı saxlamaq çətindir, çünki istehlak qiymətləri qalxıb, qızı uşağı üçün qida, geyim əşyaları, məktəb ləvazimatları almaqda çox çətinlik çəkir. Ona görə qızı məhkəmədə iddia qaldırıb. Göstərilənlərə əsasən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, bir neçə aydır ki, yeni ailə qurmuşdur. 150 manat alimenti çətinliklə ödəyir. İddiaçıya 150 manatdan artıq aliment ödəyə bilmir, çünki sürücü işləyir və rəsmi olaraq 300 manat maaş alır, bundan başqa gəlir yeri yoxdur. Yeni ailəsini də dolandırmalıdır, yaxın zamanda yeni ailəsində uşaq dünyaya gəlməlidir. 150 manatdan artıq aliment ödəməyə maddi imkanı yoxdur. İddiaçının özü də rəsmi olaraq işləyir və əmək haqqı alır. Ona görə də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(067)-913/2021 saylı qətnaməsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə onun Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi qismən təmin edilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 150 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, AR-İİ 255853 saylı etibarnamənin təsdiq olunmuş surətindən müəyyən edilir ki, X4 İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsidir. Elektron məhkəmə informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, İddiaçı özü də “X9 MMC-də Konservləşdirmə üzrə fəhlə vəzifəsində işləyir və aylıq əmək haqqı 341.9 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləliklə də, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunduğu kimi məhkəmə alimentin müəyyən olunmuş miqdarını o halda dəyişə bilər ki, alimentin ödənilməsi barədə saziş olmasın və alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olsun. İş materiallarından və tərəflərin izahatlarından müəyyən olunduğu kimi, tərəflər arasında alimentlə bağlı saziş yoxdur, alimentin miqdarı isə məhkəmə qətnaməsi ilə 150 manat miqdarında müəyyən edilmişdir. İddiaçı ailə və maddi vəziyyətində hər hansı bir dəyişikliyin olmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə, elektron məhkəmə informasiya sistemində olan məlumatlarla da təsdiq olunur ki, cavabdehin həyatında ailə vəziyyətində dəyişiklik baş vermişdir, yəni o, ikinci dəfə ailə həyatı qurmuş və hal-hazırda X6 ilə rəsmi nikahdadır, deməsinə görə yaxın aylarda uşaq dünyaya gələcəkdir. Bundan başqa, iddiaçının maddi vəziyyətinə nəzər salsaq görərik ki, iddiaçının özünün də rəsmi iş yeri var və o stabil olaraq 341,9 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasında və Ailə Məcəlləsinə əsasən, uşağı saxlamaq vəzifəsi hər iki valideynə aid olmasını nəzərə alıb, məhkəmə hazırki iddianı qismən təmin edərək, aliment miqdarını 15 manat, yəni 150 manatdan 165 manata dəyişməsini, yeni aliment miqdarını isə məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra hesablanmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 165 manat müəyyən olunduğundan, iddianın qiyməti 165 manat x 12 aya=1980 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Belə olan halda, Cavabdeh 39.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 2(067)-913\2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh 30 oktyabr 2015-ci il təvəllüdlü X1 üçün İddiaçı xeyrinə tutulan alimentin məbləği dəyişdirilsin. 30 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay 165 manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh X2 39.80 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2117/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2117/2022
22.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver