Məhkəmə qərarları › İş №2(067)-2125/2024

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2125/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2125/2024 14.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 634,35 manat məbləğində əsas borcun və 30 manat məbləğində ödənilmiş dövlət rümumunun alınaraq İddiaçı bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, həmin iddia ərizəsinə ərazi aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsində baxıla bilməz. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları barədə Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğu əsasında çıxarılmış məlumatdan müəyyən olunur ki, iş üzrə Cavabdeh Şabran rayonunun Rəhimli kəndində qeydiyyatdadır. Cavabdeh adına Şabran rayon Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsi tərəfindən xx.xx.2010-cu il tarixdə AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyatı üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılmalıdır. Yuxardakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1, 152.2 və 152.3-cü maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı Cavabdeh qarşı debitor borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar