Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2126/2020 28.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh Mədət oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Mədət oğluna qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı məhkəməyə iddia ərizəsilə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx xxxxx 2013-cü il tarixdə anadan olmuş X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq, hər ay 170 ( yüz yetmiş) manat sabit pul məbləğinin Cavabdeh Mədət oğlundan tutularaq ona-yəni İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü ildə cavabdehlə faktiki olaraq ayrılmışlar. Həmin vaxtdan cavabdeh uşağı ilə-yəni xx.xx.2013-cü il təvəllüdlü Nübarın saxlanılması üçün ona kömək etmədiyinə görə məhkəmədə aliment tələbinə dair iddia qaldırmışdır və məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə cavabdehdən uşağının saxlanılması üçün onun xeyrinə hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və cavabdehdən onun xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Hazırda qızının 7 yaşı var, məktəbə gedir, onun təlabatları və məsrəfləri yetərincə artmışdır, həmçinin uşaq uzun illərdir xəstədir və müalicə alır. Bundan başqa ölkədə əmək haqları dəfələrlə artırılmış və istehlak mallarının qiymətləri xeyli artmışdır. Cavabdehin ödədiyi 100 manat alimentlə uşağı saxlaya bilmir. Ona görə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Xaçmaz Rayon X4 Hüquqi Şəxsdə ümumi şöbənin müdiri işləyir, maddi imkanı yaxşıdır, son 3 aydır ki alimenti gecikmələrlə ödəyir. Məhkəməyə təqdim edəcəyi başqa sübutu yoxdur. Qeyd olunanlarla əlaqədar iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh Mədət oğlu izahat verərək bildirmişdir ki, xx.xx.2013cü ildə iddiaçı ilə faktiki olaraq ayrılmışlar. Məhkəmənin xx.xx.2014-cü il tarixli qətnaməsi ilə uşağının saxlanılması üçün iddiaçının xeyrinə ondan hər ay 80 manat alimentin tutulması qət edilmişdir. Daha sonra məhkəmənin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılmış və iddiaçının xeyrinə ondan hər ay 100 manat alimentin tutulması qət edilmişdir. Uşağı üçün qət edilmiş alimenti ödəmişdir, son 3 aydır alimenti gecikmələrlə ödəyir. İddiaçı ilə ayrılandan sonra yeni ailə qurmuşdur və həmin nikahdan 2 uşağı vardır. Ona görə də hazırda iddiaçıya 100 manatdan artıq aliment ödəyə bilmir. Hazırda Xaçmaz rayon X4 Hüquqi Şəxsdə ümumi şöbənin müdiri işləyir və ayda 390 manat əmək haqqı alır. Onun avtomaşını var, maşını ona anası hədiyyə etmişdir, başqa gəlir yeri yoxdur. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi sübutu yoxdur. Göstərilənlərlə əlaqədar iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli doğum haqqında şəhadətnamədən çıxarışdan müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh Mədət oğlunun birgə nikahlarından xx xxxxx 2013-cü il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan AZ-İ seriyalı 189354 saylı nikahın pozulması haqqında şəhadətnamədən müəyyən olunur ki, Cavabdeh Mədət oğlu ilə İddiaçı arasındakı rəsmi nikah qeydi xx.xx.2014-cü il tarıxdə pozulmuşdur. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)- 3275/2016 saylı qətnaməsinə əsasən Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli, 2(067)-431/2014 saylı qətnaməsinə əsasən xx xxxxx 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş 80 manat alimentin miqdarı artırılaraq, Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə hər ay 100 manat alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-ci il tarixli məktubudan müəyyən olunur ki, X6 “Qavrama dərketmənin geriliyi” diaqnozu ilə müalicə olunur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli arayışdan müəyyən olunur ki, Rəhimov X7 rayon X4 Hüquqi Şəxsdə ümumi şöbənin müdiri işləyir, 390 manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə belə hesab etmişdir ki, qanuni qüvvəyə minmiş qətnaməyə əsasən cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat alimentin tutulması qət olunmasına baxmayaraq, yaşayış minimumu uşaqlar üçün 2020-ci ildə 170 manat məbləğində müəyyən edilmişdir. İstehlak qiymətlərinə əsaslanan bu qiymətləndirmə isə İddiaçı maddi vəziyyətində dəyişikliyin baş verməsinə, şübhəsiz ki, səbəb olmuşdur. Göstərilən hallar isə məhkəmə tərəfindən nəzərə alınmaya bilməz. Eyni zamanda alimentin miqdarı müəyyən edilərkən, alimenti ödəməyə borclu olan Cavabdeh Mədət oğlunun maddi vəziyyəti məhkəmə tərəfindən nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, Xaçmaz rayon məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2013cü il təvəllüdlü X1 üçün Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşağın mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə hər ay 170(yüz yetmiş) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının xx.xx.2013cü il təvəllüdlü X2 mənafeyinə zidd olacağı və uşaqlarının hüquqlarını pozacağı qənaətindədir. ”Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli, 8-2/2016 saylı Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(067)-3275/2016 saylı qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən olunmuş alimentin məbləği dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, Cavabdeh Mədət oğlundan İddiaçı xeyrinə hər ay 170 (yüz yetmiş) manat məbləğində aliment ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Cavabdeh Mədət oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən bir ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-2126/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2126/2020
28.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver