Məhkəmə qərarları › İş №2(067)-2143/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2143/2024

08.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2143/2024 08.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması barəsində iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan Xaçmaz rayon Məhkəməsinin 2(067)-2759/2023 saylı xx.xx.2023-ci il tarixli qətnaməsində qeyd olunan iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün bir uşaq uçün 100 ( bir yüz) manat olmaqla, cami 200 (iki yuz) manat məbləğində aliment pulunun artırılaraq hər ay bir uşaq üçün 250 (iki yuz əlli) manat olmaqla cəmi 500 (beş yüz) manat sabit pul məbləğinin cavabdeh X4 — tutularaq ona ödənilmasi barəda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2023cü il tarixli 2(067)-2759 saylı qətnaməsi ilə cavabdeh X2 iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 məbləğində aliment pulunun tutulması qət edilmişdir. Hal-hazırda təyin edilmiş alimentin miqdarı uşaqların tələbatlarına kifayət etmir. Uşaqların ehtiyacları böyüyür, onların təlim-tərbiyəsi üçün tələb olunan xərclər də artır. İddiaçı işə onun iştirakı olmadan baxılması haqqında məhkəməyə teleqram göndərmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(067)-2759 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat Şöbəsində bağlanmış № 290 saylı nikah qeydi pozulmuş, tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmamış övladları - xx.xx.2016-cı il təvəllüdlü X6 və xx.xx.2017-ci il təvəllüdlü X7 boşanmadan sonra anaları - İddiaçı himayəsində saxlanılmışlar. Tərəflərin birgə nikahından anadan olmuş, yetkinlik yaşına çatmamış övladları - xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün iddia ərizəsi məhkəməyə daxil olduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq Cavabdeh hər ay hər bir uşaq üçün 100 manat olmaqla, cəmi 200 manat məbləğində sabit aliment alınaraq İddiaçı verilməsi qət edilmişdir. İddiaçı Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(067)-2759 saylı qətnaməsindən apelyasiya şikayəti verməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Göründüyü kimi, İddiaçı Cavabdeh aliment tutulması tələbinə dair iddia ərizəsi Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(067)-2759 saylı qətnaməsi ilə qismən təmin edilmiş və cavabdehdən hər ay hər uşaq üçün 100 manat alimentin alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı sözü gedən məbləğlə razılaşaraq, qətnamədən apelyasiya şikayəti verməmişdir. Hazırda Xaçmaz rayon məhkəməsinin 13 dekabr 2023-cü il tarixli 2(067)-2759 saylı qətnaməsi elan edildiyi andan qüvvəyə minsə də, iddiaçı xx.xx.2024-cü il tarixdə yəni, 06 aydan sonra, alimentin artırılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hazırda məhkəmə hesab edir ki, iddiaçı alimentin təyin edilməsindən 06 ay sonra alimentin artırılmasına səbəb ola biləcək hər hansı mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Bundan başqa, EMİS-dən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçının rəsmi iş yeri AR Təhsil Nazirliyinin Quba-Xaçmaz Təhsil İdarəsinin nəznində ümumi təhsil məktəbində müəllim işləyir və 1118,33 manat məbləğində əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar