Məhkəmə qərarları › İş №2(067)-2144/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2144/2020

02.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2144/2020 02.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinədair iddiaərizəsinəbaxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinədair iddia ərizəsi iləməhkəməyəmüraciətetmişdir. İddia ərizəsindən müəyyən olunur ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınmasına dair tərəflər arasında bağlanmış müqavilənin şərtləriinə əməl etməmiş, cavabdehə borcun ödənilməsi tələbi barədə rəsmi xəbərdarlıq etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4.-cü maddəsinə əsasən ərizədə müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat göstərilir. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, yuxarıda qeyd olunanlara əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı “xxxxxxxx” ASC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçılara izah olunur ki, göstərilən nöqsanı aradan qaldırdıqdan sonra yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar