Məhkəmə qərarları › İş №2(067)-2164/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2164/2020

30.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2164/2020 30.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə, iddiaçı “TBC Kredit”xxxxx” MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsinin ləğv edilməsi və kredit üzrə borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI : İddiaçı “TBC Kredit”xxxxx” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “TBC Kredit”xxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 birgə qaydada kreditor «TBC Kredit”xxxxx” MMC-nin xeyrinə 1519.33 (min beş yüz on doqquz manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 9.04 (doqquz manat, sıfır dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1528.37 (min beş yüz iyirmi səkkiz manat, otuz yeddi qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı «TBC Kredit”xxxxx” MMC iddia tələbini onunla əsaslandırmışdır ki, «TBC Kredit”xxxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (Restrukturizasiya) müqaviləsinə əsasən borclunun vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik 1 faiz olmaqla 60 ay müddətinə 1531.12 manat güzəştli kredit verilmişdir. Müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə «TBC Kredit”xxxxx” MMC, Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin banka xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1519.33 (min beş yüz on doqquz manat otuz üç qəpik) manat məbləğində əsas borc, 9.04 (doqquz manat sıfır dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1528.37 (min beş yüz iyirmi səkkiz manat otuz yeddi qəpik) manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı «TBC Kredit”xxxxx” MMC-nin nümayəndəsi X2 nümayəndələrinin iştirakı olmadan işə baxılmasını və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı isə nümayəndəsinin iştirakı olmadan işə baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxllmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan «TBC Kredit”xxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsindən müəyyən olunur ki, «TBC Kredit”xxxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. İş materiallarında olan «TBC Kredit”xxxxx”MMC-nin xx.xx.2019-cu il tarixli 393- 2416-KHACİ-400 saylı zaminlik müqaviləsindən müəyyən olunur ki, müqavilədən irəli gələn öhdəliklərin lazımı qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə «TBC Kredit”xxxxx” MMC, Cavabdeh2 və Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan ödəniş qrafikindən müəyyən olunur ki, «TBC Kredit”xxxxx” MMC ilə Cavabdeh2 arasında xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən borcluya vaxtı keçmiş əsas kredit borcunu ödəməsi məqsədi ilə illik 1 faiz olmaqla 60 ay müddətinə 1531.12 (min beş yüz otuz bir manat, on iki qəpik) manat güzəştli kredit verilmişdir. İş materiallarında olan «TBC Kredit”xxxxx” MMC-nin maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixə Cavabdeh2 «TBC Kredit”xxxxx” MMC-nə xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən 1519.33 (min beş yüz on doqquz manat 33 qəpik) manat məbləğində əsas borc, 9.04 (doqquz manat 04 qəpik) manat faiz borcu olmaqla, cəmi 1528.37(min beş yüz iyirmi səkkiz manat 37 qəpik) manat borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olunur ki, «TBC Kredit”xxxxx” MMC tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiyinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ərizədən müəyyən olunur ki, «TBC Kredit”xxxxx” MMC məhkəmədən nümayəndəsinin iştirakı olmadan işə baxılaraq, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qəbzdən müəyyən edilir ki, «TBC Kredit”xxxxx” MMC tərəfindən cavabdehələrə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırki iş üzrə tətbiq ediləcək maddi-hüquq normaları aşağıdakılardır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Müqavilənin dəyişdirilməsinin və ləğv edilməsinin əsasları, qaydası və nəticələri Mülki Məcəllənin 421-424-cü maddələrinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Müqavilənin ləğv edilməsi onun qüvvəsinə xitam verir. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi əsasları aşağıdakılardır: 1) Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə; 2) Tərəflərdən birinin tələbi ilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Pozuntu o halda mühüm xarakterə malik olur ki, digər tərəfin müqavilənin məqsədlərinə nail olmasına imkan vermir; 3) Tərəflərdən biri müqavilənin icrasından tamamilə və ya hissə-hissə birtərəfli imtina etdikdə. Qanunvericilikdə müqavilənin ləğv edilməsinin xüsusi halları da müəyyən olunmuşdur. Belə ki, müqavilə tərəflərin qarşılıqlı razılığı ilə, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəticəsində də ləğv oluna bilər. Beləliklə, maraqlı tərəfin tələbi ilə kredit müqaviləsinin ləğv edilməsi üçün Mülki Məcəllənin 422.1-ci maddəsində göstərilən əsaslar mövcud olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı “TBC Kreditxxxxx” MMC ilə Cavabdeh2 arasında müqavilə (kredit) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehdən kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. İşin araşdırılmış hallarından tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsi üzrə cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Sonuncunun müqavilə öhdəliklərini yerinə yetirməməsi nəticəsindəiddiaçı “TBC Kreditxxxxx” MMC müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı “TBC Kreditxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməlidir. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. Əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminatdır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. Birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, “TBC Kreditxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KHACİ-393- 2416 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddiaçı “TBC Kreditxxxxx” MMC-nin xeyrinə müştərək qaydada 1519.33 (min beş yüz on doqquz manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 9.04 (doqquz manat, sıfır dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1528.37 (min beş yüz iyirmi səkkiz manat, otuz yeddi qəpik) manat borcun və Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. “TBC Kreditxxxxx” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KHACİ-393-2416 saylı kredit (restrukturizasiya) müqaviləsi ləğv ləğv edilsin, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada kreditor «TBC Kredit”xxxxx” MMC-nin xeyrinə 1519.33 (min beş yüz on doqquz manat, otuz üç qəpik) manat məbləğində əsas borc, 9.04 (doqquz manat, sıfır dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1528.37 (min beş yüz iyirmi səkkiz manat, otuz yeddi qəpik) manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar