Məhkəmə qərarları › İş №2(067)-217/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-217/2023

07.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-217/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə təbriz qızının, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdeh X1 qarşı maddi ziyanın əvəzinin ödənilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh törətdiyi cinayət əməlinə görə baş və sinə daşlarının quraşdırılmasına çəkilmiş 20000 manat və digər əlavə xərclərə görə xərclənmış 3700 manat maddi ziyanın və ödənilmiş 161.10 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı bildirdi ki, cavabdehlə aralarında razılığa gəliblər. Ona 5000 manat ödəmək şərti ilə iddiaçı işə xitam verilməsini xahiş etmişdir. Bir daha bu məsələ ilə bağlı cavabdehdən heç bir maddi və mənəvi tələbi olmayacaq. Qeyd olunanlar əsasında iddiadan imtina edir. İddiaçı və nümayəndə bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etdilər. Məhkəmə iclasında Cavabdeh bildirimişdir ki, iddiaçı ilə razılığa gəldiyləri doğrudur. 5000 manatı hazırda məhkəmə iclasında ödəmək istəyir. Bundan sonra isə iddiaçı heç bir halda ondan maddi və mənəvi ziyan tələbi olmayacağına dair söz vermişdir. İşə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, tərəflər arasında razılığa gəlinmişdir. İş üzrə icraat xitam verilməsini xahiş edir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfin iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfin iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı cavabdeh X1 qarşı ziyanın əvəzinin ödənilməsi və sair tələbə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar