Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2188/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1978/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşaqları xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanması üçün müəyyən olunmuş alimentin miqdarını artıraraq hər ay hər uşaq üçün 220 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1978/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsi ilə Xaçmaz rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-109/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən onun xeyrinə hər ay hər uşaq üçün 120 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində tutulması hissəsində dəyişdirilmiş, artırılmış alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat müəyyən edilmişdir. Hazırda maddi imkanı çox aşağıdır. Cavabdeh təəfindən ona ödənilən aliment uşaqların maddi təlabatını ödəmir. Hazırda heç bir yerdə işləmir. Bütün xərclər kəskin artmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 məhkəməyə ərizə göndərək işə iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə iddiaç tərəfin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahatında göstərmişdir ki, cavabdeh onun qardaşıdır. Hər uşağa məhkəmə qətnaməsi ilə 150 manat aliment təyin olunub. Lakin aliment borcuna görə 400 manat aliment ödəyir. Qardaşının rəsmi iş yeri yoxdur. Günəmuzd çalışan biridir. Qardaşı artırılan məbləği ödəyə bilməyəcək. Qardaşı ikinci dəfə ailə həyatı qurmayıb. Məhkəmə tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1978/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 2(067)-109/2021 saylı qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşına çatana kimi saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay cəmi 240 manat məbləğində sabit alimentin alınması hissəsində dəyişdirilərək, artırılmış alimentin miqdarı hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi qismən əsaslıdır. Məhkəmə uşağın saxlanılması hər iki valideynin üzərinə düşdüyünü nəzərə alaraq və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1978/2021 saylı, 22 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2015-ci il təvəllüdlü Səmanın və xx.xx.2016-cı il təvəllüdlü Zəhranın yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2188/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2188/2023
02.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver