Məhkəmə qərarları › İş №2(067)-219/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-219/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-219/2025 08.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona borclu qaldığı 700 manat pulun, həmin pula görə Kapital banka ödədiyim 300 manat bank faizinin, ümumilikdə 1000 manat pulu və ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz şəhəri Kommunal Təsərrüfatında 2020-ci ildə baş aqronom işləmişdir. Orada işlədiyi zaman Cavabdeh Zəfər Parkında fəhlə işləmişdir. həmin şəxsi təxminən 7-8 il bundan qabaq tanımışdır. Onunla daima səmimi münasibətdə olmaqla, aralarında heç bir ədavət olmamışdır. 2022-ci ilin iyun ayında Şəfiqə onun yanına gələrək onun qardaşının Bakıda türmədə vəfat etdiyini və qardaşını oradan rayona gətirərək dəfn etməsi üçün ona 1000 manat pul lazım olduğunu və ondan başqa pulu ala biləcəyi heç kimin olmadığını və son çarəsinin onun olduğunu bildirdi. Həmçinin o bilmişdir ki, evini təmir etmək üçün Kapital bankdan həyat yoldaşının adına kredit götürmüşdür. Onun bu vəziyyətini başa düşüb pulu ona vermişdir. O isə hər ay 100 manat olmaqla, bu pulu qaytaracağına söz vermişdir. Həmçinin həmin pulu bankdan götürdüyü üçün həmin pula görə banka əlavə faiz ödəyəcəyinə görə ondan həmin faizi də tələb etmişdir. Həmin pulu ona verməyini həmin parkda işləyən bütün fəhlələr bilir və bu faktı təsdiq edə bilərlər. Hətta ona həmin pulu verdiyi zaman onun işlədiyi parkda nəzarətçi işləyən İsbatov Səfıyar adlı şəxs də buna şahid olmuşdur və onun iştirakı ilə Cavabdeh ona pulu verməyimi təsdiq edən öz imzası ilə yazılı qeyd də vermişdir. O, iyul, avqust və sentyabr aylarında öncədən razılaşdıqları kimi hər ay 100 manat olmaqla, öz nəzarətçisinə yəni, Səfıyar İsbatova vermişdir. O ondan götürmüşdür. Lakin qalan 700 manatı isə 2 ilə yaxındır ki, qaytarmaq istəmir. Hər dəfə ondan həmin pulu tələb edəndə müxtəlif bəhanələr gətirərək pulu qaytarmaqdan yayınır, poçt vasitəsilə rəsmi müraciət də etmişdir. O buna belə məhəl qoymamışdır. Bununla əlaqədar Xaçmaz rayon Polis Şöbəsinə rəsmi qaydada ərizə ilə müraciət etsə də, oradan müraciətinin mülki xarakterli olması ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş, iddianın təmin olunmasını xahiş etmişdir. Bildirmişdir ki, pulu Şəfiqəyə verəndə demişdir ki, bankən faizləri ödənilməlidir, Şəfiqə də razı olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şhid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, Xaçmaz şəhəri Zəfər parkında gözətçi işləmişdir. Onun yanında Cavabdeh İddiaçı müraciət edib imkanı olmadığını, qardaşının həbsdə öldüyünü bildirib maddi köməklik göstərməsini xahiş etmişdir. Fikrət bankdan 1000 manat kredit alıb Şəfiqəyə vermişdir. 100 manatdan 3 dəfə ödəniş də etmişdir. Sonradan isə ödəniş etməmişdir. Şəfiqənin adından iltizamı o yazmış, Şəfiqə özü imza etmişdir. Şəfiqə onun yanında demişdir ki, Fikrətdən 10 faizlə hər ay 100 manat ödəməklə 1000 manat borc pul almış, 300 manatını ödəmişdir. Pulu Şəfiqəyə verəndə iştirak etməmişdir. Onun yanında tərəflər arasında faizlə pul verilməsi barədə söhbət olmayıb. Şəfiqə demişdir ki, Fikrət ona pul vermək üşün bankdan faizlə pul alıb. Ona deyilmədiyi üçün iltizamda faiz barədə yazmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -1 iyul 2023-cü il tarixli iltizamdan (əlyazma-əqddən) müəyyən olunur ki, Cavabdeh İddiaçı hər ay 100 manat qaytarmaq şərti ilə 1000 manat borc pul almışdır. -Ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 30 manat rüsum ödənilmişdir. -Xaçmaz rayon polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, araşdırma zamanı göstərilən xüsusatlarda cinayət və ya inzibati xəta xarakterli hadisə müəyyən edilməmişdir. Cavabdeh 1000 manat borclu olması barədə iddia mülki xarakterli olduğundan məhkəməyə müraciət etməsi təvsiyə olunmuşdur. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, xx.xx.2023-cü il tarixli iltizam (əlyazma-əqd) əsasında Cavabdeh İddiaçı hər ay 100 manat qaytarmaq şərti ilə 1000 manat borc pul aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamışdır, bununla iddiaçının tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.1-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borc aldığı pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb qismən əsaslıdır, buna görə də iddia qismən təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 700 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar