Məhkəmə qərarları › İş №2(067)-22/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-22/2022

24.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-22/2022 24.01.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X2, cavabdeh, eləcə də digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «Kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 18291,18 ABŞ dolları əsas, 17036,45 ABŞ dolları faiz və 10744,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46142 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 46142,31 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 11.09.2014-cü il tarixli, 11L000005603 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay maddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə cavabdeh iddiaçı bankla bağladığı 15.09.2014-cü il tarixli, 11R000009620 nömrəli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh- ipoteka qoyan Cavabdeh2 ilə Bank arasında bağlanmış 15.09.2014-cü il tarixli, 11M000000448 saylı ipoteka müqaviləsi (Xaçmaz rayon notariat kontorunun xüsusi notariusu F.S.Məmmədov tərəfindən təsdiq edilib) əsasında Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətində olan 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Ruspublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsi tərəfindən 1 nömrəli reyestr kitabının 1 nömrəli vərəqində qeydiyyata alınmış RX ******* nömrəli çıxarışla Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətində olan 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Tərəflərin imzaladıqları 16.03.2015-ci il tarixli, 11R000009620S saylı, 18.01.2016-cı il tarixli, 11R000009620SB saylı, 17.02.2016-cı il tarixli, 11R000009620SC saylı, 06.12.2016-cı il tarixli, 11R000009620SE saylı, 11.12.2017-ci il tarixli, 11R000009620SF saylı, 13.09.2018-ci il tarixli, 11R000009620SG saylı səzişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 12.02.2019-cu il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 11708,82 ABŞ dolları ödəmiş, onun 18291,18 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.05.2020-ci il tarixə 478 cün üçün hesablanmış faiz borcu 17036,45 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilmiş gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. 06.05.2020-ci il tarixə 478 gün üçün hesablanmış cərimə 10744,74 ABŞ dolları təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna valikdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh- ipoteka verən Cavabdeh2 «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndinə uyğun olaraq 04.03.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 11.03.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Qeyd olunanlar, kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 18291,18 ABŞ dolları əsas, 17036,45 ABŞ dolları faiz və 10744,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46142 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 46142,31 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin məqzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş olunmuşdur. Məhkəmə iclasında dindirilən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi X5 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddia tələbinin təmin edilməsini, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 18291,18 ABŞ dolları əsas, 17036,45 ABŞ dolları faiz və 10744,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46142 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 46142,31 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin məqzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh, eləcə də digər Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iddianı qismən qəbul edərək göstərdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə nümayəndəsi olduğu Cavabdeh1 və ona qarşı iddia qaldıraraq onlardan müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 18291,18 ABŞ dolları əsas, 17036,45 ABŞ dolları faiz və 10744,74 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 46142 ABŞ dolları 31 sent məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin onun xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və 46142,31 ABŞ dolları məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin onlardan ümumi qaydada tutulması, ipoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra onların həmin mənzilə istifadə hüquqlarının itirilməsi, onların həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə əsas borca münasibətdə hesablanmış faiz və cərimə ilə razı deyillər. Həmin məbləğlər şişirdilmiş məbləğlərdir. Digər tərəfdən vəsatəti əsasında ona məxsus ipoteka ilə yüklü edilmiş mənzilə dair ekspertlər də mənzilin qiymətini faktiki dəyərindən aşağı dəyərdə qiymətləndirmişlər. O, bankın ödənişlərindən heç vaxt yayınmamışdır. İddiaçı bankla razılığa gəlmələri ilə bağlı müraciət edərək borc məbləğinə güzəşt edilməklə ödəniş müddətinin uzadılmasını, yaxud əsas borc məbləği güzəşt edilib azaldıldıqdan sonra Banka 15.000 manat pul ödəməyi təklif etmiş, lakin Bank hər hansı razılığa gəlməmişdir. Odur ki, iş üzrə qanuni qərar çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 11 sentyabr 2014-cü il tarixli, 1L000000970 saylı kredit xətti müqaviləsindən görünür ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 11.09.2014-cü il tarixli, 11L000005603 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay maddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli, 11R00009620 saylı kredit razılaşmasından və ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh1 iddiaçı bankla bağladığı 15.09.2014-cü il tarixli, 11R000009620 nömrəli kredit razılaşması əsasında 60 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli, 11S00008177 nömrəli zaminlik müqaviləsindən müəyyən olunur ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış qeyd olunan zaminlik müqaviləsinə əsasən Cavabdeh2 kredit müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmasından irəli gələn öhdəliklərin vaxtında icrası üçün əsas borclu Cavabdeh1 ilə birgə məsuliyyət daşıması və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməsi barədə öz üzərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan 15 sentyabr 2014-cü il tarixli, 11M000000448 nömrəli ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə Cavabdeh2 ilə İddiaçı QSC arasında bağlanmış, Xaçmaz rayon 1 saylı Notariat kontorunda təsdiq edilmiş qeyd olunan ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətində olan 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən tərəflərin qarşılıqlı razılaşması ilə ipoteka predmetinin dəyəri 18.823 manat 20 qğik məbləğində müəyyən edilmişdir. İş materiallarında olan MA seriyalı, ******* nömrəli, **********64-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 15 may 2010-cu il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində xüsusi mülkiyyətində olan 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan RX seriyalı, ******* nömrəli, **********64-05101-093001 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 17 sentyabr 2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1ci mərtəbəsində xüsusi mülkiyyətində olan 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilin yüklülüyü kredit xətti müqaviəsi üzrə öhdəliklər tam yerinə yetirilənə qədər İddiaçı QSC-nin xeyrinə 17 sentyabr 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 9 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan 16.03.2015-ci il tarixli, 11R000009620S saylı, 18.01.2016-cı il tarixli, 11R000009620SB saylı, 17.02.2016-cı il tarixli, 11R000009620SC saylı, 06.12.2016-cı il tarixli, 11R000009620SE saylı, 11.12.2017-ci il tarixli, 11R000009620SF saylı, 13.09.2018-ci il tarixli, 11R000009620SG saylı səzişlərdən müəyyən olunur ki, qeyd olunan sazişlərlə kredit razılaşmasına və ödəniş planına dəyişikliklər edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanladığı xəbərdarlıq məktublarının surətlərindən və poçt qəbzlərindən görünür ki, cavabdehlərə müqavilə üzrə borcun ödənilməsini təmin etmələri ilə əlaqədar xəbərdarlıq məktubları göndərilmişdir. İş materiallarında olan İddiaçı QSC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə dair 04 mart 2020-ci il tarixli, 08 saylı bildiriş məktubunun və qəbzin surətlərindən müəyyən olunur ki, Cavabdeh2 Azərbaycan Respublikası “İpoteka haqqında” Qanunun müvafiq tələblərinə əsasən banka olan kredit borcunun dərhal ödənilməsi və əks təqdirdə tutmanın ipoteka predmetinə yönəldilməsi barədə bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan 11 mart 2020-ci il tairxli, 08 saylı ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizədən müəyyən olunur ki, İddiaçı QSC 11 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə ilə müraciət etmişdir. İş materiallarında olan elektron xidmətlər Portalından çıxarışların surətlərindən müəyyən olunur ki, İddiaçı QSC ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsində qeydə alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlərə qarşı qaldırdığı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı QSC-nin 25 iyun 2020-ci il tarixli, 12948 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1 06 may 2020-ci il tarixinə 15 sentyabr 2014cü il tarixli, 11R00009620 saylı kredit razılaşması üzrə borcunun məbləği əsas borca görə 18361,12 ABŞ dolları, faiz borcuna görə 17036,45 ABŞ dolları, cərimə borcuna görə 10744,74 ABŞ dolları olmaqla, borcun cəmi məbləği 46142,31 ABŞ dolları təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Raspublikası DİN-nin Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 06 may 2020-ci il tarixli arayışdan və AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 24 dekabr 2020-ci il tarixli, 9/4402 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 06 may 2020-ci il tarixə banka olan əsas borcu 18085,59 ABŞ dolları, faiz borcu üzrə 15486,19 ABŞ dolları olmuş, Cavabdeh1 tərəfindən 06 avqust 2020-ci il tarixdə 175,29 ABŞ dolları ödəniş edildiyindən həmin ödəniş əsas borcdan silinməklə cavabdehin hazırda Banka əsas borcu 17910,30 ABŞ dolları, faiz borcu 15486,19 ABŞ dolları müəyyən olunur. İş materiallarında olan iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 aprel 2021-ci il tarixli, 01/21-145 nömrəli rəyinin nəticə hissəsindən müəyyən olunur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin 01 aprel 2021-ci il tarixə bazar dəyəri 35.000 manat, likvid dəyəri 28.000 manat təşkil edir. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehlərə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdehlər tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə əsas cavabdeh şəxs olaraq Cavabdeh1, zaminlik və ipoteka müqavilələri üzrə digər cavabdeh (zamin) Cavabdeh2 qarşı düzgün olaraq verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci madəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda,o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik aktlarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 «AccessBank” Qapalı Səhmdar Cəmiyyətindən aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1-34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. İş materiallarından müəyyən olunur ki, ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti 04 mart 2020-ci il tarixdə ipoteka qoyan cavabdehə «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.5-ci maddəsinə əsasən girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəlləninn 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Göstərilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, Xaçmaz şəhəri, Natəvan küçəsində yerləşən 27 nömrəli binanın 1-ci mərtəbəsində 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil Cavabdeh1 borcunun təminatı olduğundan, borclu Cavabdeh1 isə ipoteka ilə təmin edilmiş borcunun ödənilməsini təmin etmədiyindən, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka yönəldilməsini tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, iddiaçı bankın 15 sentyabr 2014-cü il tarixli, 11R00009620 saylı kredit razılaşması üzrə əsas və faiz borcuna 10744,74 ABŞ dolları məbləğində cərimə hesablaması həmin borca mütənasib deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə nəzərə alır ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması təqdirdə nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulmuş tədbirlərin mahiyyətinin özünə zidd olardı. Bu səbəbdən, məhkəmə qeyd olunan kredit razılaşması üzrə əsas və faiz borcuna hesablanmış 10744,74 ABŞ məbləğində cərimənin məbləğini azaldaraq, 1000 ABŞ dolları məbləğində müəyyən olunmasını məqsədə müvafiq hesab edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipotekapredmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.1. ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. 39.3.2. ipoteka predmetinin təsviri; 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə poteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il 01 saylı qərarına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmənin müvafiq qərardadına əsasın "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qiymətləndirici mütəxəssisi tərəfindən verilmiş, yuxarıda istinad olunmuş müvafiq rəyə əsasən əsasən hazırki iş üzrə ipoteka predmetinin bazar qiyməti 35.000 manat, likvid dəyəri 28.000 manat müəyyən edilmişdir. Odur ki, Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzilin bazar qiyməti 35.000 manat, likvid dəyəri 28.000 manat müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 17910,30 ABŞ dolları əsas, 15486,19 ABŞ dolları faiz və 1000 ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 34396,49 ABŞ dolları məbləğində borc, tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pul və xidmət haqqı olaraq ödənilmiş 20 manat pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb Cavabdeh2 xüsusi mülkiyyətində olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı və 34396,49 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pulun və xidmət haqqı olaraq ödənilmiş 20 manat pulun hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulmalı, ipoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə onlar həmin mənzildən çıxarılmalı, həmin mənzil boşaldılmalı və alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikası MPM-nin 117-ci maddəsinə əsasən iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin.

1. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 15 sentyabr 2014-cü il tarixli, 11R000009620 saylı kredit razılaşması üzrə 17910,30 ABŞ dolları (on yeddi min doqquz yüz on dollar otuz sent) əsas, 15486,19 ABŞ dolları (on beş min dörd yüz səksən altı dollar on doqquz sent) faiz və 1000 (bir min) ABŞ dolları cərimə borcu olmaqla ümumilikdə cəmi 34396,49 ABŞ dolları (otuz dörd min üç yüz doxsan altı dollar qırx doqquz sent) məbləğində borc, tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 (on) manat pul və xidmət haqqı olaraq ödənilmiş 20 (iyirmi) manat pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin.

2. Tələb Cavabdeh2 xüsusi mülkiyyətində olan, Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə yönəldilsin.

3. Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzil açıq hərracda satılsın və 34396,49 ABŞ dolları məbləğində borc, məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün dövlət rüsumu olaraq ödənilmiş 10 manat pul və xidmət haqqı olaraq ödənilmiş 20 manat pul hərrac vasitəsilə əmlakın satışından əldə edilmiş vəsait hesabına ödənilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ümumi qaydada tutulsun.

4. İpoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilə tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra cavabdehlərin həmin mənzilə istifadə hüquqları itirilmiş hesab edilməklə onlar həmin mənzildən çıxarılsın, həmin mənzil boşaldılsın və alıcıya təhvil verilsin.

5. İpoteka ilə yüklü edilmiş əmlak olan Xaçmaz şəhəri, Natəvan küçəsində 27 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən 2 otaqlı, 60,1 kv.m ümumi, 33,9 kv.m yaşayış, 26,2 kv.m yardımçı sahədən ibarət 2 nömrəli mənzilin bazar qiyməti 35.000 (otuz beş min) manat, likvid dəyəri 28.000 (iyirmi səkkiz min) manat müəyyən edilsin.

6. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair müvafiq bildirişində göstərilən Az.MEM, VÖİN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab «AZ34CTRE ******************** nömrəli hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar