Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-22/2023 09.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı1 iştirakı ilə İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində 09 mart 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz olaraq istifadə etdiyi Xaçmaz rayonu Qarabağı kəndində xüsusi mülkiyyətlərində olan 0,70 ha, 0,50 ha və 0,40 ha pay torpaq sahələrinə gedən yolun açılaraq bərpa edilməsi, yoldan istifadələrinə törətdiyi maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona (İddiaçı1) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində edilmiş 15 yanvar 2016-cı il tarixli, daşınmaz əmlakın **********66 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən eləcə də, 04 yanvar 2020-ci il tarixli, daşınmaz əmlakın **********24 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən və həmin qeydlərdən verilmiş çıxarışlardan göründüyü kimi Xaçmaz rayonu Qarabağı kəndi ərazisindən ayrıayrılıqda 0,70 ha və 0,50 ha torpaq sahələrinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeydlərdən çıxarış verilmişdir. Ona (İddiaçı2) Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin daşınmaz əmlakın dövlət reyestrində edilmiş 23 oktyabr 2020-ci il tarixli, daşınmaz əmlakın **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli qeyddən və həmin qeyddən verilmiş çıxarışdan göründüyü kimi Xaçmaz rayonu Qarabağı kəndi ərazisindən 0,40 ha torpaq sahəsinə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və həmin qeyddən çıxarış verilmişdir. Cavabdeh onlara məxsus həmin torpaqların qonşuluğunda torpaq mülkiyyətçisidir. O, özünə məxsus torpaq sahəsindən əlavə olaraq çayın kənarındakı bələdiyyəyə məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etməklə öz sahəsinə birləşdirərək istifadə etməklə onlarən torpaq sahələrinə gələn yolu bağlamışdır. Onun belə qanunsuz hərəkətləri nəticəsində torpaq sahələrinə gedib-gəlmək üçün heç bir imkan qalmamış, torpaq- sahələrinə gedib şumlayıb, əkib becərmək üçün oraya heç bir texnika apara bilmirlər. Bir sözlə cavabdehin belə hərəkətləri səbəbindən həmin torpaq sahələrindən təyinatına görə istifadə edib, gəlir götürə bilmirlər. Bu barədə dəfələrlə cavabdehə bildirib ondan yolu açmasını tələb etsələr də o, hər dəfə müxtəlif bəhanələr gətirərək yolu açmaqdan yayınır və bildirir ki, həmin qanunsuz zəbt etdiyi ərazi ona məxsusdur və həmin yerdən yol yoxdur. Cavebdeh belə hərəkətləri ilə faktiki olaraq torpaq sahələrinə mülkiyyət hüquqlarının reallaşdırılmasına maneçilik törədir. Bununla əlaqədar sahə müvəkkilinə, İƏD-nin nümayəndəliyinə və Bələdiyyəyə dəfələrlə müraciət edib bildirsələr də, heç bir nəticəsi olmamışdır. Həmin orqanlar cavabdehə düzgün hərəkət etmədiyini bildirib qanunsuz zəbt etdiyi torpaq sahəsini boşaldaraq onlara torpaq sahələrinə getməyə yol verməsini bildirsələr də o, belə hərəkətindən əl çəkməyərək inadla davam etdirməkdədir. Hətta ona həmin torpaq səhəsini qanunsuz zəbt etməsini və xəritədə həmin qeyd olunan yerdə yolun olmasını bildirsələr də cavabdeh nə xəritəyə nə də sənədlərə məhəl belə qoymaq istəməmişdir. 2019-cu ildə cavabdeh bir müddət həmin yolu açmış və onlara torpaq sahələrinə getməyə imkan yaratmışdır. Bundan bir müddət keçəndən sonra cavabdeh həmin ərazini yenidən öz torpaq sahəsinə birləşdirərək istifadə etməklə torpaq sahələrinə gedən yolu kəsmişdir. Bununla əlaqədar bələdiyyədən həmin ərazinin sxemini əldə edib, oraya baxış keçirərkən cavabdehin həmin bələdiyyəyə məxsus ərazini qanunsuz zəbt etməsi və sxemdə göstərilən həmin çay kənarı ərazidə mövcud olan yolu kəsməsi bir daha təsdiqlənmişdir. Nəticədə bu səbəbdən də torpaq sahələri istafədəsiz qalmış və oraya yol olmadığından gedib-gələ bilmirlər. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların məhkəmə iclasına gəlməmələrinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 329 nömrəli reyestr kitabının 74 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 247 nömrəli reyestr kitabının 85 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışın surətindən müəyyən olunur ki, Xaçmaz rayonu Qaraqurtlu kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində 140 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7815 nömrəli ekspert rəyindən müəyyən olunur ki, ********** qeydiyyat nömrəli, **********75 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən 0,40 ha torpaq sahəsindən təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. ********** qeydiyyat nömrəli, **********24 reyestr nömrəli, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən 0,50 ha torpaq sahəsindən, ********** qeydiyyat nömrəli, **********66 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində yerləşən 0,70 ha torpaq sahəsindən iddiaçının təyinatı üzrə istifadəsinə cavabdeh tərəfindən maneçilik törədilmir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia tələbi təmin olunmasın. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul iddiaçılar İddiaçı1 və İddiaçı2 alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-22/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-22/2023
09.03.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver