Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2200/2023 02.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh X3 iştiraları ilə, İddiaçı cavabdehlər X4 və Cavabdeh1 qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, cavabdeh X5, Cavabdeh1 və Cavabdeh2 törətdiyi cinayət əməlinə görə 24420 manat maddi ziyanın və ödənilmiş 163.26 manat məbləğində dövlət rüsumunun ona ödənilməsi barrədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 xx.xx.2021-ci il tarixdə, saat radələrində tanışlari Cavabdeh1, X11, X7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz rayonu, Qobuqıraq kəndində yaşayan ona məxsus fərdi yaşayış evinə gəlmiş, qabaqcadan razılaşdıqları kimi Aqil Əliyarovun ev sahibi onun olduğu "Almaz" şadlıq sarayına gedərək onun orda qalmasına nəzarət etməklə onların oğurluq etməsinə şərait yaratmasından istifadə edib həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra hasardan həyətə aşaraq evin pəncərəsini dəmir parçası ilə açıb yaşayış sahəsinə qanunsuz daxil olmaqla onun evindən bir ədəd 4 min manat dəyərində briliyant qaşlı ağ qızıl dəsti, bir ədəd 1400 manat dəyərinde beş qaşlı ağ qızıl üzük, bir adəd 1000 manat dəyərində brilliant qolbaq, bir ədəd 900 manat dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 700 maı dəyərində tək qaşlı qızıl üzük, bir ədəd 300 manat dəyərində qızıl üzük, bir ədəd 14 manat dəyərində 3 qaşlı qızıl sırğa və üzük dəsti, bir ədəd 400 manat dəyərində qızıl üzük, bir ədəd 700 manat dəyərində brilliant qaşlı qızıl üzük və sırğa dəsti, bir ədəd 750 manat dəyərində beş qaşlı kişi üçün qızıl üzük, bir ədəd 950 manat dəyərində kəpənək formalı qızıl üzük, sırğa və klon dəsti, ikisi birlikdə 250 manat dəyərində 2 ədəd uşaq üçün qızıl üzük, bir ədəd 400 manat dəyərində ağ qaşlı qızıl sırğa, bir ədəd 300 manat dəyərində zümrüd qaşlı qızıl sırğa, bir ədəd 200 manat dəyərində sadə qızıl sırğa, 03 ədəd hər biri 400 manat, 450 manat və 600 manat dəyərində olan halqa formalı qızıl sırğa, bir ədəd 750 manat dəyərində ürək formalı qızıl üzük və sırğa dəsti, hər biri 200 manat dəyərində olan 2 ədəd və hər biri 260 və 300 manat olan 2 ədəd uşaq üçün qızıl qolbaq, bir ədəd 400 manat dəyərində zümrüd qaşlı üzərində Zümrüd yazısı olan qızıl klon, hər biri 300 manat dəyərində və 110 manat dəyərində olan qızıl qolbaq, bir ədəd 180 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 300 manat dəyərində ulduz formalı qızıl sırğa, bir ədəd 550 manat dəyərində üzərində Naz yazısı olan klonlu qızıl sep, hər biri 100 manat, 300 manat və 500 manat dəyərində olan 3 ədəd sadə qızıl sep, bir ədəd 250 manat dəyərində ürək formalı qızıl üzük, bir ədəd 300 manat dəyərində sadə qızıl üzük, bir ədəd 700 manat dəyərində qızil kişi qol saatı, hər biri 100 manat dəyərində olan 3 ədəd klon qızıl klon, bir ədəd 110 manat dəyərində yumru qızıl klon, bir ədəd 130 manat dəyərində qızıl ayətəlkürs klonu, bir ədəd 100 manat dəyərində Z herfi formasında qızıl klon, hər biri 70 manat dəyərində olan 2 ədəd qızıl sancaq, bir ədəd 500 manat dəyərində olan kəpənək formalı qızıl sırğa, bir ədəd 70 manat dəyərində uşaq üçün sadə qızıl sırğa, bir ədəd 110 manat dəyərində açar formasında qızıl klon, bir ədəd 350 manat dəyərində 5 qəpik formasında qızıl, bir ədəd 350 manat dəyərində uzun qızıl sırğa, bir ədəd 150 manat dəyərində sadə qızıl sırğa, bir ədəd 250 manat dəyərində ürək formasında qızıl sep, bir ədəd 200 manat dəyərində ürək formasında qızıl sep və bir eded 100 manat dəyərində A hərfi formasında qızıl klon, 40 manat dəyərində əl çantası, 500 manat nağd pul, 120 manat dəyərində masaüstü kompyuter və 100 manat dəyərində kameranın yaddaş qurğusunu qanunsuz götürüb aparmaqla xeyli miqdar təşkil edən ümumilikdə 24420 manat dəyərində oğurluq edərək cavabdehlər ona ziyan vurmuşdur. Həmin hərəkətləri ilə Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.23 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Cavabdeh3 03 il 03 ay, Cavabdeh1 03 il və Cavabdeh2 qəti olaraq 02 il 04 ay müddətinə azadlıqdam məhrumetmə cəzasına məhkum edilmişlər. Bu fakt cinayət işi üzrə Xaçmaz rayon məhkəməsinin 1(067)-86/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təsdiqini tapmaqdadır. Qeyd olunan hadisənin baş verməsi nəticəsində cavabdehlər ümumilikdə oğurladıqları əmlakların dəyəri olan 24420 manat məbləğ ona geri qaytarmamış, ona 24420 (iyirmi dörd min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. İddiaçı məhkəmə iclasında X6 qarşı iddiası və tələbinin olmadığını bildirmiş,ərizədə həmin adamın adının səhv getdiyini bildirmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmiş və izahatında göstərmişdir ki, qeyd etdiyi kimi cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulmuş maddi ziyanın əvəzinin ödənilməsini istəyir. Zərər qanunla nəzərdə tutulmuş şəkildə 24420 manat təşkil edir. Heç bir ödəniş edilməyib. Dəymiş zərər məbləğini hər ikisindən tələb edir. Məhkəmə iclasında cavabdeh X5 iddia tələbini qismən qəbul edərək izahatında göstərmişdir ki, onlar oğurluğu üç nəfər etmişdir. Lakin iddiada həmin adamın adı qeyd olunmayıb. Həmin şəxsi əslində o, tanımır. O, Elnuru tanıyır. Bundan əlavə daha əvvəl də demişdir, hətta ərizə ilə də bərpa üçün müraciət eləmişdir ki, zərər məbləği şişirdilmiş şəkildə qeyd olunub. Zərər məbləği 8000 manat idi. Əvvəlki məhkəmə iclasında cavabdeh X8 izahatında göstərmişdir ki, iddianı qəbul etmir. İddiaçının da dediyi kimi onun bu işə heç bir aidiyyatı yoxdur. Digər Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək, iddianı qəbul etmədiyini göstərmiş və cinayəti törətdiyini etiraf etmiş, lakin bu işlərdən ona pul çatmadığını qeyd etmişdir. Məhkəmə, tərəfləri dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 1(067)-86 saylı, xx.xx.2022ci il tarixli hökmündən müəyyən olunur ki, X5 və Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər. Həmin hökmdən görünür ki, cavabdehlər iddiaçıya ümumilikdə 24220 manat məbləğində maddi ziyan vuraraq dələduzluq etmiş, iddiaçıya dəymiş ziyanla bağlı mülki mühakimə üsulu qaydasında mülki iddia ilə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdehlər özgənin əmlakını gizli olaraq talamaq məqsədilə İddiaçı məxsus fərdi yaşayış evinə getmiş,evinə daxil olaraq xeyli iddiaçıya göstərilən məbləğdə zərər vurmuş, əsassız varlanmışlar. Bu hallar qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehlərin buna gətirib çıxaran əməldə təqsirləri, habelə dəymiş zərərin məbləğinin 24220 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia bu hissədə əsaslıdır. Məhkəmə 163.26 manat dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissədə də təmin edilməli, cavabdehlərdən iddiaçı tərəfindən ödənilmiş 163.26 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlərdən 24220 manat məbləğində ziyan, ödənilmiş 163.26 manat dövlət rüsumu müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. X1 və Cavabdeh1 birgə qaydada vurulmuş maddi zərərin əvəzi olaraq 24420 (iyirmi dörd min dörd yüz iyirmi) manat məbləğində ziyan, ödənilmiş 163.26 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2200/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2200/2023
02.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver