Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2224/2020 11.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh borclu olduğu 7000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını müdaifə edərək izahatında göstərdi ki, iş üzrə Cavabdeh bir neçə ildir ki, tanıyır. Aralarında dostluq münasibətləri vardır. 2018-ci ilin noyabr ayında Cavabdeh onun yanına gələrək ona 7000 manat borc pul lazım olduğunu bildirmişdir. O, cavabdehi tanıdığı üçün borc istədiyi məbləği xx xxxxxx 2018-ci il tarixdə ona vermiş və bundan sonra cavabdehlə aralarında həmin tarixdə Bakı şəhəri, 11 saylı Notariat kontorunda kredit müqaviləsi bağlanmış və təsdiq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdehondan aldığı 7000 manat pulu xx xxxx 2019-cu il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, borc aldığı pulu vəd verdiyi vaxtda ona qaytarmamışdır. O, dəfələrlə cavabdehdən pulunu tələb etmiş, lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Cavabdeh könüllü olaraq borcunu qaytarmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Ona görə də iddiasının təmin edilməsini, Cavabdeh borclu olduğu 7000 manat pulun və dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən o, pula ehtiyacı olduğu üçün bir neçə ildir ki, tanıdığı İddiaçı müraciət etmiş və ondan 5000 manat borc pul almışdır. Onlar birlikdə xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, 11 saylı Notariat ofisinə gedərək aralarında kredit müqaviləsi rəsmiləşdirmişlər. Kredit müqaviləsi rəsmiləşdirilərkən qarşılıqlı razılaşmaları əsasında onun iddiaçıdan aldığı məbləğ 7000 manat yazılmışdır. Belə ki, razılaşmalarına əsasən o, iddiaçının borcunu vaxtında qaytara bilməsə ona əlavə olaraq 2000 manat ödəyəcəkdir. Müqavilənin şərtlərinə əsasən iddiaçıdan aldığı pulu xx xxxx 2019-cu il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin sonradan maddi vəziyyətində çətinliklər yarandığından vəd verdiyi vaxtda iddiaçının pulunu qaytara bilməmişdir. İddiaçıya borclu olduğu 5000 manat pulu hissə-hissə ödəyəcəkdir. Ona görə də iddianın qismən təmin olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Xaçmaz rayonunun Susayqışlaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş xx xxxxxx 2018-ci il tarixli, 3M-1013 reyestr nömrəli kredit müqaviləsindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri,11 saylı Notariat kontorunda qeyd olunan borc öhdəliyinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı 7000 (yeddi min) manat borc pul almış, aldığı borc pulu xx xxxx 2019-cu il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsiplərinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktlara istinad etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəllənin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx xxxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır;
2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Hazırki məhkəmə araşdırması zamanı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh Əlmərdanov Zöhrab Əkbər oğlu ondan xx xxxxxx 2018-ci il tarixdə aralarında Bakı şəhəri, 11 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 7000 manat borc pul almış, lakin sonradan cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı pulu vəd verdiyi vaxtda ona qaytarmamış, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmışdır. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh Əlmərdanov Zöhrab Əkbər oğlu öz etirazını onunla əsaslandırmışdır ki, o, İddiaçı xx xxxxxx 2018-ci il tarixdə 5000 manat borc pul almış, kredit müqaviləsi rəsmiləşdirilərkən qarşılıqlı razılaşmaları əsasında onun iddiaçıdan aldığı məbləğ 7000 manat yazılmışdır. İddiaçıya borclu olduğu 5000 manat pulu hissə-hissə qaytaracaqdır. İddianın qismən təmin olunmasını xahiş edir. Belə olduğu halda İddiaçı üzərinə cavabdeh Əlmərdanov Zöhrab Əkbər oğlunun ondan xx xxxxxx 2018-ci il tarixdə aralarında Bakı şəhəri, 11 saylı Notariat kontorunda bağlanmış kredit müqaviləsinə əsasən xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə 7000 manat borc pul almasını, lakin sonradan cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı pulu vəd verdiyi vaxtda ona qaytarmamasını, dəfələrlə cavabdehdən borcunu ödəməsini tələb etməsinə baxmayaraq sonuncunun hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən yayınmasını sübut etmə yükü düşür. Əksinə olaraq cavabdeh Əlmərdanov Zöhrab Əkbər oğlunun üzərinə İddiaçı xx xxxxxx 2018-ci il tarixdə 5000 manat borc pul aldığını, kredit müqaviləsi rəsmiləşdirilərkən qarşılıqlı razılaşmaları əsasında onun iddiaçıdan aldığı məbləğin 7000 manat yazıldığını, iddiaçıya 5000 manat borclu olduğunu sübut etmə yükü düşür. Məhkəmə tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, işdə olan sənədlərə hüquqi qiymət verərkən, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və «İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarının və azadlıqların müdafıəsi haqqında» Avropa Konvensiyasnın iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasnın məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanları Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə isnad etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudovun Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. «affirmanti, non neganti, incumbit probalion» (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həmmövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda. "Qavazov Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Məhkəmə tədqiqatı zamanı iddiaçının izahatı, iş materiallarında olan pul öhdəliyinə dair notarial qaydada təsdiq olunmuş kredit müqaviləsi ilə Cavabdeh həqiqətən də xx xxxxxx 2018-ci il tarixdə xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə İddiaçı 7000 manat məbləğində borc pul alması, bu barədə tərəflər arasında xx xxxxxx 2018-ci il tarixdə Bakı şəhəri, 11 saylı Notariat kontorunda kredit müqaviləsi rəsmiləşdirilərək təsdiq olunması, lakin sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək vəd verdiyi vaxtda borc aldığı həmin 7000 manat pulu qaytarmaması, iddiaçı dəfələrlə tələb etməsinə baxmayaraq halhazıradək borcunu qaytarmaqdan yayınması öz təsdiqini tapmışdır. Məhkəmə tədqiqatı zamanı Cavabdeh İddiaçı 7000 manat deyil, 5000 manat məbləğində borc alması, sadəcə olaraq kredit müqaviləsi rəsmiləşdirilərkən qarşılıqlı razılıqlarına əsasən müqavilədə borc məbləğinin 7000 manat yazılmasını göstərsə də bu hissədə öz etirazının əsasını sübut edən sənədi və digər sübutu məhkəməyə təqdim etməmiş və məhkəmə tədqiqatı zamanı bu hallar öz təsdiqini tapmamışdır. Beləliklə də məhkəmə araşdırması zamanı Cavabdeh həqiqətən də xx xxxxxx 2018-ci il tarixdə xx xxxx 2019-cu il tarixədək qaytarmaq şərtilə İddiaçı 7000 manat məbləğində borc pul alması, lakin sonradan üzərinə götürdüyü öhdəliyi icra etməyərək borc aldığı həmin 7000 manat pulu dəfələrlə tələb etməsinə baxmayaraq hal-hazıradək iddiaçıya qaytarmaması tamamilə sübut edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası günü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməli və iddia tələbi dövlət rüsumuna aid hissədə də təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməklə Cavabdeh borclu olduğu 7000 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh borclu olduğu 7000 (yeddi min) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsiilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Xıdır Quliyev