Məhkəmə qərarları › İş №2(067)-2224/2021

Xaçmaz Rayon Məhkəməsi Məhkəmə əmri — İş №2(067)-2224/2021

29.07.2021 · Əmr icraatı - Alimentin alınması üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Xaçmaz şəhəri İş № 2(067)-2224/2021 29.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz Rayon Məhkəməsinin hakimi Səmədzadə Sərxan Akif oğlu, tələbkar X3 Borclu qarşı yetkinlik yaşına çatmayan iki nəfər uşağının saxlanılması üçün aliment tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİM: Məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, tələbkar X5 Borclu ilə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahlarından 29.02.2008-ci ildə Firuzə və 23.07.2009-cu ildə isə Aysun doğulmuşlar. Ailə munasibətləri pozulduğundan uzun müddətdir ki, ayrı yaşayırlar. Hazırda uşaqların hər ikisi də onun himayəsində olmaqla onları saxlamaqda çətinlik çəkir. Uşaqlar Xaçmaz şəhəri Z.Əliyeva adına məkyəb-litseydə təhsil alırlar, əlavə olaraq bir neçə müəllim repetitorla hazırlaşırlar. Borclu "xxxx"ASC-nin Xaçmaz filialında inkasator (pul dəyişən) vəzifəsində işləyir və ayda 900 manat əmək haqqı alır. Ayda bu qədər gəliri olan ata uşaqlarını saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən iki uşağa görə valideyndən qazancın və (və ya) başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında aliment tutulur. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 276.1-ci maddəsinə görə kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 276.2 və 276.2.4-cü maddələrinə əsasən tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçünjü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə, məhkəmə əmri verilə bilər. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, X3 tələbi aşkardır. Həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə və rəsmi sənədlərə əsaslanır və ona görə də Azərbaycan Respublikası MPM-nin 276-cı maddəsinə əsasən məhkəmə əmri verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 275, 276, 280-282 və 284-cü maddələrinin tələblərini rəhbər tutaraq, ƏMR ETDİM: xx xxxxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olan, Xaçmaz şəhəri, F.Əmirov küçəsi 10 saylı evdə yaşayan Borclu, Xaçmaz şəhəri, N.Ələsgərov küçəsi 51 saylı evdə yaşayan X3 xeyrinə 29 fevral 2008-ci il təvəllüdlü X2 və 23 iyul 2009-cü il təvəllüdlü X1 üçün hər ay qazancının üçdə bir hissəsi miqdarında aliment tutulsun. Alimentin tutulma müddəti 26 iyul 2021-cı il tarixdən 29 fevral 2008-ci il təvəllüdlü X2 və 23 iyul 2009-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər müəyyən edilsin. Borclu məhkəmə əmrinin aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Xaçmaz Rayon Məhkəməsini yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab edilir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar