Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2231/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü övladı X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay cəmi 170 (yüz yetmiş) manat, cəmi 340 (üç yüz qırx) sabit pul məbləğinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2006-cı ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2007-ci ildə Vüsalə və xx.xx.2008-ci ildə Kamil adlı iki uşaqları anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-237/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, uşaqların hər ikisi onun yanında saxlanılmış və cavabdeh uşaqlara münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi əsasında cavabdehdən onun xeyrinə hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment tutulması qət edilmişdir. Lakin cavabdeh həmin alimenti ödəmir. O, uzun müddətdir ki, işləmir. Uşaqları üçün cavabdehin ödədiyi aliment kifayət etmir. Özü fərdi əmək fəaliyyəti ilə məşğul olur və televizor ustasıdır. İddiaçının alimenti ödəməyə yetərincə maddi imkanının olduğu qənaətindədir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3055/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimenti də iddiaçı ödəməmişdir. O, uşaqlarını saxlamaq üçün dayə tutmaq istəyir, dayənin xidmətlərindən istifadə etmək isə ayda 250- 300 manata başa gəlir. Ona görə cavabdehdən tutulan alimentin miqdarının artırılmasını istəyir. Cavabdeh heç yerdə işləmir, evdar qadındır, amma bunun ona dəxli yoxdur. Ona görə də hesab edir ki, cavabdeh hər uşaq üçün ayda 170 manat aliment ödəməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasında iddianın dəlillərinə etiraz edərək, iddiaçı ilə xx.xx.2006-cı ildə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. xx.xx.2007-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahdan xx.xx.2007-ci ildə Vüsalə və xx.xx.2008-ci ildə Kamil adlı iki uşaqları anadan olmuşlar. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-237/2019 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşaqların hər ikisi iddiaçının yanında saxlanılmış və iddiaçının məcbur etməsi nəticəsində o, uşaqlara münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin qətnaməsi əsasında ondan iddiaçının xeyrinə hər ay hər bir uşaq üçün 70 manat olmaqla, cəmi 140 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamə əsassız olsa da, şikayət verməmişdir, çünki apellyasiya şikayəti yazdırmağa belə pulu olmamışdır. İddiaçı onu əxlaqsızlıqda günahlandırırdı, lakin sonra onu uşaqlara baxmaq üçün çağırmış, lakin o, getməmişdir. Sonra iddiaçı əlinin kəsilmiş şəklini ona göndərmişdir və onun da buna ürəyi dözməmiş, iddiaçının evinə gedib orada qalıb ona da, uşaqlarına da baxmışdır. İddiaçı onun alimenti ödəmədiyimi bildirir, amma o, hər ayın alimentini şəhid olmuş qardaşının ölümü ilə əlaqədar anasına ayrılmış müavinət hesabına ödəmişdir. Heç yerdə işləmir, dolanışığı çətindir, qət edilmiş alimenti belə ödəməyə maddi imkanı yoxdur, alimentin miqdarı artırılsa ümumiyyətlə ağır vəziyyətə düşəcəkdir. Hazırda işləmir, heç bir gəlir yeri yoxdur, amma iddiaçının özünün avtomaşını, 2 evi vardır. İddia tələbilə bağlı məhkəməyə təqdim edəcəyim əlavə sübutları yoxdur.Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatlarını dinləyərək, bu nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işin araşdəırılmış hallarından müəyyən olunur ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(067)-237/2019 saylı qətnaməsi ilə cavabdehlə nikahları pozulmuş, uşaqların hər ikisi onun yanında saxlanılmış və cavabdeh uşaqlara münasibətdə valideynlik hüququndan məhrum edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(067)-3055/2019 saylı qətnaməsi ilə cavabdehdən iddiaçının xeyrinə xx.xx.2007-ci il təvəllüdlü övladı X1 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat, cəmi 140 (yüz qırx) manat miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəflərdən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının xx xxx 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İddiaçı tərəfindən Cavabdeh iddia ərizəsində göstərilən miqdarda aliment ödəmək üçün zəruri vəsaitə malik olduğuna dair mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Bununla yanaşı Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək hər iki valideynin borcudur. Bu baxımdan məhkəmə uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçıdan daha az təminatlı valideyn olan cavabdehdən yüksək məbləğdə aliment tutulmasını əsaslı hesab etmir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119.1, 216-220, 227, 233, 235.1.1, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən bir ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov..
Məhkəmə qərarları › İş №2(067)-2231/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2231/2020
06.11.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver