Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2248/2024 02.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə1, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzə cavabdeh İddiaçı qarşı alimentin miqdarının azaldılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq, övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və 5.07.2019-cu il təvəllüdlü X2 üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat məbləğində sabit pul şəklində alimentin Cavabdeh alınıb ona verilməsi üçün alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiasını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya məhkəməsinin 19 iyun 2023-ci il tarixli 2{105)-1313/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh tərəfindən verilmiş apeilyasiyaya şikayət qismən təmin edilərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-1045/2023 nömrəli qətnaməsini xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdü X7 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh alınmalı (tutulmalı) olan alimentin artırılması məbləği ilə bağlı hissədə dəyişdirilərək və həmin alimentin artırılması məbləği hər ay hər uşağ üçün 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət etmişdir. Cavabdeh hər ay hər uşaq üçün 170 manat alimenti mütəmadi ödəyir, uşaqlar ilə də mütəmadi görüşür. Bildiyi kimi 2024 il yanvar ayından azyaşlılar üçün yaşayış minimum 235 manat olmuşdur. Ərzağın, dərmanın və bəzi həyatı tələblərin qiymətləri çoxalmışdır. Övladlarının məktəbə və əlavə kurslara getməsi, böyük uşağın X5 ayaqlarnın əyri pəncəliyi ilə bağlı Bakı şəhərinə 2 aydan bir həkimə müayinəyə aparır və bu da ona maddi çətinliklə üz üzə qoyur. Cavabdehin hər uşaq üçün ödədiyi 170 manat aliment məbləği ilə qani olmur. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün Sumqayıt Apelyasiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(105)- 1313/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişdirərək hər uşaq üçün 120 manat olmaqla, hər ay cəmi 240 manat sabit pul şəklində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 190 manat olmaqla, cəmi 380 manat sabit pul məbləğində alimentin ondan tutularaq X6 verilməsi qət edilmişdir. Əvvəlki məhkəmə baxışları zamanı iddiaçı tərəf dindirilərkən bildirmişdir ki, hər cür maddi şəraiti və imkanları vardır. Hazırda isə onun əksinə olaraq bildirir ki, güya maddi çətinlik çəkir. Xaçmaz rayon məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(105)-1313/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək hər uşağın saxlanılması üçün alimentin miqdarı 170 manat müəyyən edilmişdir. Məhkəmənin qətnaməsində də göstərilir ki, İİİ qrup əlil olmaqla 150 manat məbləğində sosial müavinət alır və yalnız yüngül işlərdə işləyə bilər. Sumqayıt Apellyasiya Məhkəməsinin göstərilən qətnaməsinin çıxarılmasından cəmi bir il vaxt keçir. xx.xx.2020-ci il tarixdən Xaçmaz rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdadır. Qanuna görə alimentin artırılması üçün şəxsin ailə və maddi vəziyyətində dəyişiklik olmalıdır. İddia ərizəsində belə bir əsaslandırma yoxdur. İlk iddia üzrə İddiaçı əmək qabiliyyətli olmaqla işləməklə uşaqların ehtiyaclarının bir qismini özü ödəməli, 2024cü il üçün uşaqlara görə müəyyən olunmuş 235 manat minimal yaşayış səbətini yarı hissəsini uşaqların anası olan İddiaçı təmin etməlidir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçının nümayəndəsi iddia ərizəsini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh İİ qrup əlildirsə sürücülük vəsiqəsi ala bilməz. İş yeri üçün qeydiyyata durmalıdır. Cavabdeh alimenti ödəməlidir. Qarşılıqlı iddiada göstərilənləri də qəbul etmir, aliment təyin olunandan sonra yaşayış minimumu artmış, qiymətlərdə artım baş vermişdir. Ona görə alimentin artırılmasına dair ərizə verməyə məcbur olmuşlar. Qızının onurğasında problem var, Bakıya həkimə aparırlar, onun da qəbulu 80 manatdır. Uşaq özü də əsəbidir, həkim dərmanları kəsməyin mümkün olmadığını dediyinə görə, hər dəfə dərmanlar alırlar. Cavabdeh xarici ölkələrə səfər edib, pul qazanır. Hazırda Rusiya Federasiyasında yaşayır və orada işləyir. Gəlirləri ilə bağlı sübutları olmasa da, hesab edir ki, cavabdeh Rusiya Federasiyasında yaşayırsa, deməli maddi imkanı buna yol verir. Məhkəmə iclasında ilk iddia üzrə cavabdehin nümayəndəsi qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianı isə qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, oğlunun 1 avtomaşını var, o da onundur. Oğlu qəzaya düşüb, İİİ qrup əlildir və ayda 150 manat pensiya alır, 65 faiz sağlamlığını itirmişdir. Alimenti ödəməyə maddi imkanı yoxdur. Aliment tərəflər arasında bölünməlidir. Oğlu RFnın Moskva şəhərində müalicədədir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia tələbi qismən təmin olunmalı, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)- 1313/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(067)-1045/2023 nömrəli qətnaməsi “xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Cavabdeh alınmalı (tutulmalı) olan alimentin məbləği ilə bağlı hissədə dəyişdirilmiş və həmin alimentin məbləği hər ay bir uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilmişdir. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan X3 iştirak edilməsi barədə arayışdan müəyyən olunur ki, tərəflər X3 iştirak etmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1.-ci maddəsi əsasında valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik-yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Məhkəmə belə hesab edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud, digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatan və fəaliyyət qabiliyyəti olmayan şəxsin aliment ödəməli olan şəxsə qarşı qəsdən cinayət törətdiyi və ya ailədə nalayiq davrandığı müəyyən edilərsə, məhkəmə həmin şəxs üçün aliment tutulması barədə tələbi rədd edə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki iddia tələbinin hüququ əsası kimi Ailə Məcəlləsinin 107 və 112-ci maddələri çıxış edir, lakin ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin maddələrdə nəzərdə tutulan halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatlardan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Novosibirsk şəhərinə uçmuş, daha sonra isə Dubay şəhərindən Bakıya qaytmışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixdə Bakı şəhərindən Moskva şəhərinə uçmuş və hal-hazırda ölkə hüdudlarından kənardadır. Məhkəmə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsini rəhbər tutaraq belə hesab edir ki, hər ay 170 manat müəyyən edilmiş aliment məbləğinin miqdarı artırılmalı, valideynlərin ailə və maddi vəziyyəti, uşaqların mənafeyi, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınaraq, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 190 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə bu məbləğdən aşağı miqdarda alimentin tutulmasının uşaqların mənafeyinə zidd olacağı və onların hüquqlarını pozacağı qənaətindədir. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rusumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 40 manat artırıldığından, iddianın qiyməti 40 manat x 12 aya=480 manat təşkil edir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, alimentin artırılmış məbləği qətnamə qanuni qüvvəyə mindiyi gündən tutulmalıdır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İlk iddia qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1313/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh bu qətnamə qanuni qüvvəsini aldığı gündən etibarən hər ay hər uşaq üçün 190 manat məbləğində sabit pul şəklində aliment alınaraq İddiaçı verilsin. İlk iddia üzrə Cavabdeh 30 manat dövlət rüsumu tutularaq ilk iddia ərizəsi üzrə dövlət büdcəsinə köçürülsün. İlk iddia qalan hissədə rədd edilsin. Qarşılıqlı iddia tələbi rədd edilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu ilk iddia üzrə Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2248/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2248/2024
02.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver