Məhkəmə qərarları › İş №2(067)-2278/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2278/2024

22.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2278/2024 22.10.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh, nisyə satılmış broyler cücələrinin ödənilməmiş qalan 3305 manat məbləğində hissəsinin (borcun) və iddia ərizəsinə görə ödənilmiş 53 manat dövlət rüsumunun, cəmi 3358 manat pulun tutulub iddiaçıya qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, toyuq cücələrinin satışı ilə məşğul olur, Xaçmaz rayonunda bu işlə məşğul olan işgüzar insanlarla münasibəti var. Elə onların vasitəsi ilə 2020-ci ilin aprel ayından cavabdehlə aralarında cücə alqı-satqısı münasibətləri yaranmışdır. Belə ki, cavabdeh aprel 2020-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda ondan cücə almış və dəyərlərini ödəmiş, lakin aşağıda göstərilən vaxtlarda alınan cücələrin dəyərləri isə ödənilməmişdir o,cümlədən, 1) 14.05.202-ci ildə 1700 ədəd x 0.50 manat=850 manat, 2) xx.xx.2020-ci ildə 3040 ədəd x0.50 manat=1520 mamat, 3) xx.xx.2020-ci ildə 290 ədəd x0.50 manat= 145 manat, 4) xx.xx.2020-ci ildə 1950 ədəd x0.50 manat= 975 manat, 5) xx.xx.2021-ci ildə 500ədəd x 0.55 manat= 275 manat. Cəmi: 3765 manat. Lakin cavabdehlə yuxarıda qeyd edilən tarixlərdə aldığı cücələrin dəyərlərindən xx.xx.2020-ci ildə aldıqı 1520 manat dəyərində cücənin pulundan 60 manat və xx.xx.2020-ci ildə aldığı 1975 manat dəyərində cücənin pulundan isə 400 manat cəmi bu illər ərzində 460 manat məbləğində pul ödəmişdir. Başqa sözlə cavabdeh qeyd edilən tarixlərdə nisyə aldığı cəmi 3765 manat dəyərində cücənin pulundan cəmi 460 manat pul ödəmiş və ödənilməyən qalıq pul isə 3305 manat təşkil edir. O, bu cücələri cavadehə, yaşadığı ünvanda, yəni həyətində köməkçisi Siyəzən şəhəri, İddiaçı küç.41,ev 4 ünvanında yaşayan X1 ilə birlikdə öz avtomobilndə apararaq təhvil vermişdir. Cavabdeh nisyə aldığı cücələrin dəyərini ilk vaxtlarda hissəhissə ödədiyinə görə onun etibarını qazanmış və bundan sonra etibarından sui-istifadə edərək onu aldadmaq qərarına gəlmişdir. Bununla da cavabdeh əsasən 2020-ci və 2021-ci il tarixlərdə alınan cücələrin dəyərini ödəməkdən imtina edərək, yalnız sonuncu dəfə 2022-ci il tarixdə qeyd edildiyi kimi 3765 manat borcundan cəmi 460 manat pul ödəmiş və bu günə qədər ödənilməyən 3305 manat məbləğində pulun ödənilməsindən qərəzli boyun qaçırır. Başqa sözlə bu müddət ərzində cavabdeh dəfələrlə pulu ödəyəcəyinə söz versədə, sonda məlum olmuşdur ki,cavabdeh üzrəinə götürdüyü öhdəliyi könüllü surətdə ödəməkdən boyun qaçırır. Beləliklə hazırda cavabdeh, onun heç bir telefon zənğlərinə cavab vermir və onunla əlaqə saxlamaqdan qəsdən boyun qaçırır. Ona görə tam yəqindir ki, cücələrin 3305 manat dəyərini cavabdehdən məcburi qaydada alınması üçün məhəkəmə qərarı qəbul edilməlidir. Odur ki, cavabdehə qarşı “Nisyə satılmış broyler cücələrinin satış dəyərinin ödənilməmiş qalan hissəsinin (borcun) qaytarılması tələbinə” dair iddia irəli sürmüşdür. Yuxarıda qeyd edilən tələbin faktiki hallarına və müvafiq hüquq normalarına əsasən hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyi lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və iddiaçının alqısatqı müqaviləsinə görə nisyə satılmış broyler cücələrinin dəyərini tələb etmək hüququ yarandığından cavabdeh, Cavabdeh, nisyə satılmış broyler cücələrinin 3305 manat məbləğində dəyəri alınaraq iddiaçıya qaytarılmalıdır. Həmçinin bu Məcəllənin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən” tərəfindən ödənilmiş 53 manat dövlət rüsumu cavabdehlərdən alınmalıdır. İddiaçı məhkəmə iclasında iddiaçı iddiasını müdafiə edərək izahatında göstərmişdir ki, iddia tələbi isə nisyə satılmış broyler cücələrinin satış dəyərinin ödənilməmiş məbləğinin geri alınması ilə bağlıdır. Cavabdehdən 3305 manat pul istəyir. Xahiş edir ki, iddiası təmin edilsin. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, rəsmi qaydada heç nə olmasa da, aralarında alış-veriş olub. Yəni, borcunu inkar etmir. İddiaçıya da borcunu ödəməyəcəyini deməmişdir. Məhkəmə, iddiaçı tərəfi və cavabdehi dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Cavabdeh ona qarşı verilmiş iddianı qəbul edir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə cavabdeh aprel 2020-ci il tarixdən başlayaraq müxtəlif vaxtlarda ondan cücə almış və dəyərlərini ödəmiş, lakin cavabdeh qeyd edilən tarixlərdə nisyə aldığı cəmi 3765 manat dəyərində cücənin pulundan cəmi 460 manat pul ödəmiş və ödənilməyən qalıq pul isə 3305 manat təşkil edir. Cavabdeh isə həmin pulu geri qaytarmasına söz versə də, lakin vədini yerinə yetirməmiş və pulu geri qaytarmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslıdır. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Məhkəmə, iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli, cavabdehdən ödənilmiş 53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 3305 manat məbləğində pul və ödənilmiş 53 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238-242-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3305 manat məbləğində pul və iddia ərizəsinə görə ödənilmiş 53 manat dövlət rüsumu, cəmi 3358 manat pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar