Məhkəmə qərarları › İş №2(067)-2289/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2289/2021

18.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2289/2021 18.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, İddiaçı, Cavabdeh, eləcə də digər cavabdeh X1 nümayəndəsi Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər X2 və Cavabdeh2 qarşı «Pul tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 29.100 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlərin ona borclu olduğu 29100 manat puldan 1500 manatını ödədiyini, hal-hazırda cavabdehlərin ona 27.600 manat borcu qaldıqlarını bildirməklə cavabdehlərdən müştərək qaydada ödənilməmiş qalan 27.600 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı iddiasını hazırki həcmdə müdaifə edərək izahatında göstərdi ki, onunla cavabdeh Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 arasında 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi bağlanılmış və həmin kredit müqaviləsi Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusu X6 tərəfindən təsdiq edilmişdir. Həmin kredit müqaviləsinin 1, 2 və 3-cü bəndlərinə əsasən o, cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızına və Cavabdeh2 40.000 manat məbləğində borc pul vermiş borcalanlar isə krediti 25 avqust 2020-ci il tarixədək ona faizsiz şəkildə qaytarmağı öhdələrinə götürmüşlər. Qeyd olunan borc məbləğinin 8.900,0 manat hissəsi borcalanlar tərəfindən hissə-hissə ödənilmiş və sonuncu ödəniş 14 iyun 2017-ci il tarixdə həyata keçirilmişdir. Kredit müqaviləsinin 6-cı bəndinə əsasən həmin müqavilənin arxasında borcalanlar tərəfindən hər dəfə edilmiş ödənişlər imzaları ilə təsdiq edilmişdir. Nəticədə borcalanlar Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə ona ümumilikdə 31.100 manat məbləğində borcu qalmışdır və həmin borc borcalanlar tərəfindən ödənilmədiyi üçün, onun tərəfindən 07 iyun 2021-ci il tarixdə tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi üçün borcalanlara pretenziya məktubu göndərilmiş, həmin pretenziya məktubu Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 tərəfindən 14 iyun 2021-cı il tarixdə qəbul edilmiş və pretenziya məktubunda 31.100 manat məbləğində borcun tam ödənilməsi borcalanlardan tələb edilmiş, lakin borcalan Cavabdeh2 tərəfindən həmin borcdan 17 iyun 2021-ci il tarixdə 1.500 manat, 15 iyul 2021-ci il tarixdə isə 500 manat məbləğində ödəniş edilmişdir. Bundan başqa, Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı tərəfindən borcun ödənilməsi ilə bağlı pretenziya məktubu onun tərəfindən qəbul edilsə də, pretenziya qaydasında həll olunması üçün heç bir tədbir görməmişdir, həmçinin Cavabdeh2 tərəfindən həmin borcdan 2.000 manat məbləğində ödəniş edilsə belə o, pretenziya məktubunda borcalanlardan həmin borcun tam ödənilməsini tələb etmişdir. Beləliklə borcalanlar Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 üzərinə düşən öhdəlikləri tam yerinə yetirməməklə müqavilənin şərtlərini pozaraq borcun qaytarılmasına dair öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə borcalanların 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə ona ümumilikdə 29.100 manat məbləğində borcları qalmışdır. İddiaçı izahatına davam edərək göstərdi tərəfindən Abdullayeva (Əliyeva) Sevil Ramazan qızına və Cavabdeh2 qarşı borc tələbinə dair Bakı şəhəri 19 saylı notariat kontorunun xüsusi notariusuna icra qeydinin aparılması üçün müraciət edilmiş, notarius tərəfindən 8İ-4945 saylı, 21 oktyabr 2020-ci il tarixli icra qeydi aparılaraq icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, lakin daha sonra borcalanlar qeydiyyat ünvanlarını dəyişdiklərinə görə həmin icra qeydi aidiyyəti üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra tədbirləri səmərəsiz olduğu üçün və icra şöbəsi tərəfindən borc məbləğinin ona qaytarılması mümkün olmadığı, eyni zamanda icra qeydi əsasında Azərbaycan Respublikasının Cinayət Məcəlləsininn 306-cı maddəsinə əsasən cinayət işinin açılmasının mümkün olmadığı üçün onun ərizəsi əsasında icra edilməyən icra sənədi Xaçmaz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən ona geri qaytarılmışdır. Bu səbəbdən o, öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlər ona borclu olduqları 29.100 manat puldan hissə-hissə olmaqla ümumilikdə 1500 manatını ödəmişlər və hal-hazırda cavabdehlərin ona 27.600 manat borcu qalmışdır. Ona görə də iddiasının hazırki həcmdə təmin olunmasını, Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M- 298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 29.100 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdeh, eləcə də digər cavabdeh X1 nümayəndəsi Cavabdeh2 iddianı hazırki həcmdə qəbul edərək izahatında göstərdi ki, həqiqətən o və nümayəndəsi olduğu qızı X2 pula ehtiyacları olduğu üçün İddiaçı Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsinə əsasən 40.000 manat borc pul almışlar. Müqavilənin şərtlərinə əsasən aldıqları 40.000 manat pulu 25 avqust 2020-ci il tarixədək ona faizsiz şəkildə qaytarmağı öhdələrinə götürmüşlər. İdiiaçı onlara qasrşı məhkəmədə iddia qaldırana qədər borclu olduqları puldan hissə-hissə ödəməklə iddiaçıya 29.100 manat borclu qalmışlar. İddaçı məhkəmədə iddia qaldırdıqdan sonra da ona hissə-hissə olmaqla ümumilikdə 1500 manat ödəniş etmişlər və beləliklə də iddiaçıya 27.600 manat ödənilməmiş borcları qalmışdır. Hal-hazırda maddi vəziyyətləri ağır olduğundan qalan məbləği tez bir zamanda ödəməyə imkanları yoxdur, həmin qalıq borcu də iddiaçıya hissəhissə ödəyəcəklər. Ona görə də iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia hazırki həcmdə təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin MAPS şöbəsi tərəfindən verilmiş 03 iyun 2021-ci il tarixli arayışlardan görünür ki, cavabdehlər X2 və Cavabdeh2 Xaçmaz rayonunun Uzun-oba kəndində qeydiyyatdadırlar. Mülki işə əlavə edilmiş Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, həqiqətən də qeyd edilən tarixdə İddiaçı ilə cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 arasında Bakı şəhəri, 19 saylı notariat kontorunda qeyd olunan borc öhdəliyinə dair kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 İddiaçı 40.000 (qırx min) manat borc pul almış, aldıqları 40.000 manat pulu 25 avqust 2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdələrinə götürmüşlər. İş materiallarında olan 01 oktyabr 2020-ci il tarixli icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildirişin surətindən görünür ki, İddiaçı tərəfindən cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 öhdəliyi vaxtında icra etməməklə müqavilənin şərtlərinin pozulması, borclu qaldıqları 31.100 manat əsas borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələbinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. İş materiallarında olan 21 oktyabr 2020-ci il tarixli icra qeydindən görünür ki, İddiaçı müraciəti əsasında Bakı şəhəri, 19 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən müvafiq icra qeydi tərtib edilməklə icraya yönəldilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra və Probasiya şəbəsinin icra məmurunun icra sənədinin qaytarılması barədə 14 iyul 2021-ci il tarixli məlumat məktubundan və həmin tarixli qərardan müəyyən olunur ki, tələbkar İddiaçı müraciəti əsasında icra sənədi icra sənədini vermiş Bakı şəhəri, 19 saylı notariat ofisinə qaytarılmışdır. İş materiallarına olan 07 iyun 2021-ci il tarixli, 01/2021 nömrəli pretenziya məktubundan, poçt qəbzləri və poçt xəbərnamələrindən görünür ki, İddiaçı qızı tərəfindən cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 pretenziya (bildiriş) göndərilməklə borclu qaldıqları pulu 5 gün müddətində ödəmələri tələb olunmuş, əks təqdirdə mübahisənin həlli ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçının izahatı, işdə iştirak edən cavabdehin etirafı və iş materialları ilə təsdiq olunur ki, həqiqətən də İddiaçı ilə cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 arasında Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli borc öhdəliyinə dair kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehlər Abdullayeva (Əliyeva) Sevil Ramazan qızı və Cavabdeh2 İddiaçı 40.000 (qırx min) manat borc pul almış, aldıqları 40.000 manat pulu 25 avqust 2020-ci il tarixədək İddiaçı qaytarmağı öhdələrinə götürmüşlər. Lakin sonradan cavabdehlər müqavilə üzrə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirmədiklərindən iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehlər borclu olduqları puldan hissəhissə olmaqla 1500 manatını iddiaçıya ödəmişdir. Ona görə də İddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiasının həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27.600 manat pulun və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pulun alınanaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 135.1-ci maddəsinə əsasən pullar və qiymətli kağızlar da əşyadır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməmişdirsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmn Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia hazırki həcmdə əsaslı olduğundan təmin edilməklə Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27.600 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 manat pul alınaraq İddiaçı verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Bakı şəhəri, 19 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş 25 avqust 2015-ci il tarixli, 3M-298 reyestr nömrəli kredit müqaviləsi üzrə cavabdehlər X2 və Cavabdeh2 müştərək qaydada ödənilməmiş qalan borclu olduqları 27.600 (iyirmi yeddi min altı yüz) manat pul və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar