Məhkəmə qərarları › İş №2(067)-2312/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2312/2022

05.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2312/2022 05.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi məhkəmədə iddia qaldıraraq 100 manat məbləğin Cavabdeh alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində qanunsuz olaraq 1 ədəd şam ağacını yandıraraq məhv etmişdir. Bu barədə İdarə əməkdaşları tərəfindən qanunamüvafiq sənədləşmə işləri aparılmışdır. Cavabdeh tərəfindən ağacların məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın 100 manat məbləğində olması hesablanmışdır. Ziyanın könüllü ödənilməsi barəsində xəbərdarlıq edilməsinə baxmayaraq göstərilən məbləğdə pulu ödəməkdən imtina etmişdir. Cavabdeh məhkəmənin 22 avqust 2022-ciu il tarixində keçirilmiş məhkəmə hazırlıq iclasında iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, o, ankoloji xəstədir və təbiətə heç bir ziyan vurmamışdır. İddiaçının qeyd etdiyi ağac kəsilməyib Bununla bağlı o, idarəyə müraciət etmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi əraziyə baxış keçirmiş və ağacın yerində olduğu müəyyən edilmişdir. Onun bu barədə sübutları vardır və məhkəmə baxışında təqdim edəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 fevral 2022-ci il tarixli 72719 saylı Aktdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospektində qanunsuz olaraq 1 ədəd şam ağacını yandıraraq məhv etmişdir. İş materiallarında olan 03 fevral 2022-ci il tarixli ziyanın hesablanması cədvəlindən görünür ki, Cavabdeh təbiətə vurduğu ziyan 100 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan)əməldir və (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəllənin 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxsin əmlakına vurulmuş zərər, zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi İddia təmin edilsin. Cavabdeh 100 (bir yüz) manat məbləğində pul tutularaq 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin bank hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar