Məhkəmə qərarları › İş №2(067)-2319/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2319/2025

19.06.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2319/2025 19.06.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı istifadə faktının tanınması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına mümkünlüyü məsələsinə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı istifadə faktının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində tələblərini aydın şəkildə göstərməmiş, tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısını qeyd etməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.3.-cü maddəsinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4.-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən hesab edirəm ki, İddiaçı cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı istifadə faktının tanınması tələbinə dair iddia ərizəsi geri qaytarılmalı və iddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla iddia ərizəsi ilə təkrarən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Xaçmaz rayon İcra Hakimiyyətinə qarşı istifadə faktının tanınması tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunsun. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar