Məhkəmə qərarları › İş №2(067)-2320/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2320/2020

20.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2320/2020 20.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun və övladları Elşən və Elvinin cavabdehlə birgə tikdikləri və yaşadıqları ünvan 1 saylı ünvanda yerləşən evdən istifadə hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2005-ci ildə Cavabdeh ilə evlənmişlər və onun valideynlərinin evinə gəlin köçmüşdür. Ancaq müəyyən səbəblərdən nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan iki uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X3 vəxx.xx.2009-cu il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozuduğundan onlar ayrılmışlar və Xaçmaz rayon məhkəməsinin 2(067)-2687/2017 saylı qətnaməsinə əsasən iki uşağı onun himayəsinə verilmiş, uşaqlar onun himayəsinə verildiyindən iki uşağa görə hər ay onun xeyrinə 150 manat aliment qət edilmişdir. Cavabdehlə birgə yaşadıqlarında ünvan 1 saylı ünvanda qaynanasının adına olan 0,04 ha həyətyanı torpaq sahəsində bir otaqlı ev tikmişlər. Evi birgə yaşadıqlarında birgə vəsaitləri hesabına tikmişlər. O, iki uşağı və cavabdeh birgə uzun müddətdir ki, həmin evdə birgə yaşayırlar. Ailə münasibətləri pozulduğundan sonra cavabdeh onu və uşaqları evdən çıxmağa məcbur edir. Onun isə başqa yaşayış sahəsi yoxdur. Cavabdeh onun və uşaqlarının bu evdən heç bir hüququ olmadığını bildirir. Lakin onun və uşaqlarının bu evdən istifadə hüquqları vardır. Mübahisəli ev dövlət reyestrindən qeydiyyatdan keçməmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddiası ilə bağlı məhkəməyə təqdim edəcəyi sübutunun olmadığını bildirərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, onun adına nə ev, nə də torpaq sahəsi vardır. İddiaçının dedikləri yalandır. İddiaçı onların evində yaşayır, buna baxmayaraq ondan ayrı otaq istəyir. Onların mübahisələri də bundan yaranır. O, iddiaçını evdən çıxarmamışdır və ona heç bir maneəçilikləri də yoxdur. Amma iddiaçıya evdən istifadə hüququ verilməsinə etiraz edir, çünki ev anasına məxsusdur, onun deyildir. Hazırda həm o, hə\m də iddiaçı mübahisəli evdə yaşayırlar. İddiaya qarşı məhkəməyə təqdim edəcəyi əlavə sübutu yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etmişdir Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamamıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı Quba rayonu, Xanəgah kəndində anadan olmaqla, Quba rayonu Rustov kəndində yaşayır . İş materiallarında olan AZE seriyalı, ******* saylı, şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh ünvan 2 saylı ünvanda yaşayır. İş materiallarında olan AZ-İİ seriyalı 700846 saylı və AZ-İİİ seriyalı 323446 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə nikahlarından iki uşaqları-xx.xx.2006-cı il təvəllüdlü X3 vəxx.xx.2009-cu il təvəllüdlü X4 anadan olmuşdur. İş materiallarında olan DƏDRX-nin 5 saylı X7 xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, DƏDRX-nin 5 saylı X7 arxiv sənədlərinə əsasən ünvan 1 saylı ünvanda X1 adına qeydiyyata alınmış fərdi yaşayış evi aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, 05/2337 saylı arayışdan müəyyən olunur ki, Cavabdeh adına mülkiyyət və digər əşya hüquqlarının qeydiyyata alınması Hüquqların Dövlət Qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin hallarından müəyyən olunur ki, iddiaçının özünün və övladlarının istifadə hüququnun tanınmasını tələb etdiyi ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və həmin ev cavabdehə məxsus deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Məcəllənin 14.2-ci maddəsinə görə, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: (14.2.1.) Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. (14.2.2.) Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. (14.2.3.) Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. (14.2.4.) Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. (14.2.5.) Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. (14.2.6.) Başqa şəxsə zərər vurulması. (14.2.7.) Əsassız varlanma. (14.2.8.) Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. Qanunvericiliyin qeyd edilən normalarına əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ona cavab verməli olmayan subyektə yönəldilmişdir. Cavabdeh iddiaçı qarşısında hər hansı bir öhdəliyini şərtləndirən hüquqi fakt mövcud deyil. Hüquq münasibətləri müəyyən həyati faktların baş verməsi nəticəsində yaranır, dəyişir və ya xitam edilir. Hüquqi faktlar – hüquq münasibətlərinin yaranması, dəyişməsi və ya xitam olunmasınını hüquq normaları ilə əlaqələndirdiyi konkret həyati hallardır. Hüquqi faktlar hüquq normasının hipotezasında ifadə edilir. Müəyyən subyektin hüquq və vəzifələrinin tanınıb-tanınmaması müvafiq hüquqi faktın olub-olmamasından asılıdır. Hüquqi fakt 2 cür olur: sadə, mürəkkəb. Hüquq münasibətlərində 1 hüquqi fakt çıxış edirsə sadə, 2 və daha artıq hüquqi fakt çıxış edirsə mürəkkəb tərkib adlanır.Hüquqi faktlar subyektin fərdi iradəsi ilə əlaqəsinə görə 2 qrupa bölmək olar: Hadisələr – insanların iradəsindən asılı olmadan baş verən hallardır. 2 hissəsə bölünür: mütləq və nisbi. Hərəkətlər – elə hüquqi faktlardır ki, onların baş verməsi insanların iradəsindən, şüurundan asılıdır. Qanunçuluq nöqteyi-nəzərindən baxsaq insanların əməlləri hüquqa uyğun və hüquqa zidd hərəkətlərə bölünür. Hüquqa uyğun hərəkətlər şəxslərdə hüquq normalarında nəzərdə tutulmuş hüquq və vəzifələrin əmələ gəlməsinə səbəb olur. Bölünür: Hüquqi aktlar – insanlar tərəfindən xüsusi müəyyən hüquq münasibətlərinə daxil olmaq məqsədilə törədilən hüquqa uyğunhərəkətlərdir; Hüquqi əməllər – xüsusi olaraq hüquq münasibətlərinin yaranmasına, dəyişməsinə və xitamına yönəlməsə də bu cür nəticələrə səbəb olan hüquqa uyğun hərəkətlərdir. Hüquqazidd hərəkətlər (hüquq pozuntusu) – elə hüquqi faktlardır ki, onlar hüquq normalarının tələblərinə zidd olur. Bütün bu pozuntular cinayət və xətalara bölünür. İntizam, inzibati, mülki-hüquqi xətalar fərqləndirilir.Hüquqi faktların əlamətləri: hüquqi faktlar konkret və fərdi hallardır. Konkret subyektlər tərəfindən edilir və konkret sosial, hüquqi məzmuna malik olurlar; hüquqi tənzimetmə predmetinə daxil olan ictimai münasibətlərin vəziyyəti haqqında məlumat daşıyır; müəyyən şəkildə, zahirdə ifadə olunurlar; Düzünə (hipoteza) və dolayı (dispozisiya və sanksiya) yolla hüquq normaları ilə nəzərdə tutulmalıdırlar. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Belə ki, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında »Avropa Konvensiyası müddəalarını və İnsan Hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2006-cı il tarixli 5 nömrəli qərannın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası «İnsan hüquqlarmm və azadlıqlarmm müdafıəsi haqqında» Avropa Konvensiyasmm iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifıkasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbİqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azarbaycan Respublikası Konvensiyanı ratifıkasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarım da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirər. "Mahmudov Rusiyaya qarşı iş üzrə" xx xxxx 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki,Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq. affirmanti, non neganti, incumbit probalion (sübutetmə yükü təkzib edənin deyil. iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydm və bir-birinə uyğun qənaətlərin həm-mövculuğundan və ya təkzibedilməz oxşar fakt ehtimallanndan irəli gələ bilər (§68). Eyni zamanda. "Qavazov" Bolqarıstana qarşı iş üzrə" xx xxxx 2008-ci il larixli qərarmda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən. bir qayda olaraq "Əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə iddianın təmin edilməməli olduğunu hesab edir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar