Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2321/2020 21.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı "Dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər nəzərdən keçirilərkən müəyyən olundu ki, iddiaçı cavabdehin rəsmi qeydiyyata alındığı yer barədə rəsmi sənədi, yəni Azərbaycan Respublikası DİN-nin MAPS İdarəsinin müvafiq arayışını və cavabdehin hazırki poçt ünvanı barədə müvafiq icra hakimiyyəti orqanının arayışını iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənədlər və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədlərin yalnız bir hissəsi aiddirsə, belə olan halda bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 89.4-cü maddəsinə əsasən sənədlərin əsli qanunlarla və digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. Yuxarıda qeyd olunmuş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları göstərilməlidir. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən tərəflərin dəqiq poçt ünvanlarının ərizədə göstərilməli olduğu birmənalı şəkildə qeyd edilmişdir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Hesab edirəm ki, iddiaçı tərəfindən cavabdehin rəsmi qeydiyyata alındığı yer barədə rəsmi sənəd, yəni Azərbaycan Respublikası DİN-nin MAPS İdarəsinin müvafiq arayışı və cavabdehin hazırki poçt ünvanı barədə müvafiq icra hakimiyyəti orqanının arayışı əlavə edilmədiyindən, bununla da iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbinə cavab vermədiyindən həmin iddia ərizəsi İddiaçı özünə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxardakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150, 152.1.1, 152.2, 152.3 və 152.4-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM : İddiaçı Cavabdeh qarşı "Dəymiş zərərin ödənilməsi tələbi”nə dair iddia ərizəsi İddiaçı özünə qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-2321/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2321/2020
21.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver