Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2334/2021 15.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə1 və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh hərəkətləri nəticəsində ona vurulmuş 3700 manat məbləğində maddi ziyan və 5000 manat məbləğində mənəvi ziyan, tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu ümumilikdə 8730 (səkkiz min yeddi yüz otuz) manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdeh X1 ilə 23 may 2021-ci il tarixdə həm valideynlərinin həm də hər ikisinin şəxsi istəyi ilə evlənmək məqsədilə nişan mərasimi keçirmişlər. Daha sonra hər ikimisinin valideynləriminin məsləhəti ilə 13 iyul 2021-ci il tarixdə onun üçün (qız toyu) məclisi keçirilmişdir. Cavabdeh onun toy məclisində iştirak etmək istəmirdi. Lakin o, onu çox çətinliklə də olsa onun toy məclisində iştirak etməsinə nail olmuşdur. Onun toy məclisindən sonra 14 iyul 2021-ci il tarixdə cavabdeh mobil telefonuna zəng edərək onların tərəfinizdən ona hədiyyə verilmiş nişan üzüyünü evimlərindən bir ev sonra qonşuluqda yaşayan qonşunun evinin qarşısına bərkidilmiş dəmir tora keçirərək qoyduğunu və ondan həmin üzüyü götürməyini bildirdi. O, də evdən çıxıb həmin yerə yaxınlaşaraq onun tərəfindən dəmir torun üzərinə qoyulmuş nişan üzüyünü götürmüşdür. Daha sonra bunun səbəbini cavabdehdən soruşanda, ona yalançısan deyib artıq onların ər-arvad kimi yaşamalarının qeyri-mümkün olacağını bildirdi. Onun belə hərəkəti onunla davranışı onu əmin etdi ki, onların gələcəkdə ər-arvad kimi yaşamaqları qeyri-mümkün olacaqdır. Hətta cavabdehin valideynləri onun toy məclisimindən sonra 14 iyul 2021-ci il tarixdə onların evinə gələrək ona hədiyyə olaraq verilmiş qızıl-ziynət və geyim əşyalarını ərazidə xidmət aparan sahə müvəkkilinin iştiriakı ilə onun valideynlərinə qaytarmışlar. Əvvəlcədən qarşılıqlı razılığa görə onun toy məclisi (oğlan toyu) 20 iyul 2021-ci il tarixə təyin olunduğundan və buna görə hazırlıq işləri görüldüyündən, məclisə xeyli şəxslərin dəvət olunduğunu nəzərə alıb cavabdeh tərəf məclisi ləğv edə bilməmişdilər. Cavabdeh və onun valideynləri ondan məclisdə iştirak etməyini xahiş etsələr də cavabdehin belə hərəkətindən sonra toy məclisində iştirak etməyəcəyinə qərar vermişdirm. Nəticədə onun toy məclisi onun iştirakı olmadan keçirildi. Sonradan onlara məlum olduki cavabdeh ona qədər iki nəfər qıza qarşıda belə hərəkət etmişdir. O, onunla nişanlandıqdan sonra cavabdeh ona işlədiyim yerdən çıxmağını tələb etmiş və o, də onun tələbi ilə işdən çıxmaqla iş yerini itirmişdir. O, həmin iş yerində işləməklə ayda 300 manat əmək haqqı alırdı. İki aydır ki, iş yerini itirməklə aylıq qazancından məhrum olunmuşdur. Cavabdehin belə hərəkətləri nəticəsində toy mərasimində onlara 3000 manat ziyan dəymiş, onun təhriki ilə o, işdən çıxmaqla bu iki ay ərzində 600 manat maddi və 5000 manat dəyərində mənəvi - cəmi 8600 manat ziyan dəymişdir. Odur kı, cavabdeh onu məhkəməyə müraciət etməyə vadar etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 izahatında bildirmişdir ki, iddiaçının deməsinə görə onun oğlu iddiaçıya maddi və mənəvi zayan vurmuş, əksinə isə onların toy etmək üçün qız evinə verdikləri 2000 manat toy xərcini, 2800 manat dəyərində olan aldıqları geyim əşyalarını qaytarmamışlar. Onlar sahə müvəkkilinin yanında 4800 manat ziyanı qaytaracaqlarına söz versələr də, bu günə kimi qaytarmamışlar. Onların iddiaçılara 8730 manat ziyan vurmaları isə uydurmadır. İddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki Prosessual Məcəllə ilə məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ verilmir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyulmuşdur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə nəzərə alır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3.-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ilə bağlı iddiaçıya zəruri sübutların təqdim edilməsi təklif olunsa da iddiaçı iddia tələbi ilə əlaqədar məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2334/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2334/2021
15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver