Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2370/2021 24.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı kiçik iddia tələbinə dair ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi İddiaçı Cavabdeh qarşı kiçik iddia tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 17 iyul 2017-ci il tarixində tanıdığı cavabdehin xahişi il hər birinin qiyməti 308 manat olmaqla 6 ədəd gömrük bəyannaməsi sildirmiş və əlavə olaraq 15 manat telefonuna kontur yükləmişdir. O, dəfələrlə cavabdehə ona 1865 manat borclu olduğu məbləği qaytarmasını xahiş etsə də, cavabdeh əvvəllər tezliklə bu borcu qaytaracağını bildirsə də, sonradan borcunu ödəməkdən vicdansızlıqla yayınmağa başladı. O, məcbur olub cavabdehin dələduz əməlləri barədə Quba rayon prokurorluğuna ərizə ilə müraciət etmiş və onun ərizəsi Quba rayon polis şöbəsində araşdırılaraq onlardan izahatlar alındı. Sonradan Quba RPŞ-nin təhqiqatçısı X1 icraatında olan HK-1/178 saylı material üzrə 15 fevral 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Həmin təhqiqat zamanı onun cavabdehin hesabına 1865 manat məbləğində pul keçirməsi təsdiqini tapsa da, təhqiqatçı bu işin mülki xarakterli iş olduğu qənaətinə gələrək ona məhkəməyə müraciət etmək hüququnun olduğunu izah etdi. Faktiki cavabdeh ondan borc kimi aldığı öhdəliyi yerinə yetirməkdən vicdansızlıqla yayınır, öhdəliyini icra etmir. İddiaçının ərizəsindən, habelə iş materiallarına əlavə edilmiş 15 fevral 2021-ci il tarixli Quba RPŞ-nin TQ-nun təhqiqatçısı X1 cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh borcunu inkar edir və həmin məsələni mübahisələndirərək, iddiaçıya borclu olmadığını bildirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.4-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə vardırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina etməlidir. Belə olan halda, ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə olduğundan ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Kiçik iddia tələbinə dair ərizənin qəbul olunmasından imtina edilsin. İddiaçıya izah edilsin ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Qərardaddan şikayət verilə bilməz. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2370/2021
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2370/2021
24.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver